DİQQƏT: Direktor ancaq QIZIL HƏDİYYƏSİ qəbul edir... - İLGİNC İDDİALAR...
Tarix: 1-11-2023, 09:32 | Çap et
 Xatırladaq ki, bir neçə il bundan əvvəl aktualxeber.az saytında “Kollec direktoru təhsil ocağını bazara çevirib” və “Kollecdə direktorun müəllimə bacısının şok əməlləri” başlıqlı məqalələr dərc etmişdik. Həmin yazılarda BDU-nun nəzdindəki Bakı İqtisadiyyat və Humanitar Kollecinin o zamankı direktoru Rüxsarə Əliyevan təhsil ocağını rüşvət yuvasına çevirməkdə ittiham edilirdi. O zaman R.Əliyevanın tələbələrdən müxtəlif adlar altında pul toplanması adi hal almışdı. Bundan əlavə, kollecdə “ölü ştatlar” var idi. R.Əliyevanın qohum-əqrəbasının, dost-tanışının bir çoxunun adı kollecdə gedirdi. Hər ay onlar üçün dövlət büdcəsindən maaş ödənilir və kollecdə bu şəxsləri tanımırdılar. Kollec direktoru tələbələrdən alınan pulları bacısının əliylə toplayırdı. Təsəvvür edin ki, bir vaxtlar direktor süpürgəçi Fazilə xanımın maaşını belə mənimsəyibmiş. Pul yığımı kompaniyası o qədər geniş vüsət almışdı ki, bu proseslərə tədris hissə işləri üzrə direktor müavini İradə xanım, Həmkarlar İttifaqının sədri Tamara Rüstəmova da cəlb olunmuşdular. Kollecdə baş verənləri tam nəzarətdə saxlamaq üçün R.Əliyeva daha da irəli gedərək bacısı Sədaqəti və qardaşı Elxanı ümumi nəzarət üçün yanına gətiribmiş. Direktorun qardaşı Elxan kadrlar və mühasibatlıq şöbəsinin işinə nəzarəti tam əlinə götürübmüş. Sədaqət xanım isə pul yığımı kompaniyasında həm iştirak edir, həm də ümumi prosseslərə nəzarət edir. Onun bir neçə adamdan iş düzəltmək və s. işlər adı altında böyük məbləğlər aldığı üçün polisə düşdüyü də deyilirdi. Diqqət cəlb edən məqamlardan biri də kollec direktoru Rüxsarə Əliyevanın ad günü münasibətilə müəllimlərdən pul toplaması idi ki, bu ənənə bu gün də davam edir.
Belə ki, Rüxsarə Əliyevanın işdən azad olunmasından sonra, yəni 2021-ci ildən Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin direktoru olan Səhər Orucovanın 12 noyabrda ad günü olacaq. Yeni direktor da köhnə ənənəni pozmayaraq müəllimlərə və şöbə müdirlərinə tapşırıb ki, ad gününə ancaq qızıl alsalar hədiyyə kimi qəbul edə bilər. Bundan əlavə yeni direktor pul yığmağın da təzə üsullarını icad edibdi. Məsələn zəif oxuyan tələbələri özünə məxsus kursda ödənişli əsaslarla, hər fənndən 60 manat olmaqla oxumağa məcbur etdirir. Ora adı düşməyənlərin isə qiymət almaları müşkülə çevrilir. Ona görə də tələbələr məcburən kursa yazılmalı olurlar. Pul yığanların isə sadəcə adları dəyişibdi. S.Orucovanın özü ilə BDU-dan gətirdiyi Günay və Gülnar bacıları direktorun əsas adamı kimi həm pul yığımına baxırlar, həm də kursa gedəcək tələbələrə nəzarət edirlər. Bundan əlavə qapıda tələbələrin telefonlarını yığmaq adıyla qapıda duran nəzarətçi sumkadakı suları, şirniyyatları, təbii şirələri “müsadirə edərək” zibil qutularına atırlar. Məqsəd isə birdir. Direktora məxsus olan və akt zalının yanında yerləşən keçmişdə anbar olmuş, indiki gizli şəkildə işlətdiyi şirniyyat sexində bişirilənlərin satılmasıdır. Çünki acmış tələbə məcbur qalıb oradan nəsə almalıdır. Kollecin bufeti yeni təmir olunanda yemək gətirmək qadağan deyilmiş. Sex açıldlqdan sonra bu qadağalar qüvvəyə minibdi. Bütün yuxarıda qeyd etdiyimiz faktları tələbələr sosial şəbəkələrdə paylaşıblar. Səhər Orucovanın sürücüsü Kamil və keçmiş təsərrüfat müdiri Elnurun əməllərini isə yazmağa mentalitetimiz yol vermir. Ümidvarıq ki, yazdıqlarımız BDU rəhbərliyi və Elm və Təhsil Nazirliyi üçün də maraqlı olacaqdır və tezliklə lazımi tədbirlər görərək günahkarları da cəzalandıracaqlar. Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq. //aktualxeber.az//


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Bütün oyunları Ərdoğan oynayır” - Yunan mətbuatı təriflər yağdırdı
Bu gün, 07:24 |
|
|
|
• Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı - KİV
Bu gün, 07:22 |
|
|
|
• DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 07:21 |
|
|
|
• "Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" - ŞOK İTTİHAM
Bu gün, 07:19 |
|
|
|
• Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... - Sırski
Bu gün, 07:17 |
|
|
|
• Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? – DETALLAR
Bu gün, 07:15 |
|
|
|
• Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17 |
|
|
|
• "Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02 |
|
|
|
• "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58 |
|
|
|
• AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53 |
|
|
|
• "BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49 |
|
|
|
• Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47 |
|
|
|
• 'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36 |
|
|
|
• "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28 |
|
|
|
• Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26 |
|
|
|
• Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23 |
|
|
|
• GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20 |
|
|
|
• Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18 |
|
|
|
• Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15 |
|
|
|
• Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12 |
|
|
|
• "Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08 |
|
|
|
• Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05 |
|
|
|
• Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03 |
|
|
|
• Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10 |
|
|
|
• Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05 |
|
|
|
• Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00 |
|
|
|
• FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58 |
|
|
|
• Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12 |
|
|
|
• Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09 |
|
|
|
• Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03 |
|
|
|
• Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53 |
|
|
|
• 3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49 |
|
|
|
• Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Dünən, 17:48 |
|
|
|
• "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Dünən, 17:44 |
|
|
|
• PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Dünən, 17:40 |
|
|
|
• DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Dünən, 17:35 |
|
|
|
• Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Dünən, 17:33 |
|
|
|
• Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Dünən, 17:32 |
|
|
|
• İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Dünən, 17:30 |
|
|
|
• "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 17:27 |
|
|
|
• Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Dünən, 17:26 |
|
|
|
• Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Dünən, 17:24 |
|
|
|
• Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Dünən, 17:22 |
|
|
|
• Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Dünən, 17:19 |
|
|
|
• “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Dünən, 17:14 |
|
|
|
• Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Dünən, 17:07 |
|
|
|
• Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Dünən, 17:00 |
|
|
|
|