![DƏRBƏNDDƏ "LEKSUS"U HAVAYA SOVURDULAR DƏRBƏNDDƏ "LEKSUS"U HAVAYA SOVURDULAR](/uploads/posts/2013-06/1372409986_01.jpg)
Bu gün Dərbənddə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin əməkdaşlarının olduğu avtomobil partladılıb.
Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, partlayıcı qurğu “Leksus”markalı avtomobilin altına yerləşdirilib.
Partlayış nəticəsində avtomobildə olan Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin baş leytenantı yaralanıb. O, xəstəxanaya yerləşdirilib.