![BAKIDA "KAMAZ" "06"-NI TAPDALADI BAKIDA "KAMAZ" "06"-NI TAPDALADI](/uploads/posts//1361426884_0001.jpg)
BİR NƏFƏR AĞIR XƏSARƏT ALIB
Bir nəfər ağır xəsarət alıb.
Bakının Binəqədi rayonunda bərbad yol ağır qəzaya səbəb oldu. Hadisə şahidlərinin Milli.Az-a verdikləri məlumata görə, Dövlət Yol Polisinin "ekologiya postu" yaxınlığında "KamAZ" markalı yük maşını “VAZ-2106” markalı avtomobilin üstünə çıxıb.
Şahidlər iddia edirlər ki, qəzaya səbəb yolun pis vəziyyətdə olması olub. Dərin çuxura düşməkdən yayınmaq istəyən “KamAZ” “Jiquli” ilə toqquşub. Babək adlı oxucu Milli.Az-a bildirdi ki, qəza baş verən yol avtomobillər üçün keçilməzdir. Yolda olan çuxurlar o həddə çatlıb ki, yük maşınları da oradan çətinliklə keçir.
Binəqədi Rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, qəza zamanı avtomobilin sürücüsü ağır xəsarət alıb. Onun şəxsiyyəti hələlik məlum deyil. Hadisə yerində yol patrul inspektorları araşdırma aparırlar. Qəzanın səbəbi isə araşdırmalardan sonra məlum olacaq.