PORTAL RƏHBƏRİ ANS-Ə CAVAB VERDİ
Tarix: 8-12-2012, 11:31 | Çap et
balANS POZULUBƏslində, ANS TV haqqında yazmaq və ya fikir bildirmək niyyətim yox idi. Heç bu yazının yazılmasına zəmin olacaq bir əlahiddə hadisə də baş verməmişdi. Amma günlərin birində balANS pozuldu. Və bu pozuntu nəticəsində məlum oldu ki, ölkənin eşşək boyda telekanalı ağına-bozuna baxmadan, heç bir fakt-sübut ortaya qoymadan günahkar axtarmağa başlayıb. Üstəlik, «tapıb» da.
Hali-qəziyyə belə olub ki, ANS-in efirindən «Tribuna» İnformasiya Agentliyi «reket» kimi təqdim olunub. Hərçənd bu xəbər gəlib bəndeyi-həqirinizə çatanda inanmadım. Çünki belə bir iddia ilə ANS-in çıxış edə biləcəyinə nə inandım, nə də bu qədər qeyri-ciddi ola biləcəklərini düşündüm. Amma məlum oldu ki, deyilənlər həqiqət imiş. Özü də Qənirə Ataşovanın dilindən deyilmiş bir şəkildə. Əvvəla, ANS-in peşəkar bir telekanal olduğunu düşünürdüm və osmanlı türkləri demiş, bu xəyalım suya düşdü. Məlum oldu ki, TV-nin ekranında adamın gözünü çıxaracaq boyda hərflərlə yazılmış «Qərəzsiz», «Vicdanlı» sözləri boş və görüntü üçündür. Ona görə ki, azca qərəzi və vicdanı qismən yerində olan hər hansı bir KİV tia.az-ı «reket» deyə çağırmaz. Çünki bizim xəbər portalımız əsla və əsla başqalarının cibinə göz dikmədi. Əslində, saytı işlətmək və onu yaşatmaq üçün ANS-dən fərqli olaraq bizə milyonlar, minlər belə lazım deyil. Çünki bu sayt dostların yardımları və beyinlərinin məhsulları sayəsində ayaqda dayanır. Və ANS-in rəhbərlərindən fərqli olaraq, biz əsla və əsla başqalarının əlinə baxmırıq və belə bir niyyətimiz də yoxdur. Əksinə, həmişə çalışmışıq ki, istənilən bir hadisəyə, yazıya və məlumata vicdanla yanaşaq və qərəzsiz olaq. Fəqət, ANS-də balANS-ın pozulması başadüşüləndir. Bir zamanlar, Fərhad Əliyevin yanandı, daha sonra bir başqasının qucağında əyləşməyi adət halına gətirənlər üçün belə şeylər normaldır. Və bir də meydanda haqqını tələb edənləri «quduz kütlə» deyib çağıran bir TV-dən nə obyektivlik, nə də vicdan gözləməyə dəyməz.
Qaldı, bu TV-nin və onun başında duranların qiymətini deputat Cəlal Əliyev yaxşı verib. Hərçənd bu sözləri təkrarlamaq fikrində deyiləm. Çünki balANS-ı pozulmuşlardan fərqli olaraq, həmin fikrinlərin təkrarlanmasını etik hesab etmirik. Və bir də onu bilirik ki, hətta 30 belə köşə yazsaq belə, yenə də Cəlal Əliyevin ANS və Mirşahin haqqında dediyinə üstün gəlməyəcək. Bir sözlə akademikin Milli Məclisdəki tarixi çıxışı ANS və Mirşahinə verilən dəqiq və qərəzsiz qiymət idi.
Veriliş efirə gedəndən sonra dostlarımdan biri telefon açdı. Gülə-gülə dedi ki, «Qardaş, hazırlaş “içəri” getməyə. Axı, belə vəzifələr Mirşahinə həvalə olunur. İçəri yola salınanda mütləq ondan ... istifadə olunur». Doğrusu, bu sözlər məni bir xeyli düşündürdü və bir qədər bildiyim və yaşadığım tarixə ekskursiya elədim. Nəhayət, barmağı dişlədim ki, ey dadi-bidad dostum düz deyirmiş. Nəhayət, biz əsla kimsənin haqqını yemədik. Biz əsla, kimsənin haqqını da tapdalamadıq. BalANS-ı pozulanlardan fərqli olaraq, öz halal zəhmətimizlə yaşadıq. Nə kimsənin əlinə baxdıq, nə də sədəqə diləndik. Nə kimsənin sifarişi ilə yazdıq, nə də kimsələrin əlinin altının uşağı olduq. Bizim adımızı bu illər ərzində heç bir yerdə balANS-ı pozulanlardan fərqli olaraq, biabırçı bir şəkildə çəkmədilər.
ANS-in rəhbərliyində oturanlara son sözüm budur: Obeyktiv olmaya bilərsiz. Çünki bəzi şeyli görməzdən gəlməyiniz adət halını alıb. Qərəzsiz də olmaya bilərsiz. Çünki zaman içində içinizdəki kin və küdurətin efirə yansıdığını çox gördük. Amma zərrəcə vicdanlı olun. Hər nə qədər ehtiyacınız olsa belə, yenə də onu kimlərinsə haram pullarına satmayın. Axı, vicdanı pulla almaq olmur. Bir də çevrilib ətrafınıza və özünüzə baxın. Görün, hansı bataqlığın içindəsiz. Azca ayılın və dibinizdəki zərrəcə də olsa qalmış vicdanınızı silkələyin. O zaman adınızı başqasına qoymaq əvəzinə, utandığınızdan ölüb-yerə girmək istəyəcəksiniz. Təbii ki, vicdanınız olarsa.
Tia.az saytının baş redaktoru Əlişir Əhəd
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir - Görünəni odur ki...
Bu gün, 02:00 |
|
|
|
• Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir - belə SÜLH TƏDARÜKÜ olur?
Bu gün, 01:52 |
|
|
|
• Məcnun müəllimin süni intellekt həvəsi - İcazə verin şübhələnək...
Bu gün, 01:50 |
|
|
|
• Müəmmalı şəkildə ölən idmançının atası: - "Günahı olan cəzalandırılsın”
Bu gün, 01:45 |
|
|
|
• Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama - RƏSMİ
Bu gün, 01:42 |
|
|
|
• İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır - Paşinyan
Bu gün, 01:37 |
|
|
|
• İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30 |
|
|
|
• “Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23 |
|
|
|
• "AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21 |
|
|
|
• Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18 |
|
|
|
• SOCAR-da benzin əvəzinə su vurulub - İDDİA
Bu gün, 00:14 |
|
|
|
• "Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." - ŞƏRH
Bu gün, 00:07 |
|
|
|
• Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• “Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• "Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Dünən, 22:34 |
|
|
|
• İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Dünən, 22:32 |
|
|
|
• Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Dünən, 22:27 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Dünən, 22:26 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Dünən, 21:15 |
|
|
|
• Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Dünən, 19:51 |
|
|
|
• “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Dünən, 19:02 |
|
|
|
• Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Dünən, 18:58 |
|
|
|
• Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Dünən, 18:14 |
|
|
|
• İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Dünən, 18:10 |
|
|
|
• Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Dünən, 18:06 |
|
|
|
• “Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Dünən, 18:03 |
|
|
|
• Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Dünən, 17:58 |
|
|
|
• Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Dünən, 17:52 |
|
|
|
• Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Dünən, 17:43 |
|
|
|
• "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Dünən, 17:40 |
|
|
|
• Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Dünən, 17:36 |
|
|
|
• Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Dünən, 17:30 |
|
|
|
• Mesaj verildi: - İranda çevriliş olacaq
Dünən, 17:22 |
|
|
|
• Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Dünən, 17:16 |
|
|
|
• Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Dünən, 17:08 |
|
|
|
• "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Dünən, 17:02 |
|
|
|
• Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Dünən, 16:59 |
|
|
|
• Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Dünən, 16:56 |
|
|
|
• İlyas İsmayılovun son durumu açıqlandı
Dünən, 16:53 |
|
|
|
• Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Dünən, 16:48 |
|
|
|
• Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Dünən, 16:43 |
|
|
|
• Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Dünən, 16:41 |
|
|
|
• İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Dünən, 16:39 |
|
|
|
• Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Dünən, 16:36 |
|
|
|
• “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Dünən, 16:32 |
|
|
|
• Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Dünən, 16:24 |
|
|
|
• "Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Dünən, 16:22 |
|
|
|
• “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Dünən, 16:18 |
|
|
|
• Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Dünən, 16:09 |
|
|
|
|