AZƏRBAYCANIN FUTBOL MAFİYASININ GİZLİNLƏRİ
Tarix: 3-11-2011, 11:52 | Çap et
RÖVNƏQ ABDULLAYEV DÖVLƏTİN PULLARINI FUTBOL ADI ALTINDA NECƏ TALAN EDİR?
DİA.AZ: - Artıq davamlı olaraq ARDNŞ prezidenti Rövnəq Abdullayevin qara əməlləri ilə bağlı faktları işıqlandırmaqdayıq. Bu dəfə isə onun futbol biznesindəki həyata keçirdiyi maxinasiyaları araşdırdıq və ortaya çox ilginc faktlar çıxdı. Məlumat üçün bildirək ki, dünyanın əksər ölkələrində olduğu kimi artıq Azərbaycanda da futbol mafiyalaşmaq üzərədir, yəni futbol mafiyası yaradılır.
Məsələn, bu mafiyanın əsas gəlir nöqtələrindən biri oyunlara uduşların qoyulmasıdır ki, artıq bu biznes tam olaraq ARDNŞ prezidentinin nəzarətinə keçib. Rövnəq Abdullayevin yaxınları tərəfindən yaradılan «Topaz» totalizator şəbəkəsi bu gün ölkənin totalizator biznesinin yeganə fiquru olmaqla yanaşı, məhz ARDNŞ prezidentinin nüfuzu hesabına piartsayağı fəaliyyət məcburiyyətində qalan rəqibləri bir-birinin ardınca sıradan çıxarılmaqdadır. Bu işdə xüsusi fəallıq göstərəni isə artıq ARDNŞ prezidentinin sevimli alətinə çevrilmiş Vergilər Naziri Fazil Məmmədovdur. Gələn informasiyalara görə, məhz bu qurum tərəfindən «QANUNSUZ TOTALİZATOR KLUBLARI» aşkarlanaraq ifşa olunur.
İndi isə Rövnəq Abdullayevin başında dayandığı FUTBOL MAFİYASININ digər istiqamətlərdəki fəaliyyətinə nəzər salaq. Diqqətli oxucular xatırlayırsa, bir müddət əvvəl Azərbaycanın futbol üzrə milli komandasının 2010-cu il dünya çempionatının seçmə oyunları çərçivəsində son iki matçlarının nəticələrinin əvvəlcədən razılaşdırılması ehtimalları bir ara yerli mətbuatın səhifələrini bəzəmişdi. Yerli və Rusiya mətbuatında da yığma komandamızın Lixtenşteynə səfərdə qələbə qazanması (2:0), Rusiya ilə Bakıda heç-heçə (1:1) oynamasının çox şübhəli nəticələr olduğu haqda bilgilər yer almışdı. Həmin son iki oyunda komandamızın rəqiblərinin bilərəkdən zəif oynadığını isə hətta Rusiyanın ən məşhur idman şərhçiləri də qabartmaqdan çəkinmirdilər.
Iöhbət açdığımız şübhəli oyunlarla bağlı daha dəqiq və etibarlı yerdən şok məlumatlar elə bu günlərdə əlimizə keçib. Bəlli olur ki, həqiqətən mili komandamız Lixtenşteyn və Rusiya ilə oyunlarda əldə etdiyi nəticələri öz gücünə deyil, pulun hesabına qazanıb. Bizi məlumatlandıran isə adının çəkilməsini istəməyən Azərbaycanın ən məşhur futbolçularından, daha sonra məşqçilərindən biri, futbol təsərrüfatında böyük hörmət sahibi olan şəxsdir.
Əməkdaşımıza bilgi verən məşhur futbol adamı konkret faktlar da açıqlamaqdan çəkinmədi. Bildirdi ki, AFFA rəhbərliyi Lixtenşteyn üzərində qələbəyə görə hər oyunçuya 40 min manat (!) mükafat nəzərdə tutubmuş. Amma oyunçuların hərəsinə səfər qələbəsinin müqabilində cəmi 5 min manat çatıb. Hər futbolçunun mükafatından tutulan 35 min manat isə Lixtenşteynlə danışılan oyuna ötürülüb. Təbii ki, ilk baxışdan «cırtdan ölkə»nin komandası ilə oyunda 40 min manat mükafatın ayrılması inandırıcı görünməyə bilər. Bunun səbəblərinə az sonra toxunacağıq.
Əməkdaşımızı məlumatlandıran futbol mütəxəssisi qeyd etdi ki, yığmamızın Rusiya ilə Bakıdakı oyununda da AFFA rəhbərliyi şəffaf oyuna yox, bağlı qapılar arxasında aparılan çirkli söhbətə üstünlük verib. Bakıdakı oyun ruslar üçün heç bir əhəmiyyət kəsb etmədiyindən AFFA öz çirkin əməlini həyata keçirərək Rusiya ilə matçın nəticəsini də böyük pullar hesabına əvvəlcədən razılaşdıra bilib.
Məşhur futbol adamı əməkdaşımıza izah edib ki, Rusiya və Lixtenşteynlə oyunun alınması AFFA prezidenti Rövnəq Abdullayevin dövlət başçısından gizli planı olub. Azərbaycan komandası dünya çempionatının seçmə mərhələsində biabırçı şəkildə çıxış etdiyindən İlham Əliyev AFFA prezidentinin işindən narazı qalıb: «Prezident idman işini biləndir və bu sahəyə diqqət ayırır. Həm də büdcədən böyük pullar xərclənir. Rövnəq Abdullayev isə ona tapşırılan sahəni - futbolu batırıb. Üstəlik, burada ciddi maliyyə maxinasiyalarına, böyük yeyintilərə yol verir. Artıq danışılır ki, prezidentdə onun işi ilə bağlı ciddi narazılıq var».
Rövnəq Abdulayev isə son iki oyunda pulla nəticə qazanaraq dövlət başçısının yanında özünü təmizə çıxarmağa çalışıb. AFFA rəhbərinin söhbət açdığımız oyunların alınmasına konkret hansı məbləğdə para verdiyi barədə bizi məlumatlandıran futbol adamı məlumatsızdır: «Rəqəm konkret deyil. Amma görünən odur ki, söhbət milyon dollarlardan gedir».
Bayaq toxunduğumuz 40 min manat məsələsinə gəlincə isə Rövnəq Abdullayev danışılan oyunların pulunu mükafat fondundan ayrılan paralarla ödəmək üçün ağlagəlməz «premya» müəyyənləşdirib və bu pulu dövlətdən məhz bu adla alıb. Bu yolla pullar daha rahat silinir, birincidən xəbərsiz çirkli işlər həyata keçirilir.
Bizi məlumatlandıran məşhur futbol adamı yığma komandanın almaniyalı baş məşqçisi Berti Foqtsa da müqavilədə nəzərdə tutulan qədər pul verilmədiyini söylədi. Belə ki, mətbuatdan gizli saxlanılan anlaşmada əcnəbi çalışdırıcının illik məvacibi 2 milyon avro civarındadır; amma Foqtsa bunun yalnız bir hissəsi verilir, qalan paralar isə ciblərə gedir.
Bakıda milli komandamızla yoldaşlıq oyunu keçirən İspaniya yığmasının da Rövnəq Abdullayevin ayırdığı milyonlar hesabına paytaxtımıza gəldiyi barədə də çox yazılıb. Hətta İspaniyanın ən məşhur idman nəşrləri də dünya reytinqində ilk yeri tutan milli komandalarının Bakıya ancaq cəlbedici pul müqabilində yollanmalarının mümkünlüyünü qabartmışdılar. Həmin vaxt Azərbaycan və İspaniya mətbuatı ulduzlar toplusundan ibarət ispanların Bakıya 1-2 milyon avro qarşılığında gəldiyini iddia etmişdilər. Amma ötən gün bizi bilgiləndirən futbol adamı ispanların Bakıda oynamağa razılıq vermələri üçün 7 milyon dollar aldıqlarını da əminliklə söylədi.
İspanların Bakıya gəlməsinin isə maraqlı bir tarixçəsi olub. Belə ki, Rövnəq Abdullayevin oğlu İngiltərənin «Liverpul» klubunda oynayan ispan oyunçu Fernando Torresin azarkeşidir. Balaca Abdullayev atasından Torresi Bakıya gətirtməyi xahiş edib. Nəticədə ata oğlunun sözünü yerə salmayaraq 7 milyon dollar sayaraq İspaniya yığmasının tərkibində Torresi Bakıya gətizdirib. Bakıda 6:0 hesabı ilə İspaniyanın xeyrinə başa çatan oyundan sonra isə AFFA prezidentinin oğlu Torreslə söhbətləşib, şəkil çəkdirib. Bildirək ki, bu barədə o zamankı mətbuatda da müəyyən eyhamlar yer almışdı. Və bu barədə yazan qəzetlər bildirirdi ki, ARDNŞ prezidenti oğlunun bir arzusu üçün 7 milyondan vaz keçirsə, demək bu milyonlar heç də çətinliklə əldə olunmayıb. Axı, futbol mafiyası heç bir zaman və heç bir ölkədə çətinlik yaşamır. Elə bu mafiyanın əsas yuvalarından olan İtaliyada da bu belədir. Hətta İtaliyanın baş naziri Silvio Berluskoninin də sözügedən futbol mafiyası ilə əlaqələrinin olduğu faktdır.
Beləliklə, futbol təsərrüfatında onsuz da bərbad olan durum hörmətli Rövnəq müəllimin zəhməti sayəsində daha da bərbad, çirkli hala gəlmişdir. Azərbaycan futbolunu korrupsiya, yerliçilik, rüşvət başına götürüb. Cənab Abdullayev bu sahədən uzaqlaşdırılmayınca, nə futbol olacaq, nə də büdcədə pul qalacaq.
Bu arada, «Dünya» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) daha ilginc məlumatlar da daxil olub. Məlumatlı mənbələrin bildirdiklərindən belə aydın olur ki, ARDNŞ prezidenti bu günlərdə «Qalatasaray»ın məşhur futbolçusu Arda Turanın Azərbaycan klublarından biri tərəfindən alınması təklifini yerli klublarımızın rəhbərlərinə edib: «Təbii ki, belə bir təklif yalnız arxasında ciddi maliyyənin dayandığı klublara edilə bilərdi. Təklif «Palmali» şirkətinin sponsorluğu ilə meydana çıxan «Xəzər Lənkəran» klubuna və Kəmaləddin Heydərovun oğlunun rəhbərlik etdiyi «Qəbələ» futbol klubuna edilib. Amma heç bir klub Arda Turan üçün 10 milyon avronu saymaq istəməyib. Ona görə yox ki, həmin vəsaitin ödənməsi imkanları xaricindədir. Ona görə ki, Arda Turan Azərbaycanda oynamaq istəməz. Hər halda həm Taleh Heydərov və həm də Mübariz Mənsimli Rövnəq Abdullayevdən fərqli olaraq bu gerçəkliyi yaxşı başa düşüblər».
Murad TƏHMƏZOV DİA.AZ -
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35 |
|
|
|
• Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Dünən, 16:30 |
|
|
|
• 2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Dünən, 16:29 |
|
|
|
|