![BAŞ QƏRARGAH RƏİSİ İSTEFA VERDİ BAŞ QƏRARGAH RƏİSİ İSTEFA VERDİ](/uploads/posts/2013-06/1370841371_0001.jpg)
Liviya ordusunun baş qərargah rəisi Yusif əl-Manquş istefa verib. O, bu qərarı bu yaxınlarda Benqazi şəhərində baş verən toqquşmalarla əlaqədar verdiyini açıqlayıb. Yusif əl-Manquşun istefa ərizəsi qəbul edilib. Vaxtilə Liviya lideri Müəmmər Qəddafiyə qarşı silahlı üsyana qalxanlardan biri olan Yusif əl-Manquş Liviya silahlı qüvvələrinin komandanı vəzifəsinə 2012-ci ilin yanvarında təyin edilmişdi.
Qeyd edək ki, Benqazidə etirazların çevrildiyi toqquşmalar zamanı ölənlərin sayı 31-ə, yaralıların sayı 100-ə çatıb. Benqazi sakinləri Liviya lideri Müəmmər Qəddafinin devrilməsində iştirak etmiş və hələ də silahı yerə qoymağa razılaşmayan qruplaşmaların yenidən formalaşdırılmasını tələb edirlər. \ anspress \