Efirə çıxardılanların əksəriyyətinin savadı, dünyagörüşü və hazırlıqları yoxdur - Qulu Məhərrəmli
Tarix: 16-05-2024, 08:11 | Çap et
Əməkdar artist Bəhram Bağırzadə aparıcılarla bağlı qalmaqallı açıqlama verib. Axşam.az xəbər verir ki, aktyor bu haqda "Künc-bucaq" yutub layihəsində deyib. O, aparıcıları savadsız adlandırıb: "Aparıcılar məni qane etmir. Aytən Səfərova danışdı, tənqid etdi. Deyir ki, aparıcıların günahı yoxdur. Onları efirə buraxanlar günahkardır. Bunu mən 10 il əvvəl demişəm. Veriliş aparan aparıcı mənə nə məlumat verə bilər? Aparıcıların IQ-sü çox aşağı səviyyədədir. İstəyirəm ki, məndən yüksən olan insan dinləyim, ondan nəsə götürüm. Primitiv çayxanada olan söhbəti, ləhcəsi ilə mənə nə verəcək? Maraqlı olan insanları verilişə dəvət etmirlər".
Bəhram Bağırzadənin sözlərində həqiqətlərin olduğunu deyən tanınmış teletənqidçi, BDU-nun "Multimedia və elektron kommunikasiya” kafedrasının rəhbəri Qulu Məhərrəmli “Sherg.az”a bildirib ki, efirə çıxardılanların əksəriyyətinin savadı, dünyagörüşü və hazırlıqları yoxdur: "Əslində, bu cəmiyyətin ən böyük problemlərindən biridir. Məsələn, alim, tarixçi, fizikin iddia etdiyi bir çox hədəflər var, lakin onun dünyagörüşü, savadı yüksək səviyyədə deyil. Bu tendensiya televiziyada da bu cür davam edir. Xəbər, veriliş aparıcılarının bir çoxunun predment haqqında bilgisi və ümumi ictimai baxışı zəifdir. Efirə bu cür adamlar çıxardıldıqda izləyicilər məyus olurlar. Təbii ki, efirə dəvət olunan intellektual adam istəyir ki, qarşısındakı aparıcı ona yaxşı suallar verməyi bacarsın. Səhər proqramında çalışan vaxtlar qoyduğumuz əsas tələblərdən biri aparıcıların intellektual səviyyəsinin yüksəkliyi idi. Onlar da bunun öhdəsindən layiqincə gəlirdilər. Məsələn, Mikayıl Abdullayev, Rafael Hüseynov, Nəsibə Zeynalova kimi sənətkarlarla müsahibələr çox səviyyəli alınırdı. Çünki Esmira Çərkəzqızı, İlhamiyyə Rzayeva, Zöhrə Əliyeva, Sevil Nuriyeva, Roza Tağıyeva kimi yüksək intellektual aparıcılar var idi. Lakin hər kəsə savadsız kimi baxmaq da olmaz".
Professor vurğulayıb ki, tənqid olunan şou aparıcıları arasında yüksək intellektli şəxslər də var: "Məsələn, ATV-də fəaliyyət göstərən Zaur Bəxşəliyev predmenti dəqiq bilən, səviyyəli, televiziyadan xəbəri olan maraqlı biridir. Apardığı verlişin məzmununu kənara qoymaq lazımdır. Həmçinin, Lalə Azərtaş. O, uzunmüddət səhər proqramında yanımda çalışıb. Fikrimcə, Lalə də çox biliklidir. Amma televiziyanın onlara hansı status və mövqe verməsi müzakirə ediləcək mövzudur. Ona görə də xarici görkəmlə efirə aparıcı seçmək hər şeyi həll etmir. Dünyada aparıcılar bilikləri, səviyyələri ilə ad qazanır. Bu səbəblə də televiziyalarımızın intellektual göstəricisi yüksəldilməlidir. Aparıcılar fəaliyyət göstərdikləri televiziyanın təmsilçiləri sayılır. Bunun üçün də prodüserlər, televiziya rəhbərləri həmin nüanslara xüsusi diqqət etməlidir ki, tamaşaçı kanaldan və aparıcıdan üz döndərməsin".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Əslində, bu, Donald Trampa səs verməyənləri də ciddi narahat edən məsələlərdən biridir" - Zaur Bayramlı
Bu gün, 08:40 |
|
|
|
• “Nə təhsilimizə davam edə bilirik, nə də işləyə…” - Tanınmayan diplom problemi
Bu gün, 08:38 |
|
|
|
• Qazaxlar ruslara elə `PAS ÖTÜRDÜLƏR Kİ...` - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:36 |
|
|
|
• "Əlilliyi ləğv olunan işçi nə əlilliyini bərpa edə bilir, nə də..." - AKTUAL
Bu gün, 08:30 |
|
|
|
• AZƏRİQAZ rəhbərliyi buraları YOXLAMAQ İSTƏSƏ... - "Hər şeyin yerli-yerində araşdırılmasına..."
Bu gün, 08:26 |
|
|
|
• Türkiyə-Ermənistan sərhədi açılır -ŞƏRH
Bu gün, 07:21 |
|
|
|
• "Bunu təşviq edəcək dövlət proqramları olmalıdır..." - ÇAĞIRIŞ
Bu gün, 07:17 |
|
|
|
• Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
Bu gün, 06:34 |
|
|
|
• Ev almaq istəyənlərə mühüm xəbər: Ən asan yol budur – "Ucuz başa gəlir"
Bu gün, 06:30 |
|
|
|
• Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir - Görünəni odur ki...
Bu gün, 02:00 |
|
|
|
• Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir - belə SÜLH TƏDARÜKÜ olur?
Bu gün, 01:52 |
|
|
|
• Məcnun müəllimin süni intellekt həvəsi - İcazə verin şübhələnək...
Bu gün, 01:50 |
|
|
|
• Müəmmalı şəkildə ölən idmançının atası: - "Günahı olan cəzalandırılsın”
Bu gün, 01:45 |
|
|
|
• Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama - RƏSMİ
Bu gün, 01:42 |
|
|
|
• İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır - Paşinyan
Bu gün, 01:37 |
|
|
|
• İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30 |
|
|
|
• “Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23 |
|
|
|
• "AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21 |
|
|
|
• Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18 |
|
|
|
• SOCAR-da benzin əvəzinə su vurulub - İDDİA
Bu gün, 00:14 |
|
|
|
• "Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." - ŞƏRH
Bu gün, 00:07 |
|
|
|
• Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• “Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• "Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Dünən, 22:34 |
|
|
|
• İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Dünən, 22:32 |
|
|
|
• Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Dünən, 22:27 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Dünən, 22:26 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Dünən, 21:15 |
|
|
|
• Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Dünən, 19:51 |
|
|
|
• “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Dünən, 19:02 |
|
|
|
• Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Dünən, 18:58 |
|
|
|
• Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Dünən, 18:14 |
|
|
|
• İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Dünən, 18:10 |
|
|
|
• Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Dünən, 18:06 |
|
|
|
• “Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Dünən, 18:03 |
|
|
|
• Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Dünən, 17:58 |
|
|
|
• Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Dünən, 17:52 |
|
|
|
• Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Dünən, 17:43 |
|
|
|
• "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Dünən, 17:40 |
|
|
|
• Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Dünən, 17:36 |
|
|
|
• Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Dünən, 17:30 |
|
|
|
• Mesaj verildi: - İranda çevriliş olacaq
Dünən, 17:22 |
|
|
|
• Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Dünən, 17:16 |
|
|
|
• Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Dünən, 17:08 |
|
|
|
• "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Dünən, 17:02 |
|
|
|
• Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Dünən, 16:59 |
|
|
|
• Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Dünən, 16:56 |
|
|
|
• İlyas İsmayılovun son durumu açıqlandı
Dünən, 16:53 |
|
|
|
• Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Dünən, 16:48 |
|
|
|
|