![RUSİYA POLİQONUNDAKI YANĞINI SÖNDÜRƏ BİLMİRLƏR RUSİYA POLİQONUNDAKI YANĞINI SÖNDÜRƏ BİLMİRLƏR](/uploads/posts/2013-06/1371620751_0001.jpg)
YANĞIN 3 GÜN DAVAM EDƏCƏK
Rusiyanın Samara vilayətindəki Privoljsk hərbi poliqonunda yanğın üç sutka davam edə bilər. “Lenta.ru” saytının bu səhər yaydığı məlumata görə, poliqona yaxın ərazidən 6 min 500 nəfər müvəqqəti köçürülüb. 31 nəfərin xəsarət aldığı, xeyli evin və başqa tikilinin zərər gördüyü bildirilir. Samara-Volqoqrad şosesinin bir hissəsi bağlanıb.
13 milyon ədəd artilleriya sursatının saxlandığı poliqonda yanğın iyunun 18-i axşamdan başlayıb. Hər 10-15 dəqiqədə partlayış qeydə alınır. Yanğını cilovlamağa aviasiya da cəlb olunub. \ "Media forum" \