ELŞAD ABDULLAYEVİN HƏBSİ İLƏ BAĞLI VƏSADƏT
Tarix: 25-01-2013, 10:37 | Çap et
ARZU KAZIMOVUN VƏKİLİ HƏRƏKƏTDƏİş adamı Arzu Kazımovun vəkili Ramiz Zeynalov Baş Prokurorluqda olub və Baş Prokuror cənab Z.Qaralovun adına və Xüsusi İstintaq Komissiyasına Mahir Abdullyaevin cinayət işi üzrə vəsatət verib. “Təzadlar” qəzeti redaksiyasında olan vəkil R.Zeynalovdan şok məlumatlarla dolu müsahibə aldıq və həm də vəsatət barədə məlumat öyrəndik:
- Ramiz müəllim, bildiyimizə görə, bu gün (dünən -red.) Siz Baş Prokurorluqda və Xüsusi İstintaq Komissiyasında olmusunuz...
- Bilirsiniz ki, Mahir Abdullayevin işi ilə bağlı istintaq intensiv iş aparır... Mənim isə bu iş üzrə vəsatətim var idi, onu təqdim etmişəm...
- Vəsatətdə nələr ifadə olunub? Yəni, istintaq orqanından nəyi xahiş edirsiniz?
- Mən qəzetinizə verdiyim son müsahibəmdə də bildirmişəm ki, Elşad Abdullayev məqsədli şəkildə, qardaşının ölüm işində təqsirkar olması baxımından gələcəkdə özünün cinayət məsuliyyətindən azad etdirilməsi üçün planlaşdırılmış şəkildə qanunsuz olaraq gizli videolar çəkib əldə etmiş, Azərbaycandan gedəndən sonra Fransadan onları yayıb Azərbaycanın istintaq orqanlarını təhdid etməyə, onun məsuliyyətini nə vaxtsa tələb edəcək ayrı-ayrı şəxsləri, tanınmış simaları şantaj etməyə başlayıb. Sual vermişdim ki, niyə bu videolar Azərbaycanda olanda ictimailəşdirilmirdi? Mane olan nə idi? Həmin KİV-lər onda da onları yayacaqdılar axı... Əgər o videodakılar həqiqət idisə, şantaj deyildisə, bunları burda və vaxtında etmək lazım idi. Və o, bir müddətdir ki, “Vikileaks” saytının məşhur yaradıcısı Culia Accans kimi başlayıb kim onun barəsində danışa və qanun tələb edə bilər, onları hədələməyə. Artıq “divar” da qurtarıb, videolar bitib. Məlum olur ki, heç bir yerdə kiməsə pul verməsi barədə konkret pulsaydı hərəkətləri yoxdur. Hamısı aldadılmış və təhrik edilmiş şəxslərin çayxana söhbətləridir... Bunlar açıq şantaj, təhdid etmək imiş... Bəli, mən bu gün Prezidentin göstərişi ilə Baş Prokurorluqda yaradılmış Xüsusi İstintaq Komissiyasında oldum, XİK-yə, Baş Prokuror cənab Z.Qaralovun adına yazılmış vəsatət təqdim etmişəm. İndi məhz Sizin qəzet vasitəsi ilə istintaqa prosessual nəzarəti həyata keçirən orqanın rəhbərliyinə müraciət edirəm: təcili surətdə E.Abdullayevə, qardaşlarına, yaxınlarına məxsus Bakı şəhərində, Şamaxıda və s. ərazilərdəki bağ, mülk, villa və s. obyektlərində, ticarət, iaşə obyektlərinin ərazisində istintaq yolu ilə axtarış aparılması təmin olunsun! 9 il keçməsinə baxmayraq həmin torpaq sahələrində qazıntılar aparılsın, digər zəruri istintaq-axtarış hərəkətləri təmin edilsin. Bilavasitə Mahir Abdullayevin nəşinin tapılması üçün bütün tədbirlər görülsün. Meyidin tapılması, keçiriləcək ekspertizaların təşkili üçün, E.Abdullayevin qardaşının öldürülüb yox edilməsi cinayətində iştirakçı olmasının müəyyənləşməsində bunlar böyük rol oynayacaqdır. Bu gün artıq o hadisədən 9 il keçsə də, bu cinayət işinin açılmasına açıq deyirəm ki, bir addım qalmışdır... Bu ölüm işi, yəni ölümə suiqəsd cinayəti artıq açılmaq üzrədir. Bəzi detallar var ki, istintaq sirri sayılır və hələlik hamını səbrli olmağa səsləyirəm... Və bütün bunların tez olması üçün yuxarıda qeyd etdiyim və hələlik ictimaiyyət üçün deyə bilmədiyim, vəsatətimdə konkret sübutlara söykənib yazmışam, bəzi istiqamətlər üzrə istintaq hərəkətlərinin təcili və təxirəsalınmaz qaydada aparılmasını xahiş etmişəm. Eyni zamanda məndə olan məlumat və ehtimallara görə, E.Abdullayevin bu cinayət izi Kürdəmir rayonuna da gedib çıxır və eyni hərəkətlər orada da həyata keçirilməlidir. Həmçinin Mahir Abdullayevin qardaşı Elşad Abdullayevin təqibindən qaçıb evində gizləndiyi qohumlarının dindirilməsi təmin edilməlidir. Məndə özəl məlumatlar və sübutlar var, vəsatətimdə göstərmişəm, bunlar istintaq yolu ilə aydınlaşdırılmalıdır... Bütün bunlar təxirəsalınmaz qaydada tez aparılmalıdır...
- Ramiz müəllim, bu cür sərt ittihamlar ortaya qoyursunuz. Amma eyni zamanda nəzərə alaq ki, E.Abdullayev axı istintaq orqanı tərəfindən zərərçəkmiş şəxs kimi tanınıb...
- Bəli, doğru buyurursunuz... Mən də E.Abdullyauevin qardaşının ölüm işində iştirakçı olmasını və s. nəzərə alıb vəsatət vermişəm ki, istintaq orqanı onun zərərçəkmiş kimi tanınması barədə qərarını ləğv etməli, E.Abdullayev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunmalıdır, o, həbs edilməlidir. Bilirsiniz ki, 2003-cü ildə Mahir Abdullayevin itkin düşməsi ilə bağlı Bakı şəhər Baş Polis İdarəsində cinayət işi başlanılmışdı... Lakin sonradan bu cinayət işi ölümə suiqəsd cinayətinə tövsif olunmuş və istintaqı Bakı şəhər Prokurorluğunun istintaq idarəsinə həvalə olunmuşdur... Deməli, hələ o vaxt kifayət qədər istintaq-əməliyyat məlumatları olmuşdur ki, bəli, M.Abdullayev itkin düşməmişdir, öldürülmüşdür... Unutmayın ki, E.Abdullayev da məhz istintaqın təyinat istiqaməti dəyişdikdən sonra məlum videolarını işə salıb Mahirin öldürülməsindən fikri yayındırmaq, qohumlarının da diqqətini bu istiqamətə yönəltmək üçün bəzi şəxsləri dilə tutaraq Mahirin axtarılması sövdələşmələrinə süni surətdə cəlb etmiş, məhz bu günü üçün şantaj videoları əldə etmişdir... Bundan əlavə, o, bir az da qabağa gedərək lap son günlərə kimi aidiyyəti qurumlara, Prezidentə və s. ünanlara da məqsədli şəkildə Mahirin itkin düşməsi və axtarılıb tapılmaması barədə şikayətlər etməyə başlamışdır. Bu da izi azdırmaq üçün edilib. Bu “hüquqşünas-akademik” özü bilə-bilə ki, artıq qardaşı Mahirin itməsi yox, öldürülməsi ilə bağlı cinayət işi istintaq olunmaqdadır, yenə də şantajından əl çəkmir...
- Elə isə, bu cinayət işində başqa kimsə zərərçəkmiş şəxs qismində tanınmalıdır...
- Bəli, vəsatətimdə bildirmişəm ki, E.Abdullayev qardaşının ölümündə birbaşa iştirakçı olduğu üçün, həm qanunvericilik baxımından, həm də milli mentalitet baxımından o, zərərçəkmiş şəxs kimi tanına bilməz. Ona görə də Mahir Abdullayevin həyat yoldaşı zərərçəkmiş şəxs qismində tanınmalıdır, istintaq orqanı bu barədə yeni qərar qəbul etməlidir... Bununla da E.Abdullayevin təqsirləndirilən şəxs kimi, bu cinayətdə birbaşa iştirakçı olması əsasında Fransa Ədliyyə Nazirliyi qarşısında məsələ qaldırılaraq onun Azərbaycana təhvil verilməsi təmin ediləcəkdir... Sizin qəzet vasitəsi ilə Baş Prokurordan xahiş edirəm: bundan əvvəl Fransanın Azərbaycandakı səfirliyinə, Fransa XİN-nə müraciətlərim olmuşdur, KİV-də dərc olunubdur. Bu orqanlar qarşısında onun Azərbaycana ekstradisiya olunması məsələsi rəsmi qaydada qaldırılsın!
-Deməli, bu vəsatətin verilməsinə ciddi hüquqi əsaslar vardır...
-Bəli... Mənim Sizin qəzetdə dərc olunmuş, sonradan ölkənin bütün KİV-lərində yayılmış (hamısına təşəkkür edirəm) müsahibəmdən sonra mənə çoxlu sayda telefon zəngləri, mesajlar və elektron məktublar gəlmişdir... Vətəndaşlar mənə təşəkkürlər etməkdən başqa, onlar həm də E.Abdullayevin həbs edilməsini, ifşa olunmasını tələb edirlər. Bu sırada çoxsaylı valideynlər var ki, aldadılaraq pulları alınıb, övladları qanunsuz yolla ABU-ya qəbul etdirilib... Bu saxta sənədlərin istehsalında E.Abdullayevin yaxınları, bəzi müəllimlər, işbazlar iştirak ediblər. Onların hamısı dindirilməli, cavab verməlidirlər. Bütün bunları nəzərə alıb Sizin qəzet vasitəsilə Baş Prokurora, ölkə ictimaiyyətinə bir daha müraciət edirəm ki, istintaqa kömək edəcək insanlar dövlətimiz qarşısında böyük xidmət etmiş olacaqlar. E.Abdullayev Fransada oturub bəzi şəxslərin timsalında bütün Azərbaycanı ifşa edir, dövlətimizi gözdən salır, aşağılayır. Bir nəfərin şəxsi iddiası ilə dövlimizin ifşa olunub aşağılanmasına susaqmı?
Üzümü E.Abdullayevin Kürdəmir rayonunda yaşayan qohumlarına tuturam: nə qədər gec deyil, M.Abdullayevin qardaşı E.Abdullayevə məxsus, ABU-dan toplanmış pulları götürüb gedərkən gizləndiyi vaxtlarda şahidi olduğunuz hadisə və malik olduğunuz informasiyalar barədə istintaqa məlumat verin, kömək edin. Bu, həqiqətin üzə çıxmasına səbəb olar, hamımızın, elə qohumların da baş ağrısına səbəb olmuş bir məsələyə son qoyulması tezləşər.
- Deməli, siz ölüm faktına tam əminsiniz...
- Yüz faiz... Bir daha təkrar edirəm, E.Abdullayev qardaşının ölüm işində birbaşa iştirakçı olduğundan o, zərərçəkmiş kimi yox, təqsirləndirilən şəxs kimi tanınmalıdır... Sonda bir məsələni də deyim. Vəsatətimdə həm də qeyd etmişəm ki, E.Abdullayevin indiyədək törətdiyi bütün cinayət əməllərində, həmçinin qanunsuz yolla, xüsusi texnikaların vasitəsilə əldə etdiyi şantaj məqsədli, gizli video-çəkilişlərdə ona qaynatası H.Əhmədovun, qaynı, MTN-də idarə rəisinin müavini olmuş Mustafa Əhmədovun böyük rolu olmuşdur, istintaq onları bu istiqamətdə dindirməlidir. Həmçinin istintaq E.Abdullayevin qaynı Mustafa Əhmədovu MTN-də məsul vəzifə tutduğu halda, bu yaxınlarda qəflətən Fransaya qaçaraq E.Abdullayevin yanında gizlənməsi faktını araşdırıb, onun hərəkətlərinə hüquqi qiymət verməlidir... \ “Təzadlar” \
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
Bu gün, 06:34 |
|
|
|
• Ev almaq istəyənlərə mühüm xəbər: Ən asan yol budur – "Ucuz başa gəlir"
Bu gün, 06:30 |
|
|
|
• Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir - Görünəni odur ki...
Bu gün, 02:00 |
|
|
|
• Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir - belə SÜLH TƏDARÜKÜ olur?
Bu gün, 01:52 |
|
|
|
• Məcnun müəllimin süni intellekt həvəsi - İcazə verin şübhələnək...
Bu gün, 01:50 |
|
|
|
• Müəmmalı şəkildə ölən idmançının atası: - "Günahı olan cəzalandırılsın”
Bu gün, 01:45 |
|
|
|
• Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama - RƏSMİ
Bu gün, 01:42 |
|
|
|
• İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır - Paşinyan
Bu gün, 01:37 |
|
|
|
• İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30 |
|
|
|
• “Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23 |
|
|
|
• "AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21 |
|
|
|
• Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18 |
|
|
|
• SOCAR-da benzin əvəzinə su vurulub - İDDİA
Bu gün, 00:14 |
|
|
|
• "Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." - ŞƏRH
Bu gün, 00:07 |
|
|
|
• Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• “Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• "Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Dünən, 22:34 |
|
|
|
• İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Dünən, 22:32 |
|
|
|
• Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Dünən, 22:27 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Dünən, 22:26 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Dünən, 21:15 |
|
|
|
• Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Dünən, 19:51 |
|
|
|
• “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Dünən, 19:02 |
|
|
|
• Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Dünən, 18:58 |
|
|
|
• Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Dünən, 18:14 |
|
|
|
• İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Dünən, 18:10 |
|
|
|
• Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Dünən, 18:06 |
|
|
|
• “Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Dünən, 18:03 |
|
|
|
• Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Dünən, 17:58 |
|
|
|
• Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Dünən, 17:52 |
|
|
|
• Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Dünən, 17:43 |
|
|
|
• "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Dünən, 17:40 |
|
|
|
• Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Dünən, 17:36 |
|
|
|
• Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Dünən, 17:30 |
|
|
|
• Mesaj verildi: - İranda çevriliş olacaq
Dünən, 17:22 |
|
|
|
• Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Dünən, 17:16 |
|
|
|
• Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Dünən, 17:08 |
|
|
|
• "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Dünən, 17:02 |
|
|
|
• Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Dünən, 16:59 |
|
|
|
• Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Dünən, 16:56 |
|
|
|
• İlyas İsmayılovun son durumu açıqlandı
Dünən, 16:53 |
|
|
|
• Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Dünən, 16:48 |
|
|
|
• Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Dünən, 16:43 |
|
|
|
• Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Dünən, 16:41 |
|
|
|
• İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Dünən, 16:39 |
|
|
|
• Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Dünən, 16:36 |
|
|
|
• “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Dünən, 16:32 |
|
|
|
• Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Dünən, 16:24 |
|
|
|
• "Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Dünən, 16:22 |
|
|
|
|