AZAL-ın təyyarəsinin qəzaya uğrama səbəbinin araşdırılması üzrə ilkin hesabat yaxın günlərdə açıqlanacaq .....                     "Avroviziya" təmsilçimiz onlardan biri olacaq? .....                     Çin ABŞ məhsullarına tarif tətbiq edib .....                     Şəhid anası nazirdən GİLEY EDİR... .....                     Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... .....                     "Bu, bir təsadüf deyildi" .....                     Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb .....                     Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaq .....                     Özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan şəxslərdir .....                     Təhsildə nöqsanlar belə ört-basdır edilir... .....                     Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb .....                     Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? .....                     "Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı .....                     “AXC-nin iclasında təklif etdim ki, gəlin, Heydər Əliyevi Naxçıvandan Bakıya çağıraq” .....                     Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... .....                     "Azərbaycan hər zaman türk dövlətləri ilə bütün sahələrdə inteqrasiyanın olmasına çalışıb" .....                     "44 günlük müharibədə məğlubiyyət bizə bu imkanı verdi" .....                     Paşinyanın sirli ABŞ səfəri .....                     Rusiyada yaşayan azərbaycanlılara hansı problemlər yaradacaq? .....                     İran Zəngəzur prosesindəki maneələri aradan qaldıracaq .....                     Köçəryanı qane edən Qarabağ təklifi .....                     Gürcüstandan Azərbaycana ZƏRBƏ .....                     Teatr Xadimləri İttifaqının sədri lotoreya reklamına çəkilib .....                     Paşinyanın ələ keçirmək istədiyi Azərbaycan ərazisi .....                     USAİD- təmizləyən ABŞ əslində öz DÖVLƏT NAMUSUNU qurtarmağa cəhd etmiş oldu... .....                     Nizami rayonunda meydan sulayan KİMDİR? .....                     "Niyə olmayan xidmət üçün pul ödəməliyəm?" .....                     ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib .....                     İşçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı... .....                     Hacıyevin İran səfərinin pərdəarxası .....                     Əliyev haqlı çıxdı: “Qarabağ”a reaksiyamız faşizmdir .....                     Erməniləri qorxuya salan ETİRAF: .....                     Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb .....                     Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib .....                     Xankəndindəki zavodda çörək bahalaşıb? .....                     Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi .....                     'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ .....                     Nazirlik ləğv olunur, əvəzində isə... .....                     “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” .....                     “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər” .....                 

YAP HAKİMİYYƏTİ QOCALARIN EHTİYACINDADIR
Tarix: 18-01-2012, 13:11 | Çap et
YAP HAKİMİYYƏTİ QOCALARIN EHTİYACINDADIR

RAMİZ MEHDİYEV RƏQİBLƏRİNİ ZƏİFLƏTMƏKLƏ MƏŞĞULDUR

DİA.AZ: - Məlum olduğu kimi, keçən ilin yanvar ayından start götürən antikorrupsiya tədbirləri çərçivəsində bir sıra məmurlar «rasxod»a verildi və bundan sonra da anoloji islahatların həyata keçiriləcəyi söylənilir. Bildirilirdi ki, əsas kadr islahatları əslində fevral ayına nəzərdə tutulduğundan aralıq dövr kifayət qədər sakit keçəcək. Belə də oldu. Yalnız bir-iki icra başçısının yerdəyişməsindən başqa, elə bir ciddi tərpəniş müşahidə olunmadı.

Məlumatlı mənbələrin redaksiyamıza bildirdiyinə görə, hələ də yeniləşmə problemi yaşayan hakim komandanın tərkibində kiçik də olsa dəyişikliklərin baş verəcəyi qaçılmazdır. Bu barədə redaksiyamıza iqtidar yetktililərindən biri məlumat verib. Məlumat verən şəxs bildirdi ki, dəyişikliklər bu dafə də kardinal mahiyyət daşımayacaq. Xüsusilə də köhnə komanda üzvlərindən heç kimin vəzifədən atılacağı gözlənilmir. Hələ də YAP hakimiyyəti qocaların ehtiyacındadır. Bunu siyasi müxalifətin fəallığı və Yaxın Şərqdə cərəyan edən olaylarla birbaşa əlaqələndirən mənbəmiz qeyd etdi ki, yuxarılar köhnələrsiz keçinə bilmədiklərindən kardinal kadr islahatlarının ertələnməsi qərarı verilib: ««Qaçqınkom»un sədri Əli Həsənovun öz ərizəsi ilə istefaya yollanacağı ilə bağlı plan hazırdır. Bir neçə icra başçısı da xırda korrupsiya faktlarına görə vəzifəsi ilə vidalaşacaq. Lakin ən böyük dəyişiklik çoxdan gözlənilən və bəlkə də tonlarla bu barədə yazılar yazılan Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun işindən azad edlməsi olacaq» deyə həmsöhbətimiz bildirdi.

Onu da xatırladaq ki, prezident İlham Əliyevin son parlament seçkilərindən sonra bir sıra yüksək rütbəli məmurları tutduqları vəzifələrindən azad edəcəyi barədə verilən proqnozlar özünü doğrultmaqdadır. Artıq bəzi hökumət yetkililəri postlarından uzaqlaşdırılıb. Onlardan bir qismi başqa işə keçirilib, bir qismi isə hələ də audsayder vəziyyətinə düşüb.

Ekspertlərin fikrincə, ölkə başçısı köhnə komandanı nə qədər tez özündən uzaqlaşdıra bilsə, o qədər faydalı olar. Bu arada gəzən söhbətlərə görə daha bir məmur vəzifəsindən uzaqlaşdırılacaq. Artıq ölkə KİV-lərin xeyli bundan öncə növbəti hədəfin Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov olduğunu yazıb.

Həmsöhbətimiz olan etibarlı mənbənin verdiyi məlumata görə, Bakı merinin vurulması reallaşmaqdadır. Onu əvəzləyən şəxsin kimliyi də təxmini məlumdur. Mənbənin dediyinə görə, H.Abutalıbovun yerinə prezidentin iqtisadi məsələlər üzrə müşaviri, əslən Naxçıvanın yeni yaradılmış Kəngərli rayonundan olan Əli Əsədovun təyin olunacağı gözlənilir. Hər halda, bu ad bir çoxları üçün sürpriz olacaq. Ən azından ona görə ki, bu vaxta qədər Bakı meri postuna ən şanslı aday olaraq Müdafiə Sənayesi Naziri Yavər Camalovun hazırda Şirvan rayonu İH başçısı postunu tutan qardaşı Mərdan Camalovun adı çəkilməkdə idi. Hər halda, Gəncənin sabiq meri Eldar Əzizovun Sumqayıta rəhbər göndərilməsindən sonra məhz onun əsas aday olduğu söylənilirdi.

İndi isə dövriyəyə yeni isim buraxılmaqla yanaşı, həm də bu ismin, yəni Əli Əsədovun bu posta təyinatının artıq həll olunduğu da söylənilir. Xatırladaq ki, müşavirin üç il əvvəl bağ evi naməlum şəxslər tərəfindən atəşə tutulmuşdu. Ehtimallara görə, bu hadisə ona xəbərdarlıq idi. Lakin bütün bunlara baxmayaraq Ə.Əsədov paytaxt merliyinə ən real namizəd hesab olunur.

Mənbə bu postu tutmaq üçün «Azal»ın şefi Cahangir Əsgərovun yaxın adamlarından birinin də şanslı olduğunu bildirir. Bundan başqa bu post uğrunda Abşeron rayon icra hakimiyyətinin başçısı, kürd mafiyasının nümayəndəsi olaraq qəbul edilən Zakir Fərəcov da mübarizə aparır. Hətta onun öz yerinə həmyerlisi, keçmiş millət vəkili, Sumqayıtda «pekarni Tofiq» kimi tanınan Tofiq Hüsyenovu gətirmək istədiyi barədə artıq bəzi mətbuatda kifayət qədər yazılar yazılıb.

Lakin bütün bunlar hələ ki, rəsmiləşməyib. Mənbəmiz onu da bildirir ki, Hacıbala Abutlaıbov özü də vurulacağı ilə bağlı məlumatları qəbul edir. Artıq o hazırlıqlar da görür. Mənbə bildirir ki, Bakı merinin illərlə topladığı milyonlarını Azərbaycandan çıxarmasına mane olmaq üçün xüsusi xidmət orqanları ciddi nəzarət işləri həyata keçirirlər. Maraqlıdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının vurulması ilə bağlı informasiyalar hər dəfə ən müxtəlif ünvanlardan qəzetlərə ötürülür. Bəzən də bu informasiyalarda yeni merliyə namizədlər arasında ən müxtəlif şəxslərin adları çəkilir. Lakin qəzetlərdə H.Abutalıbovun vəzifəsindən atılması ilə bağlı məlumatların mütəmadi xarakterdə dərc edilməsi və namizədlərin adları ilə bağlı vahid ismin ortada olmaması da bir daha onu göstərir ki, bu potsa sahib olmaq istəyənlərin sayı kifayət qədər çoxdur. Dünən bizimlə söhbət edən iqtidar yetkilsi israrla merin dövrinin başa çatdığını bildirirdi. Həmçinin bu posta təyin ediləcək adıçəkilən şəxslərin heç biri ilə birbaşa münasibəti yoxdur. Bu baxımdan da kimlərin şəhər meri olması mənbəmiz üçün də heç də maraqlı deyil.

Bütün hallarda Hacıbala Abutalbıovun vurulmasını istəyənlərin kifayət qədər çox olduğu göz qabağındadır. Məlumatlı şəxslər deyir ki, artıq dövlət başçısı da BŞİH-nin başçısının vəzifəsindən atılması ilə bağlı siyasi qərarını açıqlayıb. Prezident paytaxtda həyata keçirilən abadlıq işlərinin qənaətbəxş olduğunu bildirsə də, yolların inşa edilməsində külli miqdarda yeyintilərə yol verilməsini bağışlaya bilmədiyini dedi. Maraqlıdır ki, istənilən halda cəmiyyəti narahat edən məmur dəyişikliklərindən biri artıq reallaşmaq üzgrədir. İstənilən halda Hacıbala Abutalıbovun vurulması köhnə komanda üzvlərinin vurulması mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər. Lakin bu dəyişikliklər dövlət başçısına hansı siyasi dvidentlər gətirəcək? Ümumiyyətlə prezident komandanın yeniləşdirilməsinə başlayacaqmı? Hər halda bu suallara müsbət cavab vermək kifayət qədər çətin məsələdir. Lakin nəhayət ki, yalandan görüntü yaradan və millətin sərvətini talayaraq yollarda, yollardakı dirəklərdə sovuran bir məmur yola salınır.

Onu da bildirək ki, Əli Əsədovun Bakı meri postuna gətirilməsi planının arxasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin dayandığı da söylənilir. Hər halda, bu məlumatın özü də maraqldıdır. Ona görə ki, əslində Ramiz Mehdiyev dünənə qədər Əli Əsədova əks qütbdə dayanan fiqur kimi xarakterizə olunub. İndi isə PA rəhbəri öz rəqibinə kömək edir… Hər halda, görüntüdə olanı budur.

Lakin mənbəmiz bunu tamam fərqli formada izahladı. Mötəbər mənbənin bildirdiyinə görə, əslində Ramiz Mehdiyev bu planı ilə Əli Əsədova heç də yaxşılıq etməyib: «Əli Əsədov günü bu gün də Ramiz Mehdiyevdən sonra onun yerinə Ən şanslı namizəd hesab olunur, bundan əlavə, məhz bu səbəbdən Mehdiyevlə Əsədovun arasında hər zaman sərinlik yaşanıb».

Mənbəmizin sözlərinə görə, özündən sonrakı dönəm üçün PA rəhbəri postuna tamam fərqli bir ismi hazırlayan Ramiz Mehdiyev bəri başdan rəqiblərini sıradan çıxarır: «Buna görə də daha böyük iddialarla yaşayan Əli Əsədovu əslində Bakı meriyasına «sürgünə yollamaq» niyyətindədir».










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL-ın təyyarəsinin qəzaya uğrama səbəbinin araşdırılması üzrə ilkin hesabat yaxın günlərdə açıqlanacaq - Nazir
Bu gün, 10:51
"Avroviziya" təmsilçimiz onlardan biri olacaq? - FOTO
Bu gün, 10:50
Çin ABŞ məhsullarına tarif tətbiq edib
Bu gün, 10:39
Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Bu gün, 10:38
Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
Bu gün, 10:25
"Bu, bir təsadüf deyildi" - VİDEO
Bu gün, 10:10
Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
Bu gün, 10:02
Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaq - Paşinyan
Bu gün, 09:55
Özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan şəxslərdir - İTTİHAM VAR...
Bu gün, 09:52
Təhsildə nöqsanlar belə ört-basdır edilir... - MALƏSƏF...
Bu gün, 09:50
Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb - VİDEO
Bu gün, 09:45
Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? - ETİRAZ
Bu gün, 09:43
"Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:40
“AXC-nin iclasında təklif etdim ki, gəlin, Heydər Əliyevi Naxçıvandan Bakıya çağıraq” - Fəzail Ağamalı
Bu gün, 09:36
Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... - TƏFƏRRÜAT
Bu gün, 09:29
"Azərbaycan hər zaman türk dövlətləri ilə bütün sahələrdə inteqrasiyanın olmasına çalışıb" - Fazil Mustafa
Bu gün, 09:18
"44 günlük müharibədə məğlubiyyət bizə bu imkanı verdi" - Paşinyan
Bu gün, 09:17
Paşinyanın sirli ABŞ səfəri - Bakıya qarşı gizli plan...
Bu gün, 09:15
Rusiyada yaşayan azərbaycanlılara hansı problemlər yaradacaq? - AKTUAL
Bu gün, 09:12
İran Zəngəzur prosesindəki maneələri aradan qaldıracaq - Görünəni odur ki...
Bu gün, 09:10
Köçəryanı qane edən Qarabağ təklifi – “Nə Əliyev, nə də Elçibəy razılaşdı, çünki…”
Bu gün, 09:04
Gürcüstandan Azərbaycana ZƏRBƏ - Bakıdan etirazlar
Bu gün, 09:03
Teatr Xadimləri İttifaqının sədri lotoreya reklamına çəkilib - BU NƏDİ BELƏ?..
Bu gün, 09:01
Paşinyanın ələ keçirmək istədiyi Azərbaycan ərazisi – “Çox strateji yerdir…”
Bu gün, 08:59
USAİD- təmizləyən ABŞ əslində öz DÖVLƏT NAMUSUNU qurtarmağa cəhd etmiş oldu... - FAKT BUDUR!
Bu gün, 08:56
Nizami rayonunda meydan sulayan KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 08:49
"Niyə olmayan xidmət üçün pul ödəməliyəm?" - ETİRAZ
Bu gün, 08:44
ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib
Bu gün, 08:34
İşçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı... - Ekspert danışır...
Bu gün, 08:29
Hacıyevin İran səfərinin pərdəarxası - 9 illik “tilsimi” sındırmaq zamanı
Bu gün, 08:21
Əliyev haqlı çıxdı: “Qarabağ”a reaksiyamız faşizmdir - Kiviryan
Bu gün, 08:17
Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23
Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18
Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47
Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43
Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39
'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13
Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07
“Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56
“Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53
"Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51
“Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45
Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41
Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37
Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35
Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05
Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02
Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31
Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29
Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru