GÜLƏR ƏHMƏDOVA ELŞAD ABDULLAYEVƏ SÜRPRİZ HAZIRLAYIR?
Tarix: 10-01-2013, 10:53 | Çap et
"MARAQLI ŞEYLƏR OLACAQ"Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə yaşayan Elşad Abdullayevin “mandate bazarlığına” dair yaydığı videoların “baş qəhrəmanı” Gülər Əhmədova “Yeni Müsavat” qəzetinə müsahibə verib. Müsahibəni “minval.az” saytı gecə saatlarında yayıb. Müsahibəni rus dilindən tərcümə ilə dərc edirik:
- Gülər xanım, şayiələr gəzir ki, oğlunuzun orduya çağırılması sizə təyziqin bir formasıdır?
- Hər kəsin oğlu orduda xidmət etməlidir, burda təəccüblü nə var ki?
- Niyə görə məhz indi? Hesab edirsiniz ki, bu təsadüfdür?
- Səbəbini bilmirəm, olan oldu. Allah hamımızın balasının ordudan sağ – salamat geri qayıtmasına yardımçı olsun. Mənimkinə də. Mən hər zaman əsgərlərimizin müdafiəçisi olmuşam. Onları öz övladım hesab eləmişəm.
- Hansı hissəyə göndərildiyini bilirsinizmi?
- Yox, hələ heç nə bilmirik.
- Onun orduya göndərilməsi gözlənilən idimi?
- Gec – tez bu, baş verməli idi. Təhsilini başa vurmadığına görə hərbi xidmətə gec çağırdılar. Məktəb, universitet, sonra maqistiratura. Hamısı da dalbadal. O, çox təhsillidir. Biz onu hərbi xidmətdən yayındırmadıq. Hətta atası ona magistiraturadan əvvəl hərbi xidmətə getməyi təklif etmişdi. Lakin o, imtahanları uğurla verərək, qəbul oldu. İndi onu hərbi xidmətə çağırıblar. 10 -15 il ərzində mən parlamentdə hərbi xidməti təbliğ etmişəm. Allahdan arzum budur ki, o biri oğlanlarım da xidmət etsinlər. Mənim oğlum heç vaxt orduda xidmətdən imtinanı ağlına belə gətirməyib. Allahdan arzum budur ki, o, Qarabağı azad edən əsgərlərdən biri olsun. Bir dəfə parlamentdə çıxış edərkən demişdim ki, müharibə başlasa, siz məni burada görməyəcəksiniz. Mən özüm müharibədə iştirak edəcəm. Mənim oğullarım İlqar Mikayıloğlu kimi adamın bacısı oğlanlarıdır.
- Səhhətiniz necədir? Ürəyinizlə bağlı probleminiz var...
- Heç soruşmayın. Ürək ağrılarım davam edir. Beyindaxili təyziqlər məni öldürür. Heç özümdə deyiləm.
- Şayiələr gəzir ki, sizi də Sevinc Babayeva kimi zəhərləyə bilərlər. Hər halda o da ürək tutmalarından şikayət edirdi.
- (Gülür) Kim deyir bunu? Bəli, ürək ağrıya bilər, belə skandala dözmək olarmı? Mənim haqqımda ağlına gələn hər şeyi danışa bilən axmaq tapıldı. Mən həmişə gümrah idim, indi sağlamlığıma təhlükə hiss edirəm.
- 7 yanvarda Baş Prokurorluq məlumat yaydı ki, siz məsuliyyətə cəlb olunmusunuz və polis nəzarətinə verilmisiniz. Bu haqda bilirdiniz?
- Bilirdim, bu, sirr deyil.
- Hansı formada həyata keçirilir bu? Sizə mənzilinizi tərk etməyə icazə vermirlər?
- Hərdən gəlirlər, imza edirəm gedirlər. Mənim heyim yoxdur harasa gedim və yaxud gəzim.
- Vəkiliniz kimdir, bu gedişə nə deyir?
- Mənim vəkillərim var . Onlar bilirlər ki, mən günahkar deyiləm. Dünyada heç kimi videomateriala görə həbs etmirlər. Gedin dünya mətbuatını oxuyun. Montaj olunmuş video heç vaxt sübüt hesab olunmur.
- Demədiniz vəkiliniz kimdir. Bir neçə gün əvvəl Elnur Məcidli (Elşad Abdullayevin köməkçisi – red.) bəyan etdi ki, siz Kiprdən vəkil dəvət etmisiniz...
- Yox, mənim vəkillərim Türkiyə və Rusiyadan gəlib. Biri də var, elə Elşad Abdullayevin yanındadır.
- Kimdir?
- Deməyəcəm. Qoy, özləri tapmağa çalışsınlar. Çox maraqlı proseslər olacaq. Hər şeyi özünüz görəcəksiniz.
- Nə üçün vəkilləriniz mətbuatdan gizlənir?
- Onlar hələ ki araşdırma aprırlar. Buna görə də danışmaq istəmirlər. Mənim vəkillərim həm yerli, həm də Avropa qanunvericiliyini bilirlər. Onlar yeni detallar üzərində işləyirlər. Kimisə 2 videomateriala görə həbs etmək olmaz.
- Sevinc Babayevanın oğlu Ayxan Məmmədov hər gün mətbuatda Sizin ünvanınıza müxtəlif ittihamlar səsləndirir. O, sonuncu müsahibəsində bildirib ki, Sizi Qazax rayonunda saxlayan zaman üzərinizdən 15-16 min dollar pul götürüblər...
- Mən artıq bəyan eləmişəm ki, bu uşağın dediklərinə cavab verməyəcəm. O, özündən Polad Ələmdar düzəldir. Anasını çox istəyən oğul özünü belə aparmaz. Anası xəstə olanda yanında yox idi. Mən indi xəstəyəm, kiçik oğlum yanımdan çəkilmir. Allah rəhmət eləsin, o, anası sağ olanda onu "Seva" deyə çağırırdı. Anası sağ olanda bu oğulciyəz hansı hoqqalar çıxarmışdı... Əgər o, anasını belə çox istəyirsə, o zaman Rəvanın (Habiloğlu - red.) yaxasından yapışsın. Rəvanın dediklərini unudub? Məndən nə istəyir?..
O, mənə qarşı ittihamlar səsləndirəndə gülərək ərimə deyirəm ki, ayə, qoymayın üstümə İrasim gəlir. Onun mərhum anası deyirdi ki, Prezident Aparatına atverka ilə girib, bu da deyir, mən onun anasını zəhərləmişəm. Bilmirəm, nə deyim bunlara. Heç olmasa, bu yalandan sonra çıxıb günahlarını etiraf edəydilər.
- Necə düşünürsünüz, Ayxan Məmmədovun ittihamlarına görə Sizi həbs edə bilərlərmi?
- Dediyim kimi, vəkillər araşdırma aparırlar. Çox ciddi məqamlar var. İndiyə qədər heç kimi hansısa videoya görə həbs etməyiblər. Amma hər şey ola bilər.
- Gürcüstan sərhədində nə baş vermişdi?
- Heç nə. Biz sərhədə çatanda mənə dedilər ki, problemim var. Sonra qalmaqal yarandı. Bundan artıq bu barədə danışmaq istəmirəm. Hər gün dua edirəm ki, Allah mənim hüququmu pozanları cəzalandırsın.
İndiki məqamda məni yalnız oğlum maraqlandırır. İndi səhhətim imkan vermir, sağalan kimi baş verənlər haqqında yazacam. Hələlik susmuşam. Lakin yazılı şəkildə bütün detalları açıqlayacam. Qısası, mən sizə vəziyyəti aydınlatdım. Vəkillər mən müsahibə verəndə narazılıq edirlər. Lakin elə şeylər var ki, susmaq olmur
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
Bu gün, 06:34 |
|
|
|
• Ev almaq istəyənlərə mühüm xəbər: Ən asan yol budur – "Ucuz başa gəlir"
Bu gün, 06:30 |
|
|
|
• Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir - Görünəni odur ki...
Bu gün, 02:00 |
|
|
|
• Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir - belə SÜLH TƏDARÜKÜ olur?
Bu gün, 01:52 |
|
|
|
• Məcnun müəllimin süni intellekt həvəsi - İcazə verin şübhələnək...
Bu gün, 01:50 |
|
|
|
• Müəmmalı şəkildə ölən idmançının atası: - "Günahı olan cəzalandırılsın”
Bu gün, 01:45 |
|
|
|
• Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama - RƏSMİ
Bu gün, 01:42 |
|
|
|
• İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır - Paşinyan
Bu gün, 01:37 |
|
|
|
• İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30 |
|
|
|
• “Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23 |
|
|
|
• "AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21 |
|
|
|
• Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18 |
|
|
|
• SOCAR-da benzin əvəzinə su vurulub - İDDİA
Bu gün, 00:14 |
|
|
|
• "Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." - ŞƏRH
Bu gün, 00:07 |
|
|
|
• Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• “Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• "Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Dünən, 22:34 |
|
|
|
• İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Dünən, 22:32 |
|
|
|
• Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Dünən, 22:27 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Dünən, 22:26 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Dünən, 21:15 |
|
|
|
• Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Dünən, 19:51 |
|
|
|
• “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Dünən, 19:02 |
|
|
|
• Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Dünən, 18:58 |
|
|
|
• Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Dünən, 18:14 |
|
|
|
• İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Dünən, 18:10 |
|
|
|
• Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Dünən, 18:06 |
|
|
|
• “Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Dünən, 18:03 |
|
|
|
• Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Dünən, 17:58 |
|
|
|
• Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Dünən, 17:52 |
|
|
|
• Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Dünən, 17:43 |
|
|
|
• "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Dünən, 17:40 |
|
|
|
• Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Dünən, 17:36 |
|
|
|
• Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Dünən, 17:30 |
|
|
|
• Mesaj verildi: - İranda çevriliş olacaq
Dünən, 17:22 |
|
|
|
• Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Dünən, 17:16 |
|
|
|
• Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Dünən, 17:08 |
|
|
|
• "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Dünən, 17:02 |
|
|
|
• Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Dünən, 16:59 |
|
|
|
• Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Dünən, 16:56 |
|
|
|
• İlyas İsmayılovun son durumu açıqlandı
Dünən, 16:53 |
|
|
|
• Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Dünən, 16:48 |
|
|
|
• Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Dünən, 16:43 |
|
|
|
• Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Dünən, 16:41 |
|
|
|
• İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Dünən, 16:39 |
|
|
|
• Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Dünən, 16:36 |
|
|
|
• “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Dünən, 16:32 |
|
|
|
• Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Dünən, 16:24 |
|
|
|
• "Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Dünən, 16:22 |
|
|
|
|