Xalq şairinin kürəkəni dövlət xəstəxanasında bazar açıb - İTTİHAM VAR
Tarix: 24-10-2016, 09:01 | Çap et
![Xalq şairinin kürəkəni dövlət xəstəxanasında bazar açıb Xalq şairinin kürəkəni dövlət xəstəxanasında bazar açıb](/uploads/posts/2016-10/thumbs/1477285319_0001.jpg) Bir müddət öncə 5 saylı Kliniki Xəstəxanada baş verən birabırçı durumla bağlı informasiya vermişdik. Hələ o zaman adıçəkilən xəstəxanada antisanitariyanın, rüşvətin baş alıb getdiyini, pinti mühitin, dözülməz şəraitin olduğunu yazmışdıq. Qlobal.az-a verilən məlumata görə, üzərindən bir ilə yaxın zaman ötsə də, bu xəstəxanada vəziyyət daha da ağırlaşıb. Belə ki, burada xəstələrə qarşı həkimlərin sərgilədiyi neqativ münasibət- onlara insan kimi yox, pul kisəsi kimi yanaşmaları artıq dözülməz həddə çatıb. Xəstəxanada çirkabın əlindən tərpənmək olmur. Hər yan kir, pas, çirk, irin qoxuyur. Sanki bu xəstəxanada həftələrlə təmizlik işləri aparılmır. Məlumata görə, burada təmizlik aparan işçilər pul ödəməyən xəstələrin palatalarını təmizləmirlər. Hətta bəzən elə olur ki, palatada yerləşən çarpayıların bəzilərinin altı çirkli qalır. Bu üsulla təmizliyə baxan işçilər onlara "görüm-baxım" eləməyən xəstələri cəzalandırırlar.
Xatırladaq ki, bir neçə il öncə Respublika prezidenti İlham Əliyev cənabları dövlət xəstəxanalarında pulsuz tibbi xidmətin həyata keçirilməsi barədə göstəriş verdi. Ancaq prezidentin bu göstərişinə baxmayaraq 5 saylı Xəstəxanada tibbi xidmətlərin əksəriyyəti hələ də pul ilə həyata keçirilir. Məlumata görə, xəstəxanada çalışan həkim və tibb bacılarının əksəriyyəti xəstə sahiblərindən açıq-aşkar pul istəyirlər. Pul vermək istəməyən xəstələrə isə tibb bacıları tərəfindən xidmət göstərilmir. Xəstələr, xəstə yaxınları qarşılaşdıqları bu qanunsuz əməllərdən yuxarı instansiyalara şikayət edəcəklərini deyəndə isə, həkimlər "hara istəyirsiz şikayət edin, lap Heydər Əliyev Fonduna yazın"- deyə cavab verirlər. Qeyd edək ki, hələ ilin əvvəlində xəstəxanada "UZİ"-dən keçən xəstələr 25 AZN, bronxların və ağciyərlərin rentgeni 20 manat, ürəyin kardioqramması 15 manat, mədənin endeskopiyası isə 30 manata, həkimlərin müayinə haqqı 20-30 manat civarında idi. İndi isə bu qiymətlər xeyli qaldırırlb. Səbəb kimi isə bazarlarda kartofun- soğanın bahalaşması göstərilir. Bunlar azmış kimi, rayonlardan təcili olaraq göndərişlə gətirilən xəstələr saatlarla qapıda qəsdən gözlədilir. Ağır durumda olan xəstələrinin acınacaqlı halına dözə bilməyən xəstələrin yaxınları axırda özləri məcbur qalıb həkimlərə pul təklif edirlər. Xəstə yaxınlarının saytımıza söylədiklərinə görə, bu xəstəxanada astadan danışan həkim sanki yoxdur, burada yetən xəstənin- xəstə yaxınlarının başına qışqırır. Bu xəstəxanada nəyəsə etiraz etmək mümkün deyil. O saat həkimlər, tibb bacıları kasıb və ağır durumda olan insanları şantaj edərək deyirlər ki, "hara istəyirsiz gedə bilərsiz. Buradan xoşunuz gəlmir gününə 200 manat verin gedin özələ". Məsələnin ən acıcaqlı tərəfi isə odur ki, bu xəstəxanada alətlərin əksəriyyəti pasiyentlərə edilən xidmətdən sonra təmizlənmir. Hətta burada işləyən həkimlər və tibb bacıları tibbi maskalardan və əlcəklərdən istifadə etmirlər. Xəstaxanada baş verən neqativ hallara isə baş həkim Ziya Əsədov qətiyyən irad bildirmir. Ümumiyyətlə baş həkim Ziya Əsədovun bu xəstəxanada söz sahibi olmadığı, vəzifəsinin öhdəsindən gələ bilmədiyi qeyd olunur. Deyilənə görə, 5 saylı xəstəxana 2-3 həkimin əlində qalıb. Burada bütün qayda-qanunları, daha doğrusu rüşvəti onlar tənzimləyirlər. Və "baş həkim"i də unutmurlar. Onsuz da yaşının çoxluğu səbəbi ilə yaxın zamanlarda vəzifəsindən alınacağı gözlənilən Ziya Əsədov da bu halından çox məmnun görünür. "Az aşım, ağrımaz başım" prinsipi ilə hərəkət edir. Xatırladaq ki, 5 saylı Kliniki Xəstəxananın baş həkimi Ziya Əsədovun adı əvvəllər də bir çox qalmaqallarda hallanıb. 2014-cü ildə 5 saylı Kliniki Xəstəxananın tərkibindən adı dəyişdirilərək çıxarılan Respublika Yanıq Mərkəzinin keçmiş baş həkimi Vüqar Ələkbərovun "vurulmağında” da Ziya Əsədovun xüsusi rolu olduğu deyilir. Neqativ fəaliyyəti ilə tez-tez mətbuatın gündəminə gələn Ziya Əsədovun rəhbərlik etdiyi 5 saylı Kliniki Xəstəxana ötən il daha bir biabırçı olaya imza atdı. Belə ki, birinci qrup Qarabağ əlili Dadaş Quliyevə xəstəxanada yeri pulla satmaq istəyən 5 saylı Kliniki Xəstəxananın həkimlərinə etiraz olaraq Dadaş Quliyev Xəstəxananın önündə intihar etmək istəyirdi. Bu biabırçı olaya mətbuatın müdəxiləsindən sonra nəhayət ki, birinci qrup Qarabağ əlilinə 5 saylı Kliniki Xəstəxanada pulsuz yer verildi. Xəstə yaxınları bildirirlər ki, baş həkim Ziya Əsədovun xalqımızın böyük, sevimli və unudulmaz şairi Bəxtiyar Vahabzadənin kürəkəni olduqlarını bilən insanlar isə sadəcə təəssüflə başlarını bulayırlar. Görünür milyonlara sevgi, mərhəmət, düzgünlük aşılayan ŞAİRin kəlamlarını eşitməyənlər, dərk etməyənlər də varmış... Lap ocağının başında, dizinin dibində olsa belə! Şikayətdəki iddialarla bağlı adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Həkimlər məni ölməyə qoymadılar" - Fatma Mahmudova
Bu gün, 18:21 |
|
|
|
• “Şeyx Əbdül xəstədir, ağzına gələni danışır” – Rasim Balayev 57 illik dostundan niyə küsüb?
Bu gün, 18:19 |
|
|
|
• Onlayn qumar təşkil edən daha bir dəstə ifşa olundu - VİDEO
Bu gün, 18:16 |
|
|
|
• Britaniya Rusiyanın altı vətəndaşına və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib - TASS
Bu gün, 18:14 |
|
|
|
• Ramil Usubovun qardaşı oğlu 1 milyonunu qaytara biləcəkmi? - Görünəni odur ki...
Bu gün, 17:21 |
|
|
|
• Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı DİN-də qəbul edildilər
Bu gün, 17:19 |
|
|
|
• Paşinyanın son müsahibəsindəki bəhanə xarakterli iddiaları yeni silahların alınması üçün qondarma əsas formalaşdırmağa xidmət edir – ŞƏRH
Bu gün, 17:15 |
|
|
|
• “Ramiz Mehdiyevin bağında xüsusi iclaslar keçirirlər, ad günü qeyd etmək adı ilə dəniz qırağında...” – ŞOK AÇIQLAMA
Bu gün, 17:13 |
|
|
|
• Casusluğun O BİRİ ÜZÜ və yaxud “beşinci kolon”un əsas KURATORU – “Eldar Mahmudov bütün günü şəhərdə...”
Bu gün, 17:11 |
|
|
|
• "Avropa İttifaqı Azərbaycana İrəvandan baxmamalı və..." - GƏLİŞMƏ
Bu gün, 17:10 |
|
|
|
• “Boz kardinal”ın daha bir kadrı YOLA SALINIR? - Abdin Fərzəliyevlə bağlı ŞOK İDDİA
Bu gün, 17:04 |
|
|
|
• Rusiya elitasında parçalanma: - "Ciddi dəyişikliklər baş verəcək"
Bu gün, 17:02 |
|
|
|
• İranın ümidi Trampla danışıqlara qalıb - “Iran Wire”
Bu gün, 16:58 |
|
|
|
• “Azərbaycanın narahatlığı üçün əsaslar var: - Bu silahlar bizə qarşı istifadə edilə bilər!”
Bu gün, 16:56 |
|
|
|
• Sinonimlər: Ramiz Mehdiyev – Rusiya, Ramiz Mehdiyev - “5-ci kolon”... - BU FAKTDIR...
Bu gün, 16:53 |
|
|
|
• Uşaqları ölümə sürükləyən oyunlardan necə qoruyaq? - AKTUAL
Bu gün, 16:49 |
|
|
|
• Həsən Şeyx Mahmud bu gün Azərbaycana GƏLİR
Bu gün, 16:43 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 16:39 |
|
|
|
• Adınız terrorçunun BAKIDAKI AGENTİ kimi hallanır... CƏNABLAR!!! - Bu nə TƏLAŞ... bu nə HƏYƏCAN?..
Bu gün, 16:35 |
|
|
|
• Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlama aparılır - RƏSMİ
Bu gün, 16:31 |
|
|
|
• Azərbaycanda yeni yaranmış şirkət sərmayəsini 1,3 milyon manat azaldır
Bu gün, 16:28 |
|
|
|
• Ömürlük məhkum həbsxanada özünü öldürdü
Bu gün, 16:23 |
|
|
|
• Tiflis İsveçi Gürcüstanda "Maydan" təşkil etməyə cəhddə günahlandırıb
Bu gün, 16:19 |
|
|
|
• MÜHÜM POSTDA DƏYİŞİKLİK GÖZLƏNİLİR... - İDDİA
Bu gün, 16:18 |
|
|
|
• “Əks halda ana canlı yayımda intihar edəcək” - Kəmalə Ağazadə hədələndi
Bu gün, 16:11 |
|
|
|
• Bakıda “Rus Evi”nin fəaliyyət göstərdiyi məkan boşaldılır
Bu gün, 16:08 |
|
|
|
• Həkimlərə saxta sertifikatları kim verib? - Həbsxana gözləyən məmurlar
Bu gün, 16:06 |
|
|
|
• “Ona necə inanmağıma özüm də mat qalmışam...”
Bu gün, 15:38 |
|
|
|
• Rəşad Dağlı əfv sərəncamına düşə bilər - Detallar AÇIQLANDI
Bu gün, 15:25 |
|
|
|
• Hərbi qulluqçularımız "AMAN-25" təlimində uğurla iştirak edir - VİDEO
Bu gün, 15:20 |
|
|
|
• Ermənilərlə NECƏ DİL TAPAQ?.. - AKTUAL
Bu gün, 15:14 |
|
|
|
• Bakı-İrəvan sülhü: Makron “tam dəstək” verir - İLGİNC
Bu gün, 15:08 |
|
|
|
• Adı kütləvi təcavüzdə hallanan “McDonald's”ın satışları azaldı
Bu gün, 15:02 |
|
|
|
• Azərbaycanda fəaliyyətimizi dayandırmaq üçün tədbirlər görürük - "Rus evi"
Bu gün, 14:58 |
|
|
|
• Öz “ayağına” güllə atan Rusiya – “Türk NATO-su” zərurətə çevrilir
Bu gün, 14:51 |
|
|
|
• Aeroport yolunda maşınları saxladıb 50 manat istəyir: "Qazi"dir - VİDEO
Bu gün, 14:48 |
|
|
|
• Rosaviasiya İsrailə gecə uçuşlarına qoyulan qadağanı uzadıb - KİV
Bu gün, 14:43 |
|
|
|
• Lənkəranın icra başçısı ona sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxsə qarşı şikayətinin olmadığını bildirib - MƏHKƏMƏ
Bu gün, 14:10 |
|
|
|
• “Nə Tramp, nə Zelenski! – Son sözü xalq deyəcək”
Bu gün, 14:02 |
|
|
|
• İndi növbə saxta diş həkimlərinindir... - Texniklər necə stomatoloji xidmət göstərir?
Bu gün, 14:00 |
|
|
|
• Sülh müqaviləsi Rusiya ərazisində imzalanmayacaq - BU QƏTİDİR!
Bu gün, 13:58 |
|
|
|
• Atası müstəntiqi öldürüb Azərbaycana qaçırdı, oğlu da polisi döydü - HADİSƏ ANI
Bu gün, 13:12 |
|
|
|
• Rusiya şəbəkəsinin üzvü olan Elçin Həsənovun əmlaklarının siyahısı - FOTOLAR
Bu gün, 13:10 |
|
|
|
• "Mənəm e, Paşinyan": - Nikolun Vaşinqton və Paris rəzaləti
Bu gün, 13:05 |
|
|
|
• Bakıda “Rus evi”nin yerləşdiyi binadakı lövhə və yazılar sökülür - FOTO
Bu gün, 13:03 |
|
|
|
• Vəzifələrini itirsələr də, milyonluq sərvətləri kimi yekəxanalıqları da yerindədir... - MƏMMƏDYAROV KİMƏ “QARINAĞRISI” VERİR?
Bu gün, 13:00 |
|
|
|
• Jurnalistlərə qadağa qoyuldu – məhkəmə portalından senzura…
Bu gün, 12:56 |
|
|
|
• “Rus Evi” loqosundan istifadə etməklə saxta məlumat hazırlanması ilə bağlı açıqlama yayıb - "Bu saxta məlumatlara..."
Bu gün, 12:53 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:49 |
|
|
|
• ABŞ Ukraynada sülh planı üzərində işi dayandırıb - “The Telegraph”
Bu gün, 12:48 |
|
|
|
|