
İki gündür ölkədə “Asan imza” sistemi çöküb. Nə “Asan imza” şəxsi kabinetə daxil olmaq, nə də “Asan login”də “Asan imza”dan istifadə edərək xidmətlərə giriş mümkündür. Sistem dayandığı üçün bankların, “Dövlət Vergi Xidməti”nin, “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi”nin elektron xidmətlərindən hazırda istifadə etmək olmur. Qaynar xətt ilə də əlaqə yaratmaq çətinləşib.
“Asan İmza” sisteminin çökməsinə mobil operatorların səbəb oduğu bildirilir.
Bununla bağlı Bizim.Media-ya daha çox Azercell abonentlərindən şikayətlər daxil olub.
Dediklərinə görə vergi ödəmək üçün sistemdən istifadə etmək mümkünsüzləşib.
Əvvəlcə “Asan imza” şəxsi kabinetinin operatoru olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə əlaqə yaratdıq. Qurumdan saytımıza bildirilib ki, “Asan İmza”da yaranmış çətinliklər Dövlət Vergi Xidməti ilə bağlı deyil:
“Adiyyəti qurumlar bəzi abunələrdə yaranmış çətinliklərin aradan qaldırılması ilə məşğuldur”.
“Azercell” mobil operatorundan isə məsələdən xəbərdar olduqları və bununla bağlı ictimaiyyətə açıqlama verəcəkləri bildirilib.