Şolts yeni hökumət qurulana qədər kansler olaraq qalacaq .....                     Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub .....                     Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? .....                     Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir .....                     Dünyada kərə yağı sürətlə bahalanır .....                     Rafiq Sadıqov vəfat edib .....                     Məktəbin qar, təhsilin isə ekologiya dərdi .....                     Samir Şərifov oğluna dəbdəbəli toy etdi .....                     “Onların hamısı rüşvətlə ələ alınıb” .....                     "Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." .....                     Bazarı silkələyən siyasət .....                     "1 ildir un məmulatlarından uzağam" .....                     “5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” .....                     Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb .....                     Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır .....                     Avropa Sülh Fondunun Ermənistana dəstəyi... .....                     Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya .....                     Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır .....                     Lavrovun Türkiyə səfərinin əsas məqsədi… .....                     Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır .....                     “İlkin həyatımı xilas edib” .....                     Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… .....                     Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! .....                     Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır .....                     Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub .....                     Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” .....                     Ukraynaya görünməmiş hücum: .....                     Ali məktəblərdə dərslər təxirə salındı .....                     Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? .....                     Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb .....                     Təbriz İranda fəallaşdı .....                     "Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı" .....                     Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq .....                     Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı .....                     Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… .....                     Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı .....                     Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək .....                     Şabranda təhsil adına biabırçılıqlar... .....                     "Onsuz da səndən başqasına küsə bilmirəm..." .....                     Qəbələnin başçışı “qış yuxusuna” gedib .....                 

İşsizlərə 190 manatlıq yardımın verilməsində “məşğulluq dələduzluğu” - NARAZILIQ!
Tarix: 11-01-2021, 10:28 | Çap et
İşsizlərə 190 manatlıq yardımın verilməsində “məşğulluq dələduzluğu”
DİA.AZ: - "Koronavirus epidemiyası dövründə işsiz kimi uçotda olan şəxslərin 190 manatlıq sosial yardımla təmin edilməsi dövlətin və hökumətin sosial siyasətinin əsaslarından sayılır. Yardımın verilməsinə məsul edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu məqsədlə nə az, nə çox, düz 600 min vətəndaş müəyyən edib və hər ay büdcədən ayrılan toplam 114 milyon manatı sözügedən şəxslərə ödəyir. Yardımdan qıraqda qalan şəxslərə isə elə əsassız arqumentlərlə imtina edilir ki, necə deyərlər, əlin üzündə qalır". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Daha sonra məqalə müəllifi yazır: "Təsəvvür edin, ailə qurmayan vətəndaşa bildiriş gəlir ki həyat yoldaşı işlədiyindən yardım ayrılması mümkün deyil! (?) O qədər “ağ elədilər” ki, imtinanın yeni variantını “kəşf etməyi” fikirləşdilər. Fikir verin, 30 ildir işsiz kimi ƏƏSMN yanında Məşğulluq Mərkəzində uçotda olan şəxsə yardım verilməsindən imtina edilir ki, adına aktiv əmək müqaviləsi var. Belədə iş yerinin itirilməsinə görə daha yüksək -250 manatlıq yardımla təmin olunma nəzərdə tutulsa da, işsiz və ya iş yerini itirən şəxs dövlətin və hökumətin sosial yardım paketindən qıraqda qalır . Özü də dövlətin əhalinin sosial müdafiəsinə təhkim etdiyi dövlət qurumunun əli ilə. Beləcə vətəndaş dövlətdən narazı salınır.

Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 18a-da yaşayan Səbinə Həsən qızı 30 ilə yaxındır Xətai rayonunda işsiz kimi uçotdadır. Statusu 190 manatlıq sosial yardım ayrılmasına əsas verdiyindən ötən ilin aprelində ƏƏSMN -ə “sms”lə müraciət etsə də, adına VÖEN olduğu bildirilərək imtina cavabı alıb. Bir ilə yaxındır ki, nə VÖEN “tapılıb” fərdi sahibkar kimi 250 manat verilir, nə də işsiz kimi 190 manat. Şikayətçinin ali dövlət və mərkəzi icra hakimiyyəti, hüquq-mühafizə orqanlarına, Ombudsmana müraciətlərinə isə ümumiyyətlə cavab verilməyib. Bir ildən sonra sosial yardıma ehtiyacı olan şəxsə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlının imzaladığı 23.12.2020 tarixli məktubla elə bir cavab verilib ki , ölkədə insan hüquqlarının qorunmasının gerçək mənzərəsini ortaya qoyur . Heç demə, OMBUDSMAN İNSAN HÜQUQLARINI YOX, MƏMURLARIN ÖZBAŞINALIQ “HÜQUQLARINI” QORUYUR! (?) Ombudsman Aparatı şikayətçinin müraciətini araşdırmaq üçün ƏƏSMN yanında Dövlət Məşğulluq Agentliyinə tapşırıb və aldığı qanunsuz cavabı Konstitusiya Qanunu kimi qəbul edib ! (?) (Nə yaxşı, vətəndaş Qafqaz Müsəlmanları İdarəsinə müraciət etməyib, yoxsa cavab “Quran ayəsi” kimi sırınardı) Məşğulluq Agentliyi bildirib ki, şikayətçi xanım 07.04.2020 tarixdə ƏƏSMN-İN Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Məşğulluq” altsistemində işaxtaran kimi qeydiyyata alınıb və adına həmin MEİS -in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi olduğuna görə, “Məşğulluq haqqında” qanunun 4.1.1 maddəsinə əsasən məşğul şəxs hesab edilir. NK -nın 7 aprel 2020 tarixli 127 nömrəli qərarının 1-ci hissəsinə əsasən birdəfəlik ödəmə yalnız MAS-da ( “Məşğulluq Alt Sistemi” ) işsiz kimi qeydiyyata alınmış şəxslərə verilmişdir “

Diqqətli oxuyanlar açıq-aşkar “məşğulluq dələduzluğu”nu bəlirləməkdə çətinlik çəkməzlər. Qayğıya, diqqətə baxın : 07.04.2020 TARİXİNDƏ VƏTƏNDAŞ İŞSİZ KİMİ QEYDİYYATDADIR VƏ. .. 07.04.2020 TARİXLİ NK QƏRARI İLƏ QEYDİYYATDA OLMADIĞINDAN YARDIM VERİLMƏYİB! (?) Bunu necə başa düşmək olar? Belə çıxır, məşğulluq xidməti dələduzluqla məşğuldur? ! Vətəndaş həm işsizdir, həm də işləyir! (?) Dələduzluq faktını vətəndaşın şikayətindən sonra işsiz uçotundan çıxarılması da sübut edir. Bəyəm indiyədək koronavirus yox idi, deyə vətəndaş işsiz sayılırdı, indi “əmək müqaviləsi” üzə çıxdı? Kiminlə bağlanıb bu əmək müqaviləsi, fiziki şəxslə, yoxsa hüquqi şəxslə, yoxsa dövlət qurumu ilə? Niyə açıqlanmır? Bəlkə həmin işə götürən də indi yoxa çıxıb, yaxud pandemiya ilə bağlı işləmir, bunu niyə aydınlaşdırmırlar? Yəni belə çətindir ƏƏSMN, İqtisadiyyat Nazirliyinin Vergi Xidməti , hüquq mühafizə orqanları üçün bunu aydınlaşdırmaq? Vətəndaş 1 ildir işsiz-gücsüz, sosial yardımsız olduğunu bildirir, bir ildən sonra verilən cavaba baxın! Yenə də deyirik, adına əmək müqaviləsi olan şəxsə iş yerini itirməyə görə 250 manat ödənilməlidir! İndi İqtisadiyyat Nazirliyi və ya ƏƏSMN özü seçsin, vətəndaşa ya sahibkarlıq subyekti kimi 250 manat, ya da işsiz kimi 190 manat verilməsini təmin etsin!

Ombudsman Aparatına verilən cavabın sonunda ƏƏSMN yanında Dövlət Məşğulluq Agentliyi şikayətçiyə vakant iş yerlərini “e-sosial.az” hökumət portalında izləməyi də məsləhət görüb. Bu isə o deməkdir ki, “məşğulluq məmuru” vətəndaşın işləmədiyinə əmindir və üzərinə düşən məşğulluq xidmətindən imtina edir. Vətəndaş olmayan internet vasitəsilə portalda iş axtaracaqsa, bu yekəlikdə Dövlət Məşğulluq Agentliyinə nə ehtiyac var? Agentliyin saxlanılmasına çəkilən xərclə vətəndaşların sosial problemlərinin böyük bir hissəsi çözülə bilər. Bir çaları da vurğulamaq yerinə düşər ki, vətəndaş yardım istəyəndə ƏƏSMN altsistemində onun işləyib gəlir əldə etdiyi bildirilir, amma pensiya istəyəndə heç bir gəlirinin olmadığı bəlli olur! (?) Bu ikili standartın özü də açıq şəkildə dövlətin sosial paketindən sosial məmurların dələduzluqla yararlanmasını ortaya qoyur".

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şolts yeni hökumət qurulana qədər kansler olaraq qalacaq
Bu gün, 01:00
Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub - FOTO
Bu gün, 00:54
Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? - Zülfiyyə Mustafayeva yazır
Bu gün, 00:51
Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir - NƏ ETMƏLİ?
Bu gün, 00:44
Dünyada kərə yağı sürətlə bahalanır – Son qiymətlər
Bu gün, 00:42
Rafiq Sadıqov vəfat edib
Bu gün, 00:40
Məktəbin qar, təhsilin isə ekologiya dərdi - Şagirdlərin xəbərsiz qaldığı təhlükələr
Bu gün, 00:37
Samir Şərifov oğluna dəbdəbəli toy etdi
Bu gün, 00:33
“Onların hamısı rüşvətlə ələ alınıb” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 00:28
"Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." - Azər Həsrət
Bu gün, 00:26
Bazarı silkələyən siyasət - ARAŞDIRMA
Dünən, 22:29
"1 ildir un məmulatlarından uzağam"
Dünən, 22:26
“5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” - “İctimai”nin aparıcısı
Dünən, 22:23
Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb - "Bild"
Dünən, 22:20
Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır - Avropanın cazibədarlığının sonu
Dünən, 21:04
Avropa Sülh Fondunun Ermənistana dəstəyi... xristian təəssübkeşliyindən qaynaqlanır
Dünən, 21:01
Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya - "Mümkünsüzdür, kimsə elə bil…"
Dünən, 18:20
Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır - FÜRSƏTCİLLƏR İŞ BAŞINDA...
Dünən, 18:13
Lavrovun Türkiyə səfərinin əsas məqsədi… - ŞƏRH
Dünən, 17:07
Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır - ÇAĞIRIŞ
Dünən, 16:58
“İlkin həyatımı xilas edib”
Dünən, 16:53
Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… - FOTOFAKT
Dünən, 16:49
Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! - ÇAĞIRIŞ
Dünən, 15:55
Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır - Qlobal güclərin güc savaşı
Dünən, 15:50
Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub - "Müstəqil və peşəkar media..."
Dünən, 15:46
Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 15:43
Ukraynaya görünməmiş hücum: - Müharibə tarixində İLK
Dünən, 15:41
Ali məktəblərdə dərslər təxirə salındı - AÇIQLAMA
Dünən, 15:38
Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? - İNCƏLƏMƏ
Dünən, 15:35
Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb - TƏFƏRRÜAT
Dünən, 15:31
Təbriz İranda fəallaşdı – Bakı hazırdırmı?
Dünən, 15:26
"Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı"
Dünən, 13:24
Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq – Dekoti
Dünən, 13:21
Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı - 10 min alıb...
Dünən, 13:17
Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… - KİV
Dünən, 10:04
Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı - "O, vətənpərvər və güclü liderdir..."
Dünən, 09:28
Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək - Xaçikyan
Dünən, 09:26
Şabranda təhsil adına biabırçılıqlar... - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 09:22
"Onsuz da səndən başqasına küsə bilmirəm..."
Dünən, 09:12
Qəbələnin başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB
Dünən, 09:10
İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? - İNCƏLƏMƏ
Dünən, 09:00
Bakı ilə Ankara vasitəsilə danışa bilər... - GƏLİŞMƏ
Dünən, 08:58
Naxçıvanda daha KİMLƏR GEDİR? - İLGİNC
Dünən, 08:52
DİM-in imtahan sistemində növbəti XAOS - BU NƏDİ BELƏ?
Dünən, 08:43
Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır - Tofiq Zülfüqarov
Dünən, 08:33
"Eybi yoxdur, qoy mən ucuz aktyor olum, amma xalq məni sevsin"
Dünən, 08:27
Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir – Səbəb
Dünən, 08:24
Rövşən Əsgərov Rusiyada 130 min rubl borc qoyub? - İDDİA
Dünən, 08:21
Britaniya Rusiyaya qarşı böyük sanksiyalar paketini açıqlayır
Dünən, 06:19
“Yeni Ermənistan Respublikası” yaradılır? - Paşinyanın bəyanatı İrəvanda süngü ilə qarşılandı
Dünən, 00:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru