Tramp Rusiyaya qarşı sanksiyaları ləğv edir? .....                     “Sputnik Azərbaycan” və “BBC News Azərbaycanca”nın fəaliyyəti dayandırılır .....                     “Bu bəyanatlar riyakarlıqdan başqa bir şey deyil” .....                     Putin özünü qalib elan etsə: “Azərbaycanın yalnız bir yolu var” .....                     İran dayanmadan təkrarlayır: .....                     Paşinyan Münhenə getdi .....                     Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? .....                     Bazarlarda mövsümü olmayan meyvələrin FANTASTİK QİYMƏTLƏRİ .....                     Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyatının ən qısa zamanda inteqrasiyasında maraqlıdır .....                     Quru sərhədlər belə açılacaq .....                     İrəvan Bakıya imtina edilməyəcək təklif verib .....                     Azərbaycan-Türkiyə quru sərhədindən yalnız Naxçıvan qeydiyyatında olanlar giriş-çıxış edə bilər .....                     USAID: yumşaq güc aləti, yoxsa qlobal manipulyasiya şəbəkəsi? .....                     Azərbaycan dövlətinin xarici borcu kimlərədir? .....                     59 vətəndaşımız Türkiyədən Azərbaycana buraxılmır .....                     Trampın Putinə sürpriz hədiyyəsi .....                     "İrəvanla Moskvanın əməkdaşlığı inkişaf edir" .....                     Ədəbiyyatşünas Pərvanə İsayeva vəfat edib .....                     Dələduzlar Əlikram Bayramovu necə aldatdı? .....                     Əliyevin mesajı: Trampın haqq-hesabı… .....                     Köçəri kimdir, oturaq kimdir? .....                     Gəncədə müəllimin şagirdi döyməsi ilə bağlı iddia araşdırılır .....                     Şahnaz Bəylərqızı ilə bağlı .....                     Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB .....                     “Trampın məqsədi Ukraynanın sərvətlərini ələ keçirməkdir” .....                     Bakıda tanınmış model Çelsi Balakişiyeva həbs edilib .....                     Azərbaycan Milli QHT Forumu USAID-lə bağlı Donald Trampa müraciət ünvanlayıb .....                     ONUN DA VAXTI YETİŞİB... .....                     Özümüzü aldatmayaq, Rusiya Cənubi Qafqazda uduzub .....                     Tanınmış modelyerin atasını qətlə yetirməkdə təqsirləndirilən .....                     “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sədr təyin edilib .....                     ATƏŞ HARDA KƏSİLƏCƏK... HARDA AÇILACAQ... .....                     Bu missiyanı aparmaq bizim üçün çox çətin idi .....                     Polis 2024-cü ildə 108 nəfərə mühafizə orderi verib .....                     İkili diplom proqramı üzrə Rəhbər Komitənin növbəti görüşü keçirilib .....                     Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər .....                     Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? .....                     Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqladı .....                     "Sputnik Azərbaycan"ın fəaliyyətinə son? .....                     Rusiya FTX zabitinin məhkəməsi təxirə salındı .....                 

Onları kim AKTİVLƏŞDİRİR? - Azərbaycan üçün "İvanaşvili layihəsi" hazırlayan kimlərdir?
Tarix: 30-04-2019, 12:26 | Çap et
Onları kim AKTİVLƏŞDİRİR?
Son zamanlar dünya miqyasında milyarderlərin siyasətlə maraqlanması, seçkilərə qatılması tendensiya halını alıb.

2012-ci ildə heç kimin gözləmədiyi halda iş adamı Bdzina İvanişvili Gürcüstanda siyasi meydana atıldı və onun rəhbərlik etdiyi “Gürcü arzusu” Partiyası parlament seçkilərində qalib gəldi.

Qeyd edək ki, hazırda Bdzina İvanişvili hakimiyyətdə heç bir post tutmur, ancaq hakim partiyanın sədri kimi siyasi proseslərə təsir imkanlarını saxlayır. Amerika Birləşmiş Ştatlarının (ABŞ) indiki prezidenti Donald Tramp da milyarderdir və o da siyasətə biznesdən gəlib. Tramp 2016-ci il seçkilərində ABŞ-ın prezidenti seçilib. Son vaxtlar azərbaycanlı milyarderlərin də siyasətə maraq göstərməsi müşahidə edilir. Bir müddət öncə Türkiyədə yaşayan “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun siyasətə gələcəyi ilə bağlı xəbərlər yayıldı. Bundan əvvəl azərbaycanlı milyarderlər Vahid Ələkbərov, Araz Ağalarov, Fərhad Əhmədov, hətta hazırda həbsdə olan Söyük Sadıqov və digərlərinin siyasətə gələcəyi ilə bağlı müxtəlif zamanlarda fikirlər səsləndirilib.

Bir müddət əvvəl Rusiyada azərbaycanlılardan təşkil olunan Milyarderlər İttifaqı fəaliyyət göstərirdi. Bu İttifaq bu və ya digər formada siyasətə qarışır, bəzi siyasi qüvvələrə müxtəlif bəyanatlarla dəstək nümayiş etdirirdi. Amma hazırda Milyarderlər İttifaqı fəaliyyət göstərmir və bəzi zənginlər faktiki olaraq bu boş qalan yeri doldurmağa cəhd göstərirlər.

Belə ki, ötən gün Rusiya Azərbaycanlıları İttifaqı adlı yeni bir təşkilat təsis konfransını keçirilib. Toplantıya Rusiya Federasiyasının 56 regionunu təmsil edən diaspor qurumlarının təmsilçiləri qatılıb. Qərara alınıb ki, 3 ay ərzində Rusiya qanunvericiliyinə uyğun olaraq hazırlıq işləri aparılsın, Nizamnamə hazırlansın və qurultay təyin olunsun. Bundan başqa Nizamnamənin bəndlərinin təsisçi təşkilatların hüquqşünasları tərəfindən onlayn qaydada müzakirə ediləcəyi təklifi qəbul edilib.

İdarə Heyətinə Füzuli Məmmədov, Tofiq Rzayev, Mirkazım, Elşən Əliyev, Akil Mikaylov, Mais Cəfərov, Aydın Mehtiyev, Zahid Qocayev, Əli Kazımovun namizədliyi səsvermə ilə qəbul edilib.
Daha sonra Rusiya Azərbaycanlıları İttifaqının prezidentliyinə namizədlər irəli sürülüb. Ceyhun Əliyev bu posta Dünya Azərbaycanlıları İttifaqının və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun prezidenti Füzuli Məmmədovun namizədliyini irəli sürüb. Təklif qəbul edilib və azərbaycanlı milyarder Füzuli Məmmədov yeni yaranan təşkilatın sədri seçilib.

Maraqlıdır, azərbaycanlı milyarderlərin diaspor fəaliyyəti ilə kifayətlənməyib siyasətə gəlməyə də hazırlaşırmı? Onların siyasətə maraq göstərməsi nədən irəli gəlir? Biznesdə uğurlu olan bu adamlar siyasətdə də müvəffəqiyyət qazana bilərmi?

“Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev Cebhe.info-ya açıqlamasında yeni təşkilatın sədrinin siyasi iddialarından danışıb. Onun sözlərinə görə, Füzuli Məmmədov şəxsi mənada ziddiyyətli reputasiyaya malikdir:

“Təşkilatlanma mərhələsində olan yeni təşkilatın siyasi yönümlü olacağını hələlik deyə bilmərəm. Nəticə çıxarmaqda tələsmək lazım deyil. Kasıb, oliqarx fərq etməz, hər kəsin siyasətlə, ictimai fəaliyyətlə məşğul olmaq hüququ var. Amma əsas şərt həm Azərbaycan, həm Rusiya dövlətinin mənafeləri çərçivəsində fəalliyyət göstərmək, hər iki dövlətin maraqlarının ortaq nöqtələrinə əməl etməkdir. Eyni zamanda Azərbaycan xalqının milli-mənəvi dəyərlərini üstün tutmaq şərtilə proseslərin aparılmasına böyük ehtiyac var. Yeni təşkilatın yaranma prosesində bizə hələlik çox şey məlum deyil. Şəxsən mənim üçün qaranlıq məqamlar var. Ortada fikir ayrılıqlarının olduğunu göstərən mənzərə var. Keçmiş Rusiya Azərbaycanlının Konqresinin rəhbərliyində olan şəxslərin, onun regional təşkilatlarının hamısının yeni yaranan təşkilatda təmsil olunub-olunmayacağı bəlli deyil. Bu suallar Azərbaycan üçün maraqlıdır ki, yeni yaranan təşkilat hansı nizamnaməyə, proqrama və fəaliyyət məramına malikdir? Onun əsl məqsədi nədən ibarətdir? Əlbəttə, Füzuli Məmmədov şəxsi mənada ziddiyyətli reputasiyaya malikdir. İndi demək olmaz ki, o, yeni yaranan təşkilatın rəhbərliyində özünü necə göstərəcək. Bütün hallarda proseslərin axırını gözləmək lazımdır”.

“Əsas məsələ siyasətdə qalmağı bacarmaqdır”

Aydın Quliyev bildirib ki, keçmiş Milyarderlər İttifaqı pərdəarxası maraq xatirinə yaranan qurum olub:

“Siyasətə gəlmək iddiası hər kəsdə bilər. Amma əsas məsələ siyasətə gəlmək iddiası yox, siyasətdə uzun müddət və səmərəli fəaliyyət göstərməyi bacarmaqdır. Köhnə Milyarderlər İttifaqı da sonradan məlum oldu ki, kampaniyaçılıq və hansısa pərdəarxası maraq xətrinə yaranan qurum idi. Hər kəs gördü ki, siyasətdə uzun müddət qala bilmədilər. İndi siyasətə gəlmək istəyən milyarderlərin, oliqarxların isə siyasətə gələ biləcəklərini və ya gələndən sonra nə qədər qalacaqlarını zaman göstərəcək”.

“Bunun ağır şərtləri var”

Aydın Quliyev deyib ki, siyasətdə qalmağın vacib şərti xalqın dəstəyini qazanmaqdır ki, bu da asan məsələ deyil:

“Ciddi problem ondan ibarətdir ki, siyasətə gəlmək istəyən şəxslər, qoşulmaq istəyən qruplar ilk növbədə xalqın dəstəyini qazanmağı bacarmalıdırlar. Xalqın dəstəyini qazanmağın isə çox ağır şərtləri var. Bu, milyarderlərin göstərdiyi fəaliyyətin xalqın gözündə şəffaf olmasından ibarətdir. Bu çox vacib şərtdir. Əlbəttə, fəaliyyəti şəffaf olan şəxslərin xalqın nüfuzunu qazana bilmə şansı çoxdur. Amma problemlərin həll olunması nöqteyi nəzərindən xalqa nəsə vermək gücündə olmağın özü çox böyük şərtdir. Heç də birmənalı şəkildə demək olmaz ki, hansısa milyarder, maliyyə imkanları çox böyük olan şəxslər xalqın problemlərini həll etməyə qadirdir. Şəxsi maliyyə imkanları xalqın problemlərinin həll edilməsi baxımından əslində həlledici deyil. Tarixdə çox siyasətçilər olub ki, özünün heç bir maliyyə imkanları olmaya-olmaya xalqın taleyində çox böyük rol oynayıblar. Elə varlı oliqarxlar olub ki, pulun köməkliyi ilə siyasətə gəlmək iddiasında olsalar da, praktikada heç bir nailiyyət əldə edə bilməyiblər. Xalqın reytinqini qazanmaq çətindir və kimin bunun öhdəsindən gələcəyini, kimin gələ bilməyəcəyini zaman göstərəcək”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp Rusiyaya qarşı sanksiyaları ləğv edir? - "Asia Times"
Bu gün, 23:46
“Sputnik Azərbaycan” və “BBC News Azərbaycanca”nın fəaliyyəti dayandırılır - DETALLAR
Bu gün, 23:41
“Bu bəyanatlar riyakarlıqdan başqa bir şey deyil” - ŞƏRH
Bu gün, 22:44
Putin özünü qalib elan etsə: “Azərbaycanın yalnız bir yolu var” - GƏLİŞMƏ
Bu gün, 22:42
İran dayanmadan təkrarlayır: - Ermənistana elan etdi ki…
Bu gün, 22:39
Paşinyan Münhenə getdi
Bu gün, 22:38
Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? - NƏ BAŞ VERİR?
Bu gün, 19:00
Bazarlarda mövsümü olmayan meyvələrin FANTASTİK QİYMƏTLƏRİ - AXI NİYƏ?..
Bu gün, 18:58
Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyatının ən qısa zamanda inteqrasiyasında maraqlıdır - deputat
Bu gün, 18:58
Quru sərhədlər belə açılacaq – O qatarın dalınca…
Bu gün, 18:12
İrəvan Bakıya imtina edilməyəcək təklif verib - Manukyan
Bu gün, 18:08
Azərbaycan-Türkiyə quru sərhədindən yalnız Naxçıvan qeydiyyatında olanlar giriş-çıxış edə bilər - Səfirlikdən AÇIQLAMA
Bu gün, 18:05
USAID: yumşaq güc aləti, yoxsa qlobal manipulyasiya şəbəkəsi? - ARAŞDIRMA
Bu gün, 18:04
Azərbaycan dövlətinin xarici borcu kimlərədir? - SİYAHI
Bu gün, 18:01
59 vətəndaşımız Türkiyədən Azərbaycana buraxılmır - Aralarında şəhid anaları da var
Bu gün, 17:56
Trampın Putinə sürpriz hədiyyəsi – Ukraynanın taleyi necə dəyişəcək?
Bu gün, 17:50
"İrəvanla Moskvanın əməkdaşlığı inkişaf edir" - FAKT BUDUR!
Bu gün, 17:47
Ədəbiyyatşünas Pərvanə İsayeva vəfat edib
Bu gün, 17:45
Dələduzlar Əlikram Bayramovu necə aldatdı? - AÇIQLAMA
Bu gün, 17:37
Əliyevin mesajı: Trampın haqq-hesabı… - İNCƏLƏMƏ
Bu gün, 17:33
Köçəri kimdir, oturaq kimdir? - İdris Heydərli yazır...
Bu gün, 17:31
Gəncədə müəllimin şagirdi döyməsi ilə bağlı iddia araşdırılır - Regional İdarə
Bu gün, 17:28
Şahnaz Bəylərqızı ilə bağlı QƏRAR VERİLDİ
Bu gün, 17:25
Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB - NARAZILIQ VAR...
Bu gün, 16:29
“Trampın məqsədi Ukraynanın sərvətlərini ələ keçirməkdir” - Sərdar Cəlaloğlu
Bu gün, 16:26
Bakıda tanınmış model Çelsi Balakişiyeva həbs edilib - BUNA GÖRƏ...
Bu gün, 16:19
Azərbaycan Milli QHT Forumu USAID-lə bağlı Donald Trampa müraciət ünvanlayıb - DETALLAR
Bu gün, 16:12
ONUN DA VAXTI YETİŞİB... - Həm ilk nazirdir... həm də sonuncu nazir olacaq...
Bu gün, 16:10
Özümüzü aldatmayaq, Rusiya Cənubi Qafqazda uduzub - Satanovski
Bu gün, 16:02
Tanınmış modelyerin atasını qətlə yetirməkdə təqsirləndirilən şəxslərə cəza istənilib
Bu gün, 16:00
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sədr təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:58
ATƏŞ HARDA KƏSİLƏCƏK... HARDA AÇILACAQ... - Bilmək olmaz...
Bu gün, 15:56
Bu missiyanı aparmaq bizim üçün çox çətin idi – Mehman Əliyev
Bu gün, 15:53
Polis 2024-cü ildə 108 nəfərə mühafizə orderi verib
Bu gün, 15:51
İkili diplom proqramı üzrə Rəhbər Komitənin növbəti görüşü keçirilib
Bu gün, 15:49
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər - SİYAHI
Bu gün, 15:48
Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? - NƏ BAŞ VERİR?
Bu gün, 15:47
Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqladı - KİV
Bu gün, 15:45
"Sputnik Azərbaycan"ın fəaliyyətinə son? - Jurnalist qalmaqalları və təxribat iddiaları
Bu gün, 15:43
Rusiya FTX zabitinin məhkəməsi təxirə salındı – Bakıya 7 milyon manat alma üçün gəlibmiş
Bu gün, 15:40
Nikol Paşinyan Bakının beynəlxalq hüquqa uyğun tələbləri ilə bağlı yanlış təsəvvür yaratmağa çalışır – ŞƏRH
Bu gün, 15:38
Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Bu gün, 15:37
Ermənistan törətdiyi dağıntıların məsuliyyətini dərk etməli və təzminat ödəməlidir - Deputat DANIŞIR
Bu gün, 15:09
TRAMP VƏ BİZ... - Nəyin nəyə nə dəxli var...
Bu gün, 15:06
Xaricdən ən çox borc alan Maliyyə Nazirliyidir – Borclu qurumların siyahısı
Bu gün, 15:04
“Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır? - KİV
Bu gün, 15:01
"Səni axtarıram"da qadın elə rəqs etdi ki, ekspert zalı tərk etdi - VİDEO
Bu gün, 14:59
"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırır - AÇIQLAMA
Bu gün, 14:53
Ölkəmiz Somalidə faydalı layihələr icra edəcək - ŞƏRH
Bu gün, 14:51
Azərbaycan və Somali beynəlxalq qurumlarda bir-birinə dəstək nümayiş etdirirlər - İsrafil Kərimovun yazısı
Bu gün, 14:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru