TÜNZALƏ AĞAYEVADAN UĞURLU NƏTİCƏ
Tarix: 24-01-2012, 13:18 | Çap et
AZƏRBAYCANDA "İLİN HİT MAHNISI" SEÇİLDİ
Dünən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "İlin hit mahnısı-2011" qala-konserti keçirilib.
Milli.Az-ın məlumatına görə, mərasimdə Azərbaycan müğənnilərinin 2011-ci ildə ifa etdiyi ən hit mahnılar mükafata layiq görülüb. Tədbirin layihə rəhbəri Sədaqət Rəşidqızı həmkarı Zabir Əliyevlə birgə aparıcılıq missiyasını yerinə yetirərək möhtəşəm gecə nümayiş etdirdilər.
“MM production”ın təşkilatçılığı ilə keçirilən tədbirdə ötən il dinləyicilər tərəfindən ən çox sevilən mahnılar nümayiş olundu.
Mükafat alan müğənnilərin siyahısını təqdim edirik:
1. Tünzalə Ağayeva “Sənsiz” (mus.: Mirvari Dilbazi, söz: Tünzalə Ağayeva) 2. Ramal İsrafilov “Rəqs etsək” (mus.: Ramal söz: Ülviyyə Alovlu) 3. Zaur Əmiraslanov (söz-mus.: ML) 4. Elnarə və Mina “Hər şey istəyirəm” (mus.: Yaşar Baxış - Elnarə, söz: Mina) 5. Leyla Ramazanlı “Gələcəksən” (mus.: Minayə xanım, söz: Arzu Əsədov) 6. Niyam Sələmi “Gözəllər gözəli” (mus.-söz: Zaur Zeynal) 7. Miri Yusif “Səndə olmaz” (mus.: Murad, söz: Miri Yusif) 8. Safura Əlizadə “March on” (mus.: Andres Bage Stefan Orn, söz: Sandra Bjurman) 9. Ədalət Şükürov “Səndən gözəli yoxdur” (mus.: Ədalət, söz: İkram Əliyev) 10. Natavan Həbibi “Stop” (mus. söz: Murad Arif) 11. Nigar Camal və Eldar Qasımov “Running Scared” (mus. söz: Stefan Orn, Sandra Bjurman) 12. Samira “Sevgi şirin yuxu” (mus.: Fidan Nəzərova, söz: Sevinc Şirin) 13. Elnur Məmmədov: “Evliyəm artıq” (mus.: Vüsalə Hikmət, söz: Sevinc Şirin) 14. Nadir Qafarzadə “Bomba” (mus.: Vüsalə Hikmət, söz: Orxan Ömər) 15. Vasif Məhərrəmli “Sənsizlik” (mus.: Tunar, söz: Oktay Kamil) 16. Abbas Bağırov “Aləm gözəl” (mus.: söz: Anar Məmmədov)
Tədbirdə bəzi maraqlı məqamlar da yaşandı. Zalda əyləşən və ilin hit mahnısı mükafatına layiq görülən Eldar Qasımov və Nigar Camal səhnəyə çıxmadan məkanı tərk etdilər.
Vasif Məhərrəmlinin çıxışı zamanı isə kazus yaşandı. Müğənni “Sənsizlik” adlı hit mahnısını ifa edən zaman texniki qusur yarandı və mahnı dayandı. Özünü itirməyən Vasif fonoqram ifa etməkdən xoşu gəlmədiyini açıqlayaraq sözügedən mahnını musiqisiz və canlı şəkildə ifa etdi. Onun mükəmməl ifası isə tamaşaçıları gurultulu alqış səsləndirməyə vadar etdi.
Mərasimdə həmçinin efirlərdə və tədbirlərdə görünməyən gənc müğənni Mina da iştirak edirdi. Gənc xanım ilk dəfə idi, tamaşaçı kütləsi qarşısında çıxış edirdi. Onun “Hər şey istəyirəm” mahnısını tamaşaçılar böyük coşğu ilə qarşıladılar.
Onu da əlavə edək ki, siyahıda mükafat alacaq müğənnilər sırasında Nadir Qafarzadə ilə Elnur Məmmədovun adı çəkilsə də, ifaçılar gecəyə qatılmadılar.
Qeyd edək ki, "İlin Hit Mahnısı"nın informasiya dəstəyi Milli.Az-a məxsusdur.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərboru”nun rəhbərliyi yenidən formalaşacaq
Bu gün, 08:52 |
|
|
|
• Həbsdəki Qarabağ Qazisinin gözündəki yara irinləyib... - Saxlandığı yerdə...
Bu gün, 08:50 |
|
|
|
• “Almet” ASC-yə məxsus bina və qurğular İcra Hakimiyyəti tərəfindən söküləcək
Bu gün, 08:47 |
|
|
|
• GÜNÜN FOTOSU: - ÖL, AY KASIB...
Bu gün, 08:35 |
|
|
|
• Dollardan İMTİNA: Azərbaycan nə edəcək? - AKTUAL
Bu gün, 08:30 |
|
|
|
• Prezidentin mesajı: Qələbə sadəcə hərbi deyil, siyasi iradədir - İNCƏLƏMƏ
Bu gün, 08:28 |
|
|
|
• Bağça müəllimlərini söyəni döyən “Kösü” ləqəbli şəxs məhkəmə zalından həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 08:23 |
|
|
|
• "Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
Bu gün, 08:17 |
|
|
|
• İki türk dövləti Ermənistanla eyni layihədə - MALƏSƏF...
Bu gün, 08:13 |
|
|
|
• Bakı istintaqın ən qısa zamanda bitməsini istəyir, Moskva isə.. - Rusiya Azərbaycanı itirir
Bu gün, 08:03 |
|
|
|
• ETN özü rüşvətə RƏVAC VERİR... - "Şirinlik təklif edən kimi yer tapırlar"
Bu gün, 07:57 |
|
|
|
• Şərur rayon mərkəzi xəstəxanasında BAZAR AÇIBLAR - "Məcbur qalıb ödəniş etdim..."
Bu gün, 07:48 |
|
|
|
• Müharibədə qalib, müharibəyə qalib - Bahəddin Həzi yazır...
Bu gün, 07:06 |
|
|
|
• Tramp İstanbul danışıqlarına bu halda qoşulacaq - AÇIQLANDI
Bu gün, 07:03 |
|
|
|
• "Bu barədə parlamentdə danışdım, Sahibə xanım əsəbiləşdi" - Aqil Abbas
Bu gün, 06:30 |
|
|
|
• “Zatulinə psixi yardım lazımdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:23 |
|
|
|
• Avtobus və metroda gedişhaqqı yeniliyi: Qiymət dəyişir? - GƏLİŞMƏ
Bu gün, 06:19 |
|
|
|
• Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər - İsazadə
Bu gün, 05:04 |
|
|
|
• NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib - "Politico"
Bu gün, 04:43 |
|
|
|
• Şəhid atası vəfat etdi
Bu gün, 04:42 |
|
|
|
• Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi - NƏ BAŞ VERİR?
Bu gün, 04:36 |
|
|
|
• Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? - Komitə sədri ekspertlərə cavab verdi
Bu gün, 04:32 |
|
|
|
• Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş - AZCON-da yeni təyinatın sirri
Bu gün, 04:28 |
|
|
|
• Yasamal icra hakimiyyəti HARA BAXIR? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 04:22 |
|
|
|
• “Hədiyyələr” ASC səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 04:18 |
|
|
|
• 'Analar Günü' 'ifşa olunan' MAMA... - FOTOFAKT
Bu gün, 04:13 |
|
|
|
• “5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür” - FAKT BUDUR!
Bu gün, 04:09 |
|
|
|
• “Şirvanşahlar Residence” Baş nazirin adından istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 04:06 |
|
|
|
• Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır? - AKTUAL
Bu gün, 04:01 |
|
|
|
• “Sumqayıt Tikinti Xidmət” ASC -də səhmdarların toplantısı keçiriləcək
Bu gün, 03:59 |
|
|
|
• 4 ildir ki, kompensasiya ala bilmirlər... - GİLEY
Bu gün, 03:56 |
|
|
|
• Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdı – Azərbaycanlılar üçün çətin vəziyyət
Bu gün, 03:52 |
|
|
|
• İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? - Maraqlı iddia yayıldı
Bu gün, 00:16 |
|
|
|
• "Bir də görürəm ki, 2 saatdır oradayam"
Bu gün, 00:13 |
|
|
|
• Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? - ARAŞDIRMA
Bu gün, 00:11 |
|
|
|
• Azərbaycanda gizli dini şəbəkə təhlükəsi – XƏBƏRDARLIQ
Bu gün, 00:09 |
|
|
|
• PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi - AKTUAL
Bu gün, 00:06 |
|
|
|
• Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• Neft ölkələri üçün həyəcan təbili - Üçüncü böhran yaranır
Dünən, 19:00 |
|
|
|
• Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır
Dünən, 18:58 |
|
|
|
• "Kişi efirdə belə davranmamalıdır" - Faiq Ağayev
Dünən, 18:02 |
|
|
|
• “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti - DƏLİXANADIR, VALLAH...
Dünən, 18:00 |
|
|
|
• Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb - ÇÜNKİ...
Dünən, 17:58 |
|
|
|
• “Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı
Dünən, 17:53 |
|
|
|
• “İpək Yolu Sığorta”nın Direktorlar Şurasına TƏYİNAT OLUB
Dünən, 17:42 |
|
|
|
• "Məni məhkəməyə çağırmayıblar..." - "Şərurlu İsfəndiyar"
Dünən, 17:37 |
|
|
|
• Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib
Dünən, 17:34 |
|
|
|
• 20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox - VERGİ BORCU VAR
Dünən, 17:30 |
|
|
|
• “Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? - DETALLAR
Dünən, 17:28 |
|
|
|
• Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... - İLGİNC FAKTLAR...
Dünən, 17:22 |
|
|
|
|