Demək olar ki, paytaxtın bütün böyük marketlərində təşkil olunan endirim kampaniyaları bütün müştərilərin diqqətini cəlb edir.
Bəzən belə kampaniyalar zamanı marketlərin rəflərinə düzülən məhsullar ya vaxtı keçmiş olur ya da son istifadə tarixinə bir neçə gün qalmış.
Vətəndaşlar bu tarixlərə fikir vermir və alır lakin bir neçə gün sonra məhsulu istifadə edir. Bildiyiniz kimi bu hallarda zəhərlənmələr baş verə bilər.
Marketlərin bu strategiyası nə dərəcədə düzgündür? Belə kampaniyalara icazə varmı? Belə hallara görə cərimələnə bilərmi marketlər?
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Referans.az-a açıqlamasında danışıb.
“Mövcud qanunvericiliyə görə marketlərin yararlılıq vaxtı keçən günə qədər məhsulu öz qiymətinə satmağa icazələri var. Bu heç də qeyri-qanuni deyil. Belə məhsullara endirim edirlərsə, bu əksinə müsbət haldır. Bir sıra Avropa ölkələrində malın yararlılıq müddətinin bitməsinə 10 gün qalmış onu başqa mağazalar şəbəkəsinə və orada müəyyən endirimli qiymətə satırlar. Lakin yararlılıq vaxtı artıq keçmiş malın hər hansısa məqsədlə satışı qanunla satışı qadağandır. Vətəndaşlar yararlılıq vaxtı keçmiş məhsulun satışı ilə bağlı dövlət orqanlarına müraciət edərsə, həmin market minimum 1500 manat cərimə oluna bilər”.
Eyyub Hüseynov son olaraq vətəndaşlara hər bir məhsulu almazdan əvvəl son istifadə tarixinə baxılmasını məsləhət görüb.