Maraqların toqquşması qərarların obyektivliyinə təsir edən mühüm faktorlardan biridir .....                     Taksilərə vahid qiymət tətbiq etmək mümkün deyil .....                     Avropa İttifaqı erməniləri belə silahlandırır .....                     "Musaya böyrəyimi vermərəm, öz canımı daha çox sevirəm" .....                     Naxçıvana avtobus işləmir... AMMA BİLET SATILIR... .....                     Novxanı bağlarında qonşu həyətini “karyerə” çevirdi .....                     'Uşağımı bu vəziyyətə salan həkimləri qoruyurlar' .....                     Avropa İttifaqının dağılmasının Azərbaycana faydası böyük olacaq...” .....                     Ekspeditor çalışdığı “İnteqral” şirkətinin pulunu mənimsədi .....                     Hərbi ekspert Ədalət Verdiyevin məhkəməsinin vaxtı məlum olub .....                     “Villa Badam” fəhləni borca salıb .....                     Britaniya nüvə münaqişəsinə hazırlaşır .....                     Rektora qarşı AĞIR İTTİHAMLAR... .....                     İpoteka və Kredit Zəmanət Fondunun yeni binası 18 milyon manata təmir ediləcək .....                     “O da mənim kimi evini dələduzlardan ala bilmədi, ürəyi dayandı” .....                     Trampın Putinə loyallığı Moskvanı ruhlandırıb... .....                     Kopırkinin İrəvandakı təmasları xəbərdarlıqdır .....                     Daşqın Rəcəblinin bacısına yeni vəzifə verildi .....                     3 ildə Ukraynada öldürülən .....                     Ermənistan XİN Akopyanın diplomatları təhqir etməsini şərh etmədi .....                     Professor iranpərəstlərin hədəfinə çevrilib .....                     Paşinyanın bu qərarı aranı qarışdıracaq... .....                     “Bakı-Moskva münasibətləri niyə “qara qutu” üzərində qaldı?” .....                     Əmək Məcəlləsi `Quran` ayəsi deyil ki... .....                     "Fevral ayının 19-dan platformada qalmışıq!" .....                     Salyanda fermerin torpağı zorla əlindən alınıb .....                     Xarici vətəndaşın Azərbaycanda qurduğu şirkəti .....                     ABŞ və Avropa niyə müdafiə etdiklərini sonda tək buraxır? .....                     Azərbaycan ilə Pakistan arasında əlaqələr strateji xarakter daşıyır .....                     Azərbaycan və Pakistan münasibətləri yeni inkişaf mərhələsinə yüksəlib .....                     Bakı açıqladı, 4 ölkə razılaşdı: Dəhlizlə bağlı son maneə var .....                     "Azərbaycan Ordusu Xocalının qisasını aldı" .....                     Vətəndaşın borcu borcdur: öləndə də alırlar... .....                     Sahibkarlar milyonları niyə ölkəyə qaytarmırlar? .....                     Cərimələr sürücüləri bezdirəndə .....                     Putin elan etdi: "Yeni ərazilərdəki" sərvəti ABŞ-la bölür! .....                     Fransa Azərbaycana müharibə elan etdi? .....                     Burda 8 MART TƏDARÜKÜ indidən başlayıb... .....                     Tramp Ukraynaya borcu qabartdı, Makron qolundan dümsüklədi: "Elə deyil..." .....                     Millət vəkili Könül Nurullayevanın bahalı aksesuarı diqqət çəkib .....                 

Şəhid ailəsi həbsdəki başçıya ALQIŞ ELİYİR... - `Allah Vilyam Hacıyevin ölənlərinə rəhmət eləsin...`
Tarix: 2-08-2022, 10:30 | Çap et
Şəhid ailəsi həbsdəki başçıya ALQIŞ ELİYİR...
"Allah Vilyam Hacıyevin ölənlərinə rəhmət eləsin"...

Bunu biz demirik, İmişli rayon sakinləri deyir. Halbuki, Vilyam Hacıyev də İmişli rayonunda İcra başçısı olduğu dövrdə rayonda bütün sakinlər onun başçı olaraq heç bir işə yaramadığından danışırdılar. Deyirdilər, "Gedirik qəbuluna, dinləyir, "həll edərik" deyir, amma eləmir. Bizi yola verir ". Vilyam Hacıyev vəzifəsindən azad edildikdən sonra məlum olan milyonlarından onun necə, nə üçün və hansı istiqamətdə işlədiyi də aydın oldu. Amma, iş burasındadır ki, onun yerinə həmin vəzifəyə təyin olunan yeni icra başçısı Elçin Rzayevin isə ümumiyyətlə kimsəni qəbul etməməsindən gileylənirlər. "Heçolmasa Vilyam Hacıyev kimi mehriban dinləyib, yola verməyi də bacarmır" deyirlər. Əslində bu mövzuda onu qınamaq da olmur. Vilyam Hacıyevin kifayət qədər bu vəzifə üzrə təcrübəsi var idi. Ona görə də sakinlərin özü demişkən, "hamının damarını tuta bilirdi". Elçin Rzayev isə uzun müddət icra başçısının müavini işləsə də, bəlli ki, müdiri ona işin sirlərini - yəni insanları "yola verməyi" öyrətməyib. Elə görüb ki, başçı tədbirlərə gedir, Elçin Rzayev də aradabir "komanda"sını toplayıb başına, gedir 5-6 şəhid evini ziyarət edib, 10-15 şəkil çəkdirib, qayıdıb girir "iqamətgah"ına. Şəhid evini ziyarətdən gələn başçı, qapısında saatlarla, bəzən də günlərlə gözləyən şəhid ailələri, qaziləri qəbul etmir. Hər halda sakinlər özləri belə deyir.

Onların məsələsinə baxmalı olan - Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İltizam Quliyev qəbul edir, dinləyir, sonra da "heç Türkiyədə şəhid ailələri dövlətdən heç nə istəmir. Mən də sizin kimi dövlətdən pul alıram, evim də var, maşınım da var, dolanıram da" deyə, utandırıb, yola salır.

Yeri gəlmişkən, deyilənə görə bir dəfə bu cür utandırmanın 15 gün müddəti var. 15 gündən tez İltizam Quliyev qəbul edib xəcalət vermir. Deyirlər "sən burdan təzə getmisən. Növbədə adam hələ çoxdur. Get, 15 gündən sonra gələrsən".

Amma, təəssüflər olsun ki, şəhid ailəsinə vurulan o tənənin təsiri nəinki 15 gün, heç 15 il də keçsə, silinməsi mümkünsüz dərin iz buraxır. Nə yazıq ki, bu gün "fırlanan kürsü"də əyləşən səlahiyyət sahibləri bunu dərk etmirlər...

Rayonda boş yataqxanalar, sosial mənzillər olduğu halda, ikinci Qarabağ müharibəsi qazısı Nahid Şıxalıyevə kirayə pulu ödəmək imkanı olmadığından, müvəqqəti yaşaması üçün bircə otaq belə verilməsini təmin etmir icra hakimiyyəti. Deyirlər, "boş ev yoxdur". "Arvadının babasından qalma" yeni tikili boş binanın birini Vilyam Hacıyev satdı, amma qalan digər bina və köhnə yataqxanalarda 10-larla boş mənzillərdən birini müvəqqəti yaşaması üçün müharibə iştirakçısına, daha doğrusu vətən qazisinə vermək çoxmu çətin idi icra hakimiyyəti üçün?

Yaxud da "DogruXeber.az" redaksiyasına müraciət edən şəhid ailəsi Babaşova Adilə Novruz qızının şikayətini təmin etmək, bapbalaca torpaq sahəsinin sənədlərinin hazırlanmasında köməklik göstərmək bir rayonun rəhbərliyi üçün mümkünsüz idimi?

Əgər, mümkün deyilsə, o zaman Mеmarlıq və tikinti şöbəsinin müdiri Nazim Rəsulov hansı əsasla Adilə Babaşovadan 300 (üç yüz) AZN pul tələb edib?

Yaxud, mümkün olduğu halda sözügedən məbləği hansı əsasla istəyib?

Qeyd: Yeri gəlmişkən, məlumatda Nazim Rəsulovun və rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Rahim Zaidovun işinin hazırda korrupsiyada olduğua bildirilir.

Üstəlik də videoda da gördüyünüz kimi, şəhid xanımı Adilə Babaşova bildirir ki, ona məxsus - bələdiyyə sənədi və keçmiş İcra başçısının sərəncamı olan bir neçə sotluq torpaq sahəsində tikinti aparılması üçün İcra Hakimiyyəti icazə vermir. Hətta, tikintiyə başlayıb, başa çatmaq üzrə olduğunda icra hakimiyyəti tərəfindən əraziyə polis əməkdaşları cəlb olunub və tikinti dayandırılıb.

Şikayətçinin sözlərinə görə, "İcra başçısı Elçin Rzayev də "uşaq başı aldadırmış kimi", "Lap mən sənə desəm də get tik, ora qaz, işıq, su verilməyəcək", deyə özünü "yaxşı adam" kimi göstərməyə çalışıb".

Adilə Babaşova isə bildirir ki, həmin ərazidə, ona məxsus kiçik torpaq sahəsinin yanında rayonun axunduna məxsus çörəkbişirmə müəssisəsi və mərasim evi fəaliyyət göstərir ki, Elçin Rzayevin özünün etirafına görə onlar da, eyni zamanda orada tikilən digər yaşayış evləri də sənədsizdir.

Yeri gəlmişkən, "DogruXeber.az"a rayon sakinləri tərəfindən daxil olan məlumata görə İmişli rayonunun Xanhüseyn Bəylərov küçəsində - Rayon Mərkəzi Xəstəxanasının yanında yerləşən sözügedən bu yer əvvəllər istirahət parkı üçün nəzərdə tutulmuş yaşıllıq ərazi olub. Rayonun tanınmış iş adamlarından biri olan Aslan adlı şəxs bir neçə il əvvəl həmin ərazini İcra Hakimiyyətindən (sənədsiz) satın alıb. Aldıqdan sonra ərazidəki yaşıllıq ağacları bir gecənin içərisində kəsilib, ərazidən daşınıb və həmin ərazi boş torpaq sahəsi kimi hissə-hissə müxtəlif şəxslərə satılıb. İndi orada bir neçə yaşayış villaları var. Həmçinin, "Elçin uşaq bağçası, axunda məxsus çörəkbişirmə müəssisəsi, mərasim evi, market və bu kimi iaşə obyektləri fəaliyyət göstərir.

Özü də həmin ərazi rayon sakinləri arasında "Milyonçular məhəlləsi" kimi tanınır ki, bu da orada torpaq sahəsinin rayonun digər ərazilərinə nisbətən baha qiymətə satıldığı, orada tikilən evlərin 2-3 mərtəbəli villalar olduğu üçün sakinlər tərəfindən verilmiş addır.

P.S: Şəhid ailəsi Adilə Babaşovanın müraciətini yayımlamadan əvvəl Mеmarlıq və tikinti şöbəsinin müdiri Nazim Rəsulov ilə telefon əlaqəsi saxladıq və vətəndaşın narazı olduğu durumu diqqətinə çatdırdıq. Eyni zamanda, bu durum hər zaman problemli və imtiyazlı şəxslərin yanında olan "DogruXeber.az" üçün də həssas mövzu olduğu üçün şəxsən öz adımızdan da problemin həllində yardımçı olması və şəhid xanımının icra başçısının fərdi qəbulunda olması üçün köməklik göstərməsini xahiş etdik. O başçının qəbul günlərinin hər həftənin dördüncü günü olduğunu, başqa günlərdə bunun mümkün olmadığını bildirdi və fərdi qəbul üçün şərait yaradacağını qeyd etdi. Adilə Babaşova deyilən vaxtda yenidən İcra Hakimiyyətində oldu. Bəli, fərdi görüş təşkil edildi. Təbii ki, məsələyə aidiyyatı olan digər işçilərin iştirakı ilə baş tutan görüşdə, Elçin Rzayev yenə də sənədlərini düzəltməsini tövsiyyə edib, yola salıb.

Halbuki, xanım elə sənədlərin hazırlanmasında köməklik göstərilməsi və tikintini davam etdirməsinə icazə verilməsini xahiş etmək üçün oraya üz tutmuşdu.

Videomaterial yayımlandıqdan sonra isə sosial şəbəkədə rəy bölməsində İmişli rayon İcra Hakimiyyəti məsələyə bucür münasibət bildirib.

"İmişli şəhər sakini, şəhid ailəsi Babaşova Adilə Novruz qızı tərəfindən şəhərin Xanhüseyn Bəylərov küçəsinin sağ hissəsində yerləşən 120 kv.metr torpaq sahəsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 75-ci maddəsinin tələblərinə əsasən üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən müvafiq icazə sənədləri və Tikinti üçün Layihə Sənədləri Sisteminin tələblərinə uyğun tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi hazırlanmadan qanunsuz olaraq qeyri-yaşayış obyektinin tikintisinin aparıldığı müəyyən edilmiş və tikinti işləri dayandırılmışdır. İlkin mərhələdə nəzərdə tutulan obyektin tikintisi ilə əlaqədar yuxarıda qeyd olunan sənədlərin hazırlanması ilə bağlı A.Babaşovaya ətraflı izahatlar verilmişdir. Eyni zamanda A.Babaşova Rayon İcra Hakimiyyəti başçısının qəbulunda olarkən obyektin tikintisi üçün tələb olunan icazə sənədlərinin hazırlanmasında ona təkrar izahatlar verilmiş və sənədlərin hazırlanması ilə bağlı bu işlərdə ona dəstək olunacağı bildirilmişdir."

Daha bu dəstəyin nə vaxt göstəriləcəyi, ümumiyyətlə göstərilib - göstərilməyəcəyi, bugünə qədər niyə göstərilmədiyi sual olaraq qalır.

Mövzuya qayıdacağıq və növbəti yazıda İcra Hakimiyyəti binasının qarşısındakı Heydər Əliyev adına istirahət parkında qurudulmuş ağaclar, yığışdırılmış oturacaqlar, parkın iyrənc, antisanitar vəziyyətdə olan ayaqyolusu və bu kimi digər problemlərdən, eyni zamanda bəzi vəzifəli şəxslərin sahib olduqları əmlaklardan da bəhs edəcəyik .

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Maraqların toqquşması qərarların obyektivliyinə təsir edən mühüm faktorlardan biridir - AZAL
Bu gün, 11:26
Taksilərə vahid qiymət tətbiq etmək mümkün deyil - ONA GÖRƏ DƏ...
Bu gün, 11:20
Avropa İttifaqı erməniləri belə silahlandırır - TƏFƏRRÜAT
Bu gün, 11:17
"Musaya böyrəyimi vermərəm, öz canımı daha çox sevirəm"
Bu gün, 11:13
Naxçıvana avtobus işləmir... AMMA BİLET SATILIR... - NARAZILIQ VAR...
Bu gün, 11:07
Novxanı bağlarında qonşu həyətini “karyerə” çevirdi – APA TV
Bu gün, 11:02
'Uşağımı bu vəziyyətə salan həkimləri qoruyurlar' - Bir ildir komada olan 11 yaşlı Xədicənin anası
Bu gün, 10:57
Avropa İttifaqının dağılmasının Azərbaycana faydası böyük olacaq...” - Tahir Cəfərli
Bu gün, 10:52
Ekspeditor çalışdığı “İnteqral” şirkətinin pulunu mənimsədi - MƏHKƏMƏ
Bu gün, 10:51
Hərbi ekspert Ədalət Verdiyevin məhkəməsinin vaxtı məlum olub - DETALLAR
Bu gün, 10:49
“Villa Badam” fəhləni borca salıb – Prezidentə məktub
Bu gün, 10:46
Britaniya nüvə münaqişəsinə hazırlaşır - "Daily Express"
Bu gün, 10:40
Rektora qarşı AĞIR İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:38
İpoteka və Kredit Zəmanət Fondunun yeni binası 18 milyon manata təmir ediləcək
Bu gün, 10:18
“O da mənim kimi evini dələduzlardan ala bilmədi, ürəyi dayandı” - TƏFƏRRÜAT
Bu gün, 10:13
Trampın Putinə loyallığı Moskvanı ruhlandırıb... - Azərbaycanın rəyi necə olmalıdır?
Bu gün, 10:10
Kopırkinin İrəvandakı təmasları xəbərdarlıqdır - ÇÜNKİ...
Bu gün, 09:54
Daşqın Rəcəblinin bacısına yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:43
3 ildə Ukraynada öldürülən Rusiya hərbçilərinin SAYI
Bu gün, 09:41
Ermənistan XİN Akopyanın diplomatları təhqir etməsini şərh etmədi - KİV
Bu gün, 09:40
Professor iranpərəstlərin hədəfinə çevrilib - AÇIQLAMA
Bu gün, 09:39
Paşinyanın bu qərarı aranı qarışdıracaq... - Ciddi dəyişikliklərə gedir
Bu gün, 09:30
“Bakı-Moskva münasibətləri niyə “qara qutu” üzərində qaldı?” - Zahid Oruc
Bu gün, 09:27
Əmək Məcəlləsi `Quran` ayəsi deyil ki... - Ekspert danışır...
Bu gün, 09:17
"Fevral ayının 19-dan platformada qalmışıq!" - NEFTÇİLƏR HARAY ÇƏKDİ...
Bu gün, 09:13
Salyanda fermerin torpağı zorla əlindən alınıb - VİDEO
Bu gün, 09:09
Xarici vətəndaşın Azərbaycanda qurduğu şirkəti - BAĞLANIR
Bu gün, 09:02
ABŞ və Avropa niyə müdafiə etdiklərini sonda tək buraxır? - FAKT BUDUR!
Bu gün, 09:00
Azərbaycan ilə Pakistan arasında əlaqələr strateji xarakter daşıyır - ŞƏRH
Bu gün, 08:56
Azərbaycan və Pakistan münasibətləri yeni inkişaf mərhələsinə yüksəlib - İsrafil Kərimovun yazısı
Bu gün, 08:53
Bakı açıqladı, 4 ölkə razılaşdı: Dəhlizlə bağlı son maneə var - Görünəni odur ki...
Bu gün, 08:37
"Azərbaycan Ordusu Xocalının qisasını aldı" - deputat
Bu gün, 08:35
Vətəndaşın borcu borcdur: öləndə də alırlar... - Vətəndaşa olan borc isə...
Bu gün, 08:33
Sahibkarlar milyonları niyə ölkəyə qaytarmırlar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:29
Cərimələr sürücüləri bezdirəndə - ekspertlər deyir ki...
Bu gün, 08:19
Putin elan etdi: "Yeni ərazilərdəki" sərvəti ABŞ-la bölür! - GƏLİŞMƏ
Bu gün, 07:10
Fransa Azərbaycana müharibə elan etdi? – Təcili iki addım atılmalıdır
Bu gün, 07:08
Burda 8 MART TƏDARÜKÜ indidən başlayıb... - İTTİHAM VAR...
Bu gün, 04:51
Tramp Ukraynaya borcu qabartdı, Makron qolundan dümsüklədi: "Elə deyil..." - ABŞ və Fransa liderləri kameralar qarşısında dilləşdi
Bu gün, 04:41
Millət vəkili Könül Nurullayevanın bahalı aksesuarı diqqət çəkib - FOTO, VİDEO
Bu gün, 04:32
"Bunu povestimdə yazmağım, guya, Ramiz Mehdiyevin xətrinə dəymişdi" - Seyran Səxavət
Bu gün, 04:25
Yalnız sertifikatlaşdırılmış spirtli içkilərdən istifadə etmək vacibdir - ÇAĞIRIŞ
Bu gün, 00:55
Abşeronda təhsil adına RƏZALƏT... - NƏ BAŞ VERİR?
Bu gün, 00:49
Zelenski getməyə hazırdır, amma... – Kiyevin əsas şərtləri
Bu gün, 00:41
Zelenski cəmiyyət üçün zəhərli fiqura çevrilir - Rusiya Prezidenti
Bu gün, 00:24
Cəlilabadda şikayətləri dinləyən yoxdur... - MÜRACİƏT
Bu gün, 00:21
"Bir gündə bütün rus bölmələrini bağlaya bilməzsiniz..." - partiya sədri
Bu gün, 00:14
2025-ci ildə Azərbaycanla Ermənistan SÜLH BAĞLAYACAQMI? - AKTUAL
Bu gün, 00:12
"O məsuliyyəti üzərimdə hiss edirəm..."
Bu gün, 00:09
Bu gün ilk çərşənbədir
Bu gün, 00:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru