![PREZİDENT İMAMLARA YAS TUTDU PREZİDENT İMAMLARA YAS TUTDU](https://dia-az.shop/uploads/posts/2013-11/thumbs/1384328992_0001.jpg)
TƏLƏBANİ DƏ TASUA MƏRASİMİNƏ QATILIB
İraqın hökumət nümayəndələri ötən gün Bağdadda keçirilən Tasua (Məhərrəm ayının 9-cu günü) mərasimində iştirak ediblər.
SalamNews-un “FarsNews”a istinadla verdiyi xəbərə görə, İraq İslam Ali Məclisində keçirilən əzadarlıq mərasimində ölkə başçısı Cəlal Tələbani, eləcə də dövlət rəsmilərindən baş nazir Nuri əl-Maliki, sabiq baş nazir İbrahim Cəfəri, nazirlər və Parlament nümayəndələri iştirak ediblər.
Hökumət ordusu və polisi Tasua və Aşura əzadarlıqları ilə bağlı ölkədə təhlükəsizlik tədbirlərini maksimuma çatdırıblar.
-