![Daha bir dövlət qurumu böyük ixtisara hazırlanır Daha bir dövlət qurumu böyük ixtisara hazırlanır](/uploads/posts/2016-03/1458634033_0001.jpg)
DİA.AZ: - Dövlət Gömrük Komitəsində böyük ixtisar gözlənilir. Bu barədə DİA.AZ-a hökumətdəki mənbələr informasiya verib.
Xəbəri verən qaynağın iddialarına görə, DGK-nin mərkəzi aparatı da daxil olmaqla, digər qurumlarını da əhatə edəcək ixtisar prosesi zamanı 1000-ə yaxın gömrüçünün işsiz qalacağı gözlənilir.
Mənbə diaaz.space-a açıqlamasında bildirib ki, bu prosesin ardından isə DGK rəhbərliyinə də əl gəzdiriləcək: "Aydın Əliyev və eyni zamanda 2 müavin, habelə, DGK-nin rəhbərliyində təmsil olunan bir neçə orta ranqlı məmur da görəvindən alınacaq".
![Daha bir dövlət qurumu böyük ixtisara hazırlanır Daha bir dövlət qurumu böyük ixtisara hazırlanır](/uploads/posts/2016-03/thumbs/1458634210_0001.jpg)
Xatırladaq ki, Aydın Əliyevin vəzifəsindən azad ediləcəyi haqda xəbəri hələ bir neçə gün əvvəlindən diqqətinizə təqdim etmişdik.