"ONLAR ERMƏNİLƏŞMİŞ ALBANLAR İDİ"
Tarix: 26-12-2012, 11:58 | Çap et
"AĞDAM DÜNYADA ÇAXIRI İLƏ MƏŞHUR İDİ"Publika.Az-ın “Könlüm keçir” layihəsinin növbəti qonağı AVCİYA-nın eksperti, Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru Vüqar Tofiqlidir.
İşğalla bitən arzular
Ağdam rayonunun Quzanlı kəndində doğulmuşam. Əmək fəaliyyətimə də elə Quzanlıda orta məktəb müəllimi kimi başlamışam. Kənddə çox istəyirdik ki, muzey yaradaq. Ancaq hadisələrin başlanması hamı kimi mənim də həyatımda çox böyük arzuların üstündən xətt çəkdi.
“Quzanlı Ağdam deyil” deyənlərə
Guya deyirlər ki, Quzanlı işğalı hiss etməyib. Əksinə, Ağdamdan gələn bütün qaçqınlar üçün məskən oldu. İndi kəndə gedəndə heç kimi tanımıram. 30 minə yaxın adama Quzanlı məskən oldu. Təkcə Quzanlı yox, bütün Azərbaycan işğalı hiss elədi. Bakı minlərlə insana qucaq açdı. Quzanlı şəhər mərkəzindən 30 km uzaqlıqda olduğuna görə infrastrukturla bağlı müəyyən qədər problemləri var idi.
Böyüklərlə keçən uşaqlıq
Uşaq vaxtı tez-tez şəhər mərkəzinə gedirdim. Evin tək övladı idim. Valideynlərim məktəb direktoru olduqlarına görə mən də onlara qoşulub gedirdim. Uşaqlığım qəribə və maraqlı keçib. Böyüklərin çoxu valideynlərimə görə məni tanıyırdı. Özümdən yaşca böyüklərlə ünsiyyətə girirdim.
Öyrənmədiyimiz tarix
İnstitutda oxuduğum vaxtda da Ağdama tez-tez gedirdim. Ağdamın işğalı zamanı mən elə bildim ki, dünyanın sonu gəldi. Azərbaycan tarixində iki əhəmiyyətli ərazi vahidinin biri Qarabağdır. Dəvəçiliyin inkişafı, üzümçülük Qarabağın adı ilə bağlıdır. Ağdam şəhər olduqdan uzun bir müddət keçdikdən sonra şəhər statusu adını alıb. Tarixi faktlara görə Ağdam şəhərinin əsası 1752-ci ildə qoyulub, 1830-ci ildə isə şəhər statusu alıb. 1923-cü ildə isə Qəza mərkəzi olub. Tarixə söykənmək yaxşıdır, lakin, arxeoloji qazıntılar onu göstərir ki, Ağdamın tarixi eradan əvvəl IV-V əsrə gedib çıxır.
Qarabağın işğalından əvvəl, təəssüf ki, Qarabağın tarixi ilə bağlı bizdə dərin məlumat yox idi. Azərbaycan tarixini yalnız 9-10-cu sinifdə keçmişdik. Sovet İmperiyasının siyasəti ondan ibarət idi ki, qondarma milliyyəti olmayan gənclər yaratsın. O gənclər ki, yalnız Sovet hakimiyyətinə xidmət edəcək və yalançı Sovet ənənələrini yaşadacaq. Məqsəd isə xalqların milli-mənəvi dəyərlərinin itirilməsi idi. Hazırda Azərbaycan xalqının özünə aid dəyərləri yaşayırsa, bu yalnız sadə xalqın öz gücü ilə qoruyub saxlamasının nəticəsidir. Azərbaycan dilində olan məktəblər sıxışdırılırdı. Gənclərin Azərbaycan dilinə münasibəti pis idi. Mənim Azərbaycan tarixinə, Qarabağ tarixinə marağım institut illərindən başlayıb.
Erməniyə dönən albanlar
Tələbə vaxtı yayda odun yığmağa gedəndə Ağdamdan yuxarıda Mardages kəndində ayaq saxlamalı olduq. Tərtər çayından yuxarıda yerləşirdi. Mardages kəndi infrastruktur baxımından yüksək inkişaf etmiş erməni kəndi idi. Balaca bir kəndin özünə aid su elektrik stansiyası var idi. Kəndarası yollar asfaltlanmışdı. Yüksək səviyyəli məktəbi var idi. Həmin kəndin qəbristanlığından bir az aralıda türbə var idi. Türbə səkkiz guşəli ulduz formasında tikilmişdi. O türbənin tarixindən heç kimin məlumatı yox idi. Mardages kəndindəki ailələrin heç birinin xarici görünüşündə erməni fakturası yox idi. Onlar erməniləşmiş albanlar idi. Onların heç biri erməni deyildi. Onlar azərbaycanlılara daha çox oxşayırdılar.
Sonra mən tarixçilərə gördüklərim barədə danışanda məlum oldu ki, heç bir məlumatları yoxdur. Hətta türbə maddi-mədəniyyət abidəsi kimi heç bir yerdə qeydiyyatdan keçməyib. Sovet dövründə heç kim acından ölmürdü. Hamının imkanı var idi. Yaxşı yaşayırdıq. Ancaq həyatdan zövq almırdıq. Öz keçmişimizi bilmirdik. Elə bunlara görə də Sovet hakimiyyəti məhvə məruz qaldı.
İnkişaf xətti
Hazırda Ağdamın yüz illik inkişaf tarixi ilə bağlı tədqiqat aparıram. Dərinə getdikcə görürsən ki, böyük bir məqam kəşf etmisən. Məsələn, Ağdamın özünün yazılmamış qanunları var idi. Hətta o qanunlar da vaxtaşırı təkmilləşdirilirdi. Moskvanın ən bahalı ticarət mərkəzi “Berezka”da bu gün satılan mal sabah mütləq Ağdam bazarında olmalı idi. Ağdam bazarı 50-ci illərdə artıq formalaşmışdı. Bu gün meydana çıxan distrubuter, diller, şəbəkə biznesi anlayışı hələ o dövrdə Ağdamda var idi. Bazar iqtisadiyyatı, kapitalist qaydalar formalaşmışdı.
Bir az “yuxarıdan gedən” alverçilər bazarda görünməzdi. Onların dilerləri, köməkçiləri müştəri tapıb alverçilərin evinə aparırdı. Təsəvvür edin, Ağdamda düzəldilən dəri qədər keyfiyyətli dəri heç yerdə tapılmazdı. O dərini düzəltmək üçün çox sayda insan əməyi sərf olunurdu. Eləcə də yalnız dəri sahəsindən bir neçə evə çörək gedirdi. Biri bir dərmanı, biri bir boyanı öz sahəsinə çevirmişdi. Biri aparatı düzəldirdi, dərini tarımlayırdı. Ən sonda dərziyə gəlib çıxırdı. Satıcı isə tamamilə başqası olurdu.
Kənd təsərrüfatı malları da bir qayda olaraq konkret adamlardan alınırdı. Sistem elə qurulmuşdu ki, malı gətirənin özündən alıb satırdılar. Ağdam bazarında atom bombasından başqa hər şey var idi. İndi adi haldır, ancaq Sovet dövründə qışın oğlan çağında Ağdam bazarında 100 rubla pomidor-xiyar satılırdı. Heç kim heç kimin sahəsinə girmirdi.
Əsil nəcabət məsələlərinin vacibliyi
Geyim məsələsi də Ağdamda vacib idi. Hamı öz geyim-keçiminə diqqət edirdi. Yeddi arxa dönəni ziyalı sayılan ailələr var idi. Hansısa qlobal problem olanda mütləq həmin nəsildən olan adamlar müdaxilə edirdilər. Belə xüsusiyyətlər son vaxtlara qədər qalmışdı. 50-ci və 80-ci illər Ağdamın tarixində xüsusi qeyd edilməsi lazım olan dövrlərdir. “Şur” ansamblının yaranması, mədəniyyətlə bağlı müəyyən hadisələr, Müəllimlər İnstitutunun yaranması, 4 texnikumun açılması bu dövrlərə təsadüf edir. Ağdam Musiqi Məktəbinin yüksək prestiji var idi. Konservatoriyadan əvvəl gəlib orda oxumaq istəyirdilər. Ağdam Musiqi Məktəbində oxumağı özlərinə şərəf hesab edirdilər. Bu gün parlayan muğam ulduzlarımızın çoxu Ağdam Musiqi Məktəbinin məzunlarıdır.
Ağdamda din
Ağdamın hər şeyi özünəməxsusdur. Ağdam tədqiqatçısı Ziyəddin Göyüşov yazırdı ki, atəşpərəstlik dövründən İslam formalaşana kimi Qarabağ İslamı qəbul edən ən sonuncu zona olub. Bizdə İslam dəyərlərinə qiymət verirlər. Lakin başqa zonalarla müqayisədə fərqli idi. Ağdamda atəşpərəstlik, oda sitayiş daha çox yaşanırdı. Novruz bayramı milli yox, dini bayram müqəddəsliyində qeyd edilirdi. Hər bayramda Ağdam elə bil ki, yenidən doğulurdu. Hər şey təzələnirdi. Hamı öz evini imkanı çatdığı qədər təmir eləməyə çalışırdı. Novruz Ağdam üçün bütün il boyu gözlənilən bayram idi.
Qar-qarlar tayfası
Ağdamdan gözəl səslərin çıxmasının da tarixi səbəbləri var. Ağdamlılar qədim qar-qarlar tayfasındandır. Xüsusi tembrlə boğazda səsin qaynamasına görə o tayfaya belə ad verilib. İdealoji işdə problemlərimiz
İndiki gənclər prosesləri izləməyib. Gərginlikləri, müharibəni hiss etməyiblər. İdeoloji iş də düzgün qurulmayıb. Belə davam etsə, indi 10 yaşı olanlar 10 il sonra deyəcək ki, Ağdam bir restorandır, oturub orda çay içmişəm. İndi məktəblilərdən soruşsaq ki, Xankəndi haradır, deyəcəklər ki, Gənclik metrosunun yanındakı restorandır. Elə bir qara qüvvə var ki, xalqı o torpaqlardan zamanla uzaqlaşdırır. Bu məni çox narahat edir, qorxudur.
Elə eləməliyik ki, nəsillər arasında əlaqə itməsin. Dövlətin ideologiyasında Qarabağ birinci yerdə olmalıdır. Uşaqlarımıza evdə, məktəbdə təbliğ eləməliyik ki, erməni bizim düşmənimizdir, lakin, yaşayış yerləri, öz torpaqları olmadığı üçün Qarabağda yaşamağa onlara yer vermişik. İyirmi ildir ki, biz müharibədə dəymiş ziyanı dəqiqliklə hesablayıb ortaya konkret rəqəm qoya bilmirik.
Tutaq ki, elə günü sabah torpaqlar işğaldan azad olunsa, biz Qarabağa hansı istiqamətdə gedəcəyimizi bilmirik. Qərvənddən Ağdama neçə kilometr yol olduğunu bilmirik. Biz öz torpaqlarımızın coğrafiyasını belə, bu neçə ildə dəqiqliklə yazıb hazırlamamışıq. Bunu gənclərə biz öyrətməyəcəyiksə, heç kim gənclikdən heç nə gözləməsin. Gənclər üçün o yolları canlandırmaq üçün əlimizin altında maddi baza olmalıdır. Ağdamda olan Ümumİttifaq iki zavod var idi ki, sənədlərdə qeydə alınmayıb. Ağdam Dəzgahqayırma zavodu və Düymə zavodunda minlərlə insan işləyirdi.
Ağdam dünyadan çaxırı ilə məşhur idi
Ağdamın Abdal Gülablısında alimlər səksəninci illərdə tədqiqat apardılar və aydın oldu ki, o ərazidə oksigenin həcmi digər rayonlara nisbətən daha çoxdur. Həmin kənddə də, sanatoriya tikildi. Ağdamda Çömçəli bulaq var idi. Su yüz illərlə eyni yerə tökülməkdən daşı çömçəyə oxşatmışdı. Ağdam Qarabağın özəyi idi, mərkəzi idi. Şuşa isə sanki, İçəri şəhər rolunu oynayırdı. Bütün mədəniyyət abidələri, gözəlliklər Şuşaya toplanmışdı. Gündəlik həyatımızda, bu günümüzdə Ağdamın yeri görünür. Ağdam qədər iqtisadi baxımdan inkişaf etmiş ərazi əgər əlimizdə olsaydı dəfələrlə daha güclü iqtisadiyyata sahib olardıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir - Görünəni odur ki...
Bu gün, 02:00 |
|
|
|
• Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir - belə SÜLH TƏDARÜKÜ olur?
Bu gün, 01:52 |
|
|
|
• Məcnun müəllimin süni intellekt həvəsi - İcazə verin şübhələnək...
Bu gün, 01:50 |
|
|
|
• Müəmmalı şəkildə ölən idmançının atası: - "Günahı olan cəzalandırılsın”
Bu gün, 01:45 |
|
|
|
• Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama - RƏSMİ
Bu gün, 01:42 |
|
|
|
• İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır - Paşinyan
Bu gün, 01:37 |
|
|
|
• İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30 |
|
|
|
• “Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23 |
|
|
|
• "AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21 |
|
|
|
• Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18 |
|
|
|
• SOCAR-da benzin əvəzinə su vurulub - İDDİA
Bu gün, 00:14 |
|
|
|
• "Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." - ŞƏRH
Bu gün, 00:07 |
|
|
|
• Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• “Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• "Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Dünən, 22:34 |
|
|
|
• İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Dünən, 22:32 |
|
|
|
• Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Dünən, 22:27 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Dünən, 22:26 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Dünən, 21:15 |
|
|
|
• Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Dünən, 19:51 |
|
|
|
• “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Dünən, 19:02 |
|
|
|
• Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Dünən, 18:58 |
|
|
|
• Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Dünən, 18:14 |
|
|
|
• İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Dünən, 18:10 |
|
|
|
• Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Dünən, 18:06 |
|
|
|
• “Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Dünən, 18:03 |
|
|
|
• Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Dünən, 17:58 |
|
|
|
• Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Dünən, 17:52 |
|
|
|
• Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Dünən, 17:43 |
|
|
|
• "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Dünən, 17:40 |
|
|
|
• Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Dünən, 17:36 |
|
|
|
• Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Dünən, 17:30 |
|
|
|
• Mesaj verildi: - İranda çevriliş olacaq
Dünən, 17:22 |
|
|
|
• Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Dünən, 17:16 |
|
|
|
• Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Dünən, 17:08 |
|
|
|
• "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Dünən, 17:02 |
|
|
|
• Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Dünən, 16:59 |
|
|
|
• Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Dünən, 16:56 |
|
|
|
• İlyas İsmayılovun son durumu açıqlandı
Dünən, 16:53 |
|
|
|
• Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Dünən, 16:48 |
|
|
|
• Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Dünən, 16:43 |
|
|
|
• Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Dünən, 16:41 |
|
|
|
• İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Dünən, 16:39 |
|
|
|
• Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Dünən, 16:36 |
|
|
|
• “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Dünən, 16:32 |
|
|
|
• Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Dünən, 16:24 |
|
|
|
• "Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Dünən, 16:22 |
|
|
|
• “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Dünən, 16:18 |
|
|
|
• Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Dünən, 16:09 |
|
|
|
|