DƏLİ PYOTRUN DƏLİ VARİSİ
Tarix: 22-12-2011, 12:24 | Çap et
RUSİYANI YENİDƏN DİRÇƏLDƏN PUTİNİN VARİDATI AÇIQLANDI
Rusiya Mərkəzi Seçki Komissiyası prezidentliyə namizəd, baş nazir Vladimir Putinin varidatı barədə məlumat açıqlayıb.
“Media forum” saytı xəbər verir ki, rəsmi məlumatda Putinin 10 bankdakı hesablarında 5 milyon 722 min rubl vəsait olduğu göstərilir.
Putinin son dörd ildə əməkhaqqından, banklardakı əmanətlərindən və səhmlərindən (hərbi təqaüdü də nəzərə alınmaqla) ümumilikdə 17 milyon 700 min rubl (təqribən 600 min ABŞ dolları) qazandığı bildirilir.
Rəsmi məlumatda deyilir ki, Putinin Sankt-Peterburqda ümumi sahəsi 77,7 kvadratmetr olan mənzili, Moskva vilayətində 1500 kvadratmetr torpaq sahəsi var.
Putin “Bank Sankt-Peterburq” ACS-də 230 səhmin sahibidir.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Putinin həyat yoldaşı Lyudmila Putinanın hesablarında 8,8 milyon rubldan çox pul var.
Sənədlərə əsasən, Rusiyanın hökumət başçısının üç avtomobili var: 1960-cı ilin istehsalı olan “QAZ M21”, 1965-ci ilin istehsalı olan “QAZ 213” və bir ədəd “Niva”.
2012-ci il martın 4-də Rusiyada prezident seçkisi keçiriləcək. Vladimir Putinin namizədliyi dekabrın 20-də qeydə alınıb. Onu rəhbəri olduğu Vahid Rusiya Partiyası noyabrın 27-də Moskvada keçirilən qurultayında prezidentliyə namizəd irəli sürüb.
Vladimir Putin 1952-ci il oktyabrın 7-də Leninqrad (Sankt-Peterburq) şəhərində doğulub. Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini və DTK-nın Moskvadakı 1 saylı Ali Məktəbini bitirib. Uzun illər dövlət təhlükəsizlik orqanlarında çalışıb.
Mərkəzi hakimiyyət orqanlarına ötən əsrin 90-cı illərinin ortalarında gəlib. 1996-cı ildə Rusiya prezidentinin işlər müdirinin müavini, 1997-ci ildə Prezident Administrasiyası rəhbərinin müavini olub. 1998-də Prezident Administrasiyası rəhbərinin birinci müavini vəzifəsinə keçib. Həmin ilin yayında Federal Təhlükəsizlik Xidmətinin direktoru olub. 1999-cu ilin martından isə həm də Rusiya Təhlükəsizlik Şurasının katibi işləyib.
1999-cu il avqustun 9-da Rusiya Nazirlər Kabineti sədrinin birinci müavini, avqustun 16-da isə baş nazir təyin olunub. 1999-cu il dekabrın 31-də prezident Boris Yeltsin istefa verib və növbədənkənar seçkiyə qədər prezident vəzifəsinin icrası Vladimir Putinə tapşırılıb.
2000-ci il martın 26-da prezident seçilib. 2004-cü il seçkisində bu postu əlində saxlayıb.
2008-ci ilin may ayından Rusiyanın baş naziridir.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• GÜNÜN FOTOSU: - ÖL, AY KASIB...
Bu gün, 08:35 |
|
|
|
• Dollardan İMTİNA: Azərbaycan nə edəcək? - AKTUAL
Bu gün, 08:30 |
|
|
|
• Prezidentin mesajı: Qələbə sadəcə hərbi deyil, siyasi iradədir - İNCƏLƏMƏ
Bu gün, 08:28 |
|
|
|
• Bağça müəllimlərini söyəni döyən “Kösü” ləqəbli şəxs məhkəmə zalından həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 08:23 |
|
|
|
• "Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
Bu gün, 08:17 |
|
|
|
• İki türk dövləti Ermənistanla eyni layihədə - MALƏSƏF...
Bu gün, 08:13 |
|
|
|
• Bakı istintaqın ən qısa zamanda bitməsini istəyir, Moskva isə.. - Rusiya Azərbaycanı itirir
Bu gün, 08:03 |
|
|
|
• ETN özü rüşvətə RƏVAC VERİR... - "Şirinlik təklif edən kimi yer tapırlar"
Bu gün, 07:57 |
|
|
|
• Şərur rayon mərkəzi xəstəxanasında BAZAR AÇIBLAR - "Məcbur qalıb ödəniş etdim..."
Bu gün, 07:48 |
|
|
|
• Müharibədə qalib, müharibəyə qalib - Bahəddin Həzi yazır...
Bu gün, 07:06 |
|
|
|
• Tramp İstanbul danışıqlarına bu halda qoşulacaq - AÇIQLANDI
Bu gün, 07:03 |
|
|
|
• "Bu barədə parlamentdə danışdım, Sahibə xanım əsəbiləşdi" - Aqil Abbas
Bu gün, 06:30 |
|
|
|
• “Zatulinə psixi yardım lazımdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:23 |
|
|
|
• Avtobus və metroda gedişhaqqı yeniliyi: Qiymət dəyişir? - GƏLİŞMƏ
Bu gün, 06:19 |
|
|
|
• Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər - İsazadə
Bu gün, 05:04 |
|
|
|
• NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib - "Politico"
Bu gün, 04:43 |
|
|
|
• Şəhid atası vəfat etdi
Bu gün, 04:42 |
|
|
|
• Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi - NƏ BAŞ VERİR?
Bu gün, 04:36 |
|
|
|
• Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? - Komitə sədri ekspertlərə cavab verdi
Bu gün, 04:32 |
|
|
|
• Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş - AZCON-da yeni təyinatın sirri
Bu gün, 04:28 |
|
|
|
• Yasamal icra hakimiyyəti HARA BAXIR? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 04:22 |
|
|
|
• “Hədiyyələr” ASC səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 04:18 |
|
|
|
• 'Analar Günü' 'ifşa olunan' MAMA... - FOTOFAKT
Bu gün, 04:13 |
|
|
|
• “5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür” - FAKT BUDUR!
Bu gün, 04:09 |
|
|
|
• “Şirvanşahlar Residence” Baş nazirin adından istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 04:06 |
|
|
|
• Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır? - AKTUAL
Bu gün, 04:01 |
|
|
|
• “Sumqayıt Tikinti Xidmət” ASC -də səhmdarların toplantısı keçiriləcək
Bu gün, 03:59 |
|
|
|
• 4 ildir ki, kompensasiya ala bilmirlər... - GİLEY
Bu gün, 03:56 |
|
|
|
• Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdı – Azərbaycanlılar üçün çətin vəziyyət
Bu gün, 03:52 |
|
|
|
• İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? - Maraqlı iddia yayıldı
Bu gün, 00:16 |
|
|
|
• "Bir də görürəm ki, 2 saatdır oradayam"
Bu gün, 00:13 |
|
|
|
• Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? - ARAŞDIRMA
Bu gün, 00:11 |
|
|
|
• Azərbaycanda gizli dini şəbəkə təhlükəsi – XƏBƏRDARLIQ
Bu gün, 00:09 |
|
|
|
• PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi - AKTUAL
Bu gün, 00:06 |
|
|
|
• Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• Neft ölkələri üçün həyəcan təbili - Üçüncü böhran yaranır
Dünən, 19:00 |
|
|
|
• Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır
Dünən, 18:58 |
|
|
|
• "Kişi efirdə belə davranmamalıdır" - Faiq Ağayev
Dünən, 18:02 |
|
|
|
• “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti - DƏLİXANADIR, VALLAH...
Dünən, 18:00 |
|
|
|
• Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb - ÇÜNKİ...
Dünən, 17:58 |
|
|
|
• “Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı
Dünən, 17:53 |
|
|
|
• “İpək Yolu Sığorta”nın Direktorlar Şurasına TƏYİNAT OLUB
Dünən, 17:42 |
|
|
|
• "Məni məhkəməyə çağırmayıblar..." - "Şərurlu İsfəndiyar"
Dünən, 17:37 |
|
|
|
• Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib
Dünən, 17:34 |
|
|
|
• 20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox - VERGİ BORCU VAR
Dünən, 17:30 |
|
|
|
• “Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? - DETALLAR
Dünən, 17:28 |
|
|
|
• Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... - İLGİNC FAKTLAR...
Dünən, 17:22 |
|
|
|
• Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı - TƏFƏRRÜAT
Dünən, 17:18 |
|
|
|
• Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar - TASS
Dünən, 17:15 |
|
|
|
• “Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” - FOTO
Dünən, 17:12 |
|
|
|
|