ÖZƏL BAĞÇA BİZNESİ
Tarix: 17-01-2012, 13:13 | Çap et
BU GƏLİRLİ SAHƏDƏ KİMLƏR FİRONLUQ EDİR?
2012-ci ilin əvvəli məktəbəqədər təhsillə bağlı «islahat»larla əlamətdar oldu.
Yeni İl ərəfəsində Nazirlər Kabinetinin qərarı ilə Təhsil Nazirliyinin balansında uşaq bağçaları yerli icra hakimiyyətlərinin (İH) sərəncamına verildi. Bundan bir neçə gün sonra Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) də idarə (müəssisə) uşaq bağçalarının da İH-nə verilməsi barədə qərar qəbul edildi.
Turan-a Təhsil Nazirliyindən bildirildiyi kimi, əslində, fövqəladə heç bir şey baş verməyib, çünki bundan əvvəl də uşaq bağçaları yalnız formal olaraq nazirliyə məxsus hesab edilirdi, amma həqiqətdə icra hakimiyyətlərinin büdcəsindən maliyyələşdirilirdi. Ekspertlərin fikrincə, hadisələrin bu cür gedişi uşaq bağçalarının bağlanması, özəlləşdirilməsi və alınıb kommersiya strukturlarına satılmasından başqa yaxşı heç bir şeyə gətirib çıxarmayacaq. Belə ki, təkcə keçən il paytaxtda 60-a yaxın uşaq bağçası bağlanıb, onların yerində isə restoranlar tikilib. Bu barədə ölkə parlamentində dəfələrlə məsələ qaldırılıb.
Məlum olduğu kimi, hal-hazırda ölkədə 3 növ - dövlət, idarə (müəssisə) və özəl - uşaq bağçası fəaliyyət göstərir. Dövlət uşaq bağçaları ödənişsiz adlandırılsa da, uşaqlarını buraya qoymaq üçün valideynlər bağça müdirlərinə qeyri-qanuni olaraq 100-150 manat, sonra isə hər ay tərbiyəçiyə, bağçadan asılı olaraq, ayda 5 -20 manat verməlidirlər. Bununla bərabər, həmin uşaq bağçalarının saxlanması şəraiti heç də kifayətləndirici deyil, elə buradakı qidalanmanı da çox yaxşı saymaq olmaz.
İdarələrin nəzdindəki bağçaların, məsələn, Xəzər Dəniz Gəmiçiliyi və ARDNŞ-də olduğu kimi, saxlandığı şərait bir qədər bundan yaxşıdır. Amma əgər əvvəllər onlar ödənişsiz idisə və orada yalnız həmin idarələrdə işləyənlərin və onların yaxın qohumlarının uşaqları, nəvələri v. s. tərbiyə olunurdusa, son illər müəyyən məbləğə, demək olar ki, bu bağçalara hamını qəbul edirdilər .
Övladları idarə bağçasında tərbiyə olunan Sona Əliyevanın Turan-a bildirdiyi kimi, uşaqları bu cür müəssisəyə qoymaq valideynlər üçün əlverişlidir, çünki özəl uşaq bağçalarında bu, xeyli baha başa gəlir.
Bakının özəl bağçalarını 3 növə ayırmaq olar. Onlardan xidmətlərinin ən ucuz olduğu bağçalarda ödəniş ayda 300 manatdır. Bu, təqribən, dəyənin bir aylıq xidmətinin haqqıdır. Ödəniş məbləği 300-400 manat olan uşaq bağçaları həftədə 5 gün, saat 10.00-dan 18.00-a qədər işləyir. Burada uşaqlar gündə 3 dəfə yemək və məktəbəqədər təhsillə təmin olunurlar. Fəqət oyuncaqlarla təchiz olunma səviyyəsi burada çox da yaxşı deyil. Elə bu cür bağçalarda menyu da müxtəlifliyi ilə bir o qədər də fərqlənmir.
Uşaq bağçalarının 2-ci kateqoriyasında aylıq ödəniş 600-700 manatdır. Burada uşaqlara keyfiyyətli yemək və məktəbəqədər təhsil verilməkdən başqa, onlara ingilis, bəzilərində isə fransız dili öyrədilir. Bu cür bağçaların nəzdində peşəkar tərbiyəçilər və xarici dil müəllimələri işləyirlər. Bu uşaq bağçaları həftədə 6 gün işləyir. İş günləri bağçalar saat 9.00-dan 18.00-a qədər fəaliyyət göstərir. Şənbə günü isə qısa gündür və uşaqları burada yalnız saat 15.00-a qədər saxlamaq olar.
Son illər Bakıda ingilisdilli bağçaların sayı artmağa başlayıb. Burada, adətən, əcnəbilərin övladları tərbiyə alır, amma yerli uşaqlar da var. Bu cür bağçalarda ödəniş ayda 1000-1200 manat təşkil edir. Öncə nəzərdən keçirdiyimiz uşaq bağçalarından fərqli olaraq burada müəyyən metodikalar tətbiq olunur və onların formasına görə də bağçaları bir neçə kateqoriyaya bölmək olar
Qeyd edək ki, yeni «Təhsil haqqında» Qanuna əsasən, uşaqların bağçaya qoyulması onlar məktəbə gedərkən irəli sürülən mühüm tələblərdən biridir Bundan başqa, psixoloqların fikrincə, bağçaya getmək uşaqların təkcə məktəbəqədər təhsil almaları üçün yox, həm də onların özlərini kollektivdə aparmaq vərdişlərinə yiyələnməsi, yaşıdları ilə ünsiyyət zamanı meydana çıxan müxtəlif çətinliklərə hazır olması baxımından vacibdir.
Fəqət rəsmi məlumatlara görə, ölkədə uşaqların 75%-i məktəbəqədər müəssisələrə getmək imkanından məhrumdur. 2011-ci ilin sonuna respublikada 1 653 uşaq bağçası var idi və onlar cəmi 107 min uşağı əhatə edirdi. 3 milyon əhalisi olan paytaxtda cəmi 10 min uşaq üçün nəzərdə tutulmuş 308 uşaq bağçası fəaliyyət göstərir.
Azərbaycanda orta aylıq əmək haqqının 350 manat olduğunu nəzərə alsaq, onda qətiyyətlə demək olar ki, ailələrin əksəriyyətinin övladlarını özəl uşaq bağçalarına qoymağa gücü çatmaz, dövlət uşaq bağçalarının taleyi isə çox şübhəlidir.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... - fermerləri YENƏ ALDADIRLAR...
Bu gün, 09:44 |
|
|
|
• İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... - İLGİNC İDDİALAR
Bu gün, 09:31 |
|
|
|
• “Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” - FOTO
Bu gün, 09:21 |
|
|
|
• Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək – İşləri 200 manatlıq şirkət görəcək
Bu gün, 09:19 |
|
|
|
• Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... - Ekspert danışır...
Bu gün, 09:16 |
|
|
|
• Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... - ARAŞDIRMA
Bu gün, 09:08 |
|
|
|
• TARİXİ BAKI... HƏDƏFDİRMİ? - AKTUAL
Bu gün, 09:01 |
|
|
|
• Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı - DETALLAR
Bu gün, 08:58 |
|
|
|
• Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:57 |
|
|
|
• Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 08:55 |
|
|
|
• Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI – FOTO/GİLEY
Bu gün, 08:47 |
|
|
|
• “Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” - Efirlərdən uzaq düşən sənətkar
Bu gün, 08:42 |
|
|
|
• "Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:41 |
|
|
|
• "Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" - ABŞ YÖN DƏYİŞDİRİB...
Bu gün, 08:39 |
|
|
|
• “Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” - ETİRAZ VAR...
Bu gün, 08:33 |
|
|
|
• “Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək
Bu gün, 08:26 |
|
|
|
• Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... - Özləri etiraf edir ki...
Bu gün, 08:23 |
|
|
|
• “Bütün oyunları Ərdoğan oynayır” - Yunan mətbuatı təriflər yağdırdı
Bu gün, 07:24 |
|
|
|
• Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı - KİV
Bu gün, 07:22 |
|
|
|
• DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 07:21 |
|
|
|
• "Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" - ŞOK İTTİHAM
Bu gün, 07:19 |
|
|
|
• Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... - Sırski
Bu gün, 07:17 |
|
|
|
• Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? – DETALLAR
Bu gün, 07:15 |
|
|
|
• Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17 |
|
|
|
• "Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02 |
|
|
|
• "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58 |
|
|
|
• AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53 |
|
|
|
• "BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49 |
|
|
|
• Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47 |
|
|
|
• 'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36 |
|
|
|
• "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28 |
|
|
|
• Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26 |
|
|
|
• Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23 |
|
|
|
• GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20 |
|
|
|
• Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18 |
|
|
|
• Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15 |
|
|
|
• Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12 |
|
|
|
• "Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08 |
|
|
|
• Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05 |
|
|
|
• Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03 |
|
|
|
• Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10 |
|
|
|
• Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05 |
|
|
|
• Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00 |
|
|
|
• FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58 |
|
|
|
• Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12 |
|
|
|
• Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09 |
|
|
|
• Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03 |
|
|
|
• Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53 |
|
|
|
|