“Rusiya Ermənistanı xilas edə bilmədi, Qərb də xilas edə bilməyəcək” .....                     “Gəncə Təmir Quraşdırma” ASC səhmdarlarını .....                     Trampdan gözlənilməz əmr: .....                     "O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?" .....                     Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar .....                     Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq .....                     Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək .....                     Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? .....                     "İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" .....                     Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub .....                     Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib .....                     Azərbaycanla Gürcüstanın quru sərhədləri AÇILA BİLƏR .....                     Tramp Yunanıstandakı bazanı ləğv edir .....                     Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi .....                     Sanksiyalar siyahısında erməninin də adı var .....                     Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır .....                     “Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?” .....                     Aktau TERORUndan 2 ay keçdi: Rusiya inadından dönmür .....                     Pakistan ən ağır sınaqlarda qürurla Azərbaycanın yanında olub .....                     Nəsimi rayonunda polis əməliyyatları: .....                     Gömrükdən büdcəyə daxil olan vəsaitlərin idxala nisbəti kəskin azalıb .....                     Müdafiə Sənayesi Nazirliyi 300 minlik Toyota və BMW alır .....                     “Tramp Rusiyaya qarşı gizli plan hazırlayır” .....                     Kərə yağı günü-gündən bahalaşır: niyə idxaldan asılıyıq? .....                     Ermənilərin təxribatı baş tutmadı: Cengizin transferinə mane ola bilmədilər .....                     "Oğuz-Məişət" ASC-nin səhmdarları .....                     Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər .....                     “Buna görə bəzən övladlarım da mənə irad tutur” .....                     Deputatdan Ayaz Salayevə ağır sözlər: .....                     Qaradağ və Şirvana yeni polis rəisi dəyin olundu .....                     "Rabitəbank"da yeni baş direktor təyin edilib .....                     Xocalı soyqırımını etiraf edən erməni generalın sözlərini yenidən ictimailəşdirən gürcü bloger ölümlə təhdid olunur .....                     Martın 10-a qədər... .....                     2.5 milyon manatlıq “Aqroinnova” şirkəti kapitalını azaldır .....                     Zaqatalada “Makler İsa” ilə bacarmırlar .....                     Zelenski "gizli kartları" niyə açdı? .....                     MİDA-nın 5 aylıq tender məlumatları niyə yoxa çıxıb? .....                     “Gold Məkan” üçün NƏ QANUN VAR... NƏ QAYDA... .....                     Moskva ilə Kiyev Kursk vilayəti sakinlərinin təxliyəsi ilə bağlı razılıq əldə edib .....                     "Hara müraciət edirəmsə, heç bir köməklik olunmur...." .....                 

İcra hakimiyyəti və tikinti şirkətindən narazılıq... - “Şikayətimizə baxılmır”
Tarix: 23-11-2021, 09:13 | Çap et
İcra hakimiyyəti və tikinti şirkətindən narazılıq...
"Yaşadığımız binanı 2016-cı ildə sökdülər ki, sizə ev verəcəyik. Pilot layihə olmasına baxmayaraq, beş ildir ki, tikinti yekunlaşmır”.

Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 33 ünvanında (Azərbaycan Milli Elmlər Akademiyasının köhnə yataqxanası-red) yaşamış sakin Əhəd Hacıyev Meydan TV-yə belə deyir.

Onun sözlərinə görə, binanın inşası "İnşaat Konstruksiyaları” MMC-yə tapşırılsa da, iş çox ləng gedir.

Bina sakinləri məsələ ilə bağlı dəfələrlə Yasamal Rayon İcra Hakimiyyətinə müraciət etdiklərini deyirlər.

Əhəd Hacıyev bildirib ki, aidiyyəti qurumlara şikayət məktubları ünvanlayıblar, lakin hamısı nəticəsiz qalıb: "Çox təəssüf ki, Prezident İlham Əliyevin məmurlar qarşısında qoyduğu tələblər yerinə yetirilmir. Əksinə, sakinlərin şikayətinə baxılmır, ya ümumi cavablar verilir, ya da aldadırlar. Bu başıbəlalı pilot layihəli bina altı ildir ki, hələ də tikilir. Halbuki pilot binalar bir-iki ilə təhvil verilməlidir”.

Əhəd Hacıyev deyir ki, əvvəllər binada 94 ailə yaşayıb. Onları köçürüblər ki, bina tikiləndən sonra mənzillə təmin olunacaqsınız: "Pulu vermişik, lakin binada tikinti işləri getmir. Elə adamlar var ki, evini satıb ki, kvadratına görə ev alsın. Artıq illərdir ki, kirayədə yaşayır. Bu altı il ərzində binada işlərin 50 faizi görülüb. Şirkət deyir ki, tikinti üçün pulumuz yoxdur. Bizi aldadırlar, yalandan vəd verirlər”.

Şikayətçinin sözlərinə görə, Yasamal Rayon İcra Hakimiyyəti də problemlə maraqlanmaq istəmir.

Qurumdan sakinlərə tikinti şirkətini məhkəməyə vermək tövsiyə olunub: "Dəfələrlə icra hakimiyyətinə şikayətə getmişik, başçı ilə görüşmüşük. O, şirkətin rəhbərini çağırıb. Söz veriblər ki, ilin axrına evlər təhvil veriləcək, lakin nəticəsiz qalıb”.

"Şirkətin ofisinə gedirsən, qapısı bağlıdır. Şikayətimizi deməyə adam yoxdur. Yasamal Rayon İcra Hakimiyyətindən əvvəllər cavabdeh olduqlarını deyirdilər. İndi isə deyirlər ki, məhkəməyə verin. Pilot layihəyə görə binadan çıxarılan əhaliyə dövlət zamin durmalıdır. Prosesə Yasamal rayon İcra Hakimiyyəti nəzarət etməlidir”, – deyə o bildirib.

Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Xaliq Möhbalıyev Meydan TV-yə bildirib ki, qurum bir neçə dəfə bina sakinləri və tikinti şirkətinin rəhbəri ilə görüş keçirib: "Görüşdə biz vəziyyəti araşdırdıq. Hazırda işlər gedir, proses sürətlənib. Tikinti işləri ilə bağlı konkret vaxt demək olmur. Hava şəraitindən də asılıdır, qış yaxınlaşır. Bina güman ki, gələn il bina təhvil verəcək”.

Şərifzadə 33 ünvanında yerləşən bina 1956-cı ildə istifadəyə verilib. Binada əsasən Milli Elmlər Akademiyasının işçiləri və jurnalistlər yaşayıb.

Bina 2000-ci ildə özəlləşdirilib. 2016-cı ildə Fövqəladə Hallar Nazirliyi və Dövlət Layihə İnstitutu birgə qərarla tikilini qəzalı elan edib, sökülməsi barədə qərar qəbul olunub.

Binadan köçürülən ailələrə kirayədə yaşamağa 1 otaqlı ev üçün 200, 2 otaqlı ev üçün 300, 3 otaqlı ev üçün 350 manat kirayəhaqqı ayrılmışdı.

Yasamal Rayon İcra Hakimiyyətinin saytında 2017-ci ilin onuncu ayında dərc olunan məlumatda bildirilir ki, dövlət büdcəsindən rayonun abadlıq və quruculuq işlərinə 891741 manat, çoxmənzilli 10 yaşayış binasının təmiri üçün 2 milyon 400 min. manat vəsait ayrılıb.

Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli Qərarına əsasən 2016-2020-ci illərdə Yasamal rayonu ərazisində qəzalı vəziyyətdə olan 18 yaşayış binasının mərhələli şəkildə sökülüb yenidən tikilməsi işlərinə başlanıb.

Binalardan biri də Abbas Mirzə Şərifzadə 33 ünvanında yerləşir. On bir binada aparılan inşaat işlərinə 750 nəfər işçi qüvvəsi cəlb olunub.

"İnşaat Konstruksiyaları”, "Ehtibar İnşaat”, "ELİTE CİTY” Məhdud Məsuliyyətli Cəmiyyətləri, "Kristal-Abşeron” və "De-Lyuks” Mənzil Tikinti Kooperativləri tərəfindən qəzalı binaların sakinləri kirayə evlərə köçürülüb, sakinlərə kirayə evlərə görə yeni mənzillərə köçənədək vəsait ödənilməsi təmin edilib.

Pilot layihənin icrasına nəzarət bilavasitə Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Rusiya Ermənistanı xilas edə bilmədi, Qərb də xilas edə bilməyəcək” - FAKT BUDUR!
Bu gün, 19:00
“Gəncə Təmir Quraşdırma” ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 18:58
Trampdan gözlənilməz əmr: - “Bu, Putini çox sevindirəcək”
Bu gün, 18:30
"O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?"
Bu gün, 18:15
Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar - 26 min manat...
Bu gün, 18:14
Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq - Kallas
Bu gün, 18:00
Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək - İNCƏLƏMƏ
Bu gün, 17:59
Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? - SİYAHI
Bu gün, 17:52
"İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" - Areşevdən XƏBƏRDARLIQ
Bu gün, 17:50
Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub - TƏFƏRRÜAT
Bu gün, 17:37
Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib - Filmə çevrilən dəhşətli olay
Bu gün, 17:35
Azərbaycanla Gürcüstanın quru sərhədləri AÇILA BİLƏR - AÇIQLAMA
Bu gün, 17:31
Tramp Yunanıstandakı bazanı ləğv edir
Bu gün, 17:30
Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi - VİDEO
Bu gün, 17:21
Sanksiyalar siyahısında erməninin də adı var
Bu gün, 17:15
Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır - SOS
Bu gün, 17:13
“Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?” - PROFESSOR
Bu gün, 17:07
Aktau TERORUndan 2 ay keçdi: Rusiya inadından dönmür - AKTUAL
Bu gün, 17:02
Pakistan ən ağır sınaqlarda qürurla Azərbaycanın yanında olub - ŞƏRH
Bu gün, 16:57
Nəsimi rayonunda polis əməliyyatları: - 20 kq narkotik dövriyyədən çıxarılıb
Bu gün, 16:53
Gömrükdən büdcəyə daxil olan vəsaitlərin idxala nisbəti kəskin azalıb
Bu gün, 16:50
Müdafiə Sənayesi Nazirliyi 300 minlik Toyota və BMW alır - TƏFƏRRÜAT
Bu gün, 16:48
“Tramp Rusiyaya qarşı gizli plan hazırlayır” – Moskva kartları açdı
Bu gün, 16:39
Kərə yağı günü-gündən bahalaşır: niyə idxaldan asılıyıq? - ARAŞDIRMA
Bu gün, 16:36
Ermənilərin təxribatı baş tutmadı: Cengizin transferinə mane ola bilmədilər - DETALLAR
Bu gün, 16:33
"Oğuz-Məişət" ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 16:32
Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər - İLGİNC FAKTLAR...
Bu gün, 16:28
“Buna görə bəzən övladlarım da mənə irad tutur”
Bu gün, 16:17
Deputatdan Ayaz Salayevə ağır sözlər: - “Manqurt…”
Bu gün, 16:12
Qaradağ və Şirvana yeni polis rəisi dəyin olundu - ƏMR
Bu gün, 16:08
"Rabitəbank"da yeni baş direktor təyin edilib - ƏMR
Bu gün, 16:06
Xocalı soyqırımını etiraf edən erməni generalın sözlərini yenidən ictimailəşdirən gürcü bloger ölümlə təhdid olunur - VİDEO
Bu gün, 16:04
Martın 10-a qədər... - Ekstrasensdən proqnoz
Bu gün, 15:39
2.5 milyon manatlıq “Aqroinnova” şirkəti kapitalını azaldır
Bu gün, 15:37
Zaqatalada “Makler İsa” ilə bacarmırlar - “200 mini Qurban Qurbanovun qardaşı vermişdi”
Bu gün, 15:17
Zelenski "gizli kartları" niyə açdı? - İNCƏLƏMƏ
Bu gün, 15:14
MİDA-nın 5 aylıq tender məlumatları niyə yoxa çıxıb? - ARAŞDIRMA
Bu gün, 15:09
“Gold Məkan” üçün NƏ QANUN VAR... NƏ QAYDA... - BU DA FAKT!
Bu gün, 15:02
Moskva ilə Kiyev Kursk vilayəti sakinlərinin təxliyəsi ilə bağlı razılıq əldə edib
Bu gün, 14:49
"Hara müraciət edirəmsə, heç bir köməklik olunmur...." - GİLEY
Bu gün, 14:48
Ukrayna və Avropa danışıqlar masası arxasında olmalıdır - Zelenski
Bu gün, 14:31
Avropa İttifaqının “missiya”sı bölgədən nə vaxt çıxacaq? - AKTUAL
Bu gün, 14:26
Kişiyə arvadının sevgilisi tələb qoydu, gecəyarısı qanlı olay baş verdi - TƏFƏRRÜAT
Bu gün, 14:25
Əmrullayevdən anlaşılmaz QAR QƏRARI... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:22
“Aztech and Tegeta Motors”un rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 14:17
Yarım milyonluq “Büllur” ASC-nin səhmdarı ləğv qərarı verdi - NÖVBƏDƏNKƏNAR YIĞINCAQ
Bu gün, 14:12
Almaniyanın yeni hökumətinin Rusiyaya yanaşmasının dəyişəcəyinə ümid edirik - Peskov
Bu gün, 14:11
Fərid Hüseynovu Ramin Abdullayev təkrar işə götürüb: Əcəba niyə? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 14:05
"Münasibətlərdə gərginliklər ola bilər, olur da... - Amma ABŞ heç vaxt buna getməz"
Bu gün, 13:57
"Oğurluq etmə" sözünə qıcıqlandı, 2 viski oğurladı - 2 aylıq həbs olundu
Bu gün, 13:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru