Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaq .....                     Özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan şəxslərdir .....                     Təhsildə nöqsanlar belə ört-basdır edilir... .....                     Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb .....                     Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? .....                     "Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı .....                     “AXC-nin iclasında təklif etdim ki, gəlin, Heydər Əliyevi Naxçıvandan Bakıya çağıraq” .....                     Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... .....                     "Azərbaycan hər zaman türk dövlətləri ilə bütün sahələrdə inteqrasiyanın olmasına çalışıb" .....                     "44 günlük müharibədə məğlubiyyət bizə bu imkanı verdi" .....                     Paşinyanın sirli ABŞ səfəri .....                     Rusiyada yaşayan azərbaycanlılara hansı problemlər yaradacaq? .....                     İran Zəngəzur prosesindəki maneələri aradan qaldıracaq .....                     Köçəryanı qane edən Qarabağ təklifi .....                     Gürcüstandan Azərbaycana ZƏRBƏ .....                     Teatr Xadimləri İttifaqının sədri lotoreya reklamına çəkilib .....                     Paşinyanın ələ keçirmək istədiyi Azərbaycan ərazisi .....                     USAİD- təmizləyən ABŞ əslində öz DÖVLƏT NAMUSUNU qurtarmağa cəhd etmiş oldu... .....                     Nizami rayonunda meydan sulayan KİMDİR? .....                     "Niyə olmayan xidmət üçün pul ödəməliyəm?" .....                     ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib .....                     İşçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı... .....                     Hacıyevin İran səfərinin pərdəarxası .....                     Əliyev haqlı çıxdı: “Qarabağ”a reaksiyamız faşizmdir .....                     Erməniləri qorxuya salan ETİRAF: .....                     Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb .....                     Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib .....                     Xankəndindəki zavodda çörək bahalaşıb? .....                     Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi .....                     'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ .....                     Nazirlik ləğv olunur, əvəzində isə... .....                     “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” .....                     “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər” .....                     "Razi kimdir, mənim haqqımda nəsə desin?!" .....                     “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… .....                     Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə .....                     Nadir Quliyevə vəzifə verildi .....                     Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək .....                     Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə .....                     Azərbaycanda 117 minlik nəqliyyat şirkəti .....                 

ƏLİ İNSANOVUN ARİF QARAŞOV KARTI
Tarix: 31-01-2012, 11:47 | Çap et
ƏLİ İNSANOVUN ARİF QARAŞOV KARTI

BÖYÜK PULLARA SAHİB OLAN KEÇMİŞ XİDMƏT RƏİSİ AKTİV SİYASƏTƏ QAYIDIR

DİA.AZ: - Hələ bir müddət əvvəl Azərbaycanda struktur islahatları fonunda bəzi dövlət qurumları ləğv olunaraq, ayrı-ayrı komitə və nazirliklərə birləşdirilirdi. Həmin proseslər nəticəsində Dövlət Reyester Xidməti (DRX) də bu zaman ləğv olunaraq, Dövlət Əmlakını İdarəetmə Komitəsinin ixtiyarına verildi. Komitənin tərkibində hal-hazırda departament kimi fəaliyyət göstərən həmin qurumun başında bir zamanlar duran Arif Qaraşov isə yeni təşkilatın başına keçməkdən imtina etdi. Qeyd edək ki, bu, əvvəlcədən gözlənilən hal idi. Çünki Qaraşov Kərəm Həsənovun əlinin altında işləməyi heç bir zaman qəbul edəcək biri kimi tanınmırdı. Neçə illər idi DRX-nin başında dayanan bu şəxs ayrıca "dövlət" kimi fəaliyyət göstərir və heç kimə də hesabat vermirdi..

Bütün bu prosesin nəticəsi olaraq ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə ləğv edilən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəhbəri Arif Qaraşov hələ də yeni vəzifəyə təyinat almayıb. Xatırladaq ki, həmin orqan eyni sərəncamla yeni yaradılan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) tərkibində fəaliyyət göstərir. Əmlak Məsələləri Dövlət Komitəsinə Arif Qaraşovun deyil, daha gənc və potensial kadr, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sabiq sədri Kərəm Həsənovun rəhbərlik etməsi birincinin həmin post uğrunda aktiv fəaliyyətə keçməsi ilə nəticələnib. Nəzərinizə çatdıraq ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Arif Qaraşovun bu günə kimi hansısa vəzifəyə təyin edilməməsi həm də ona münasibətin göstəricisidir.

Baş verən dəyişikliyə münasibət bildirən mütəxəssislərin sözlərinə görə, Arif Qaraşovun rəhbərlik etdiyi qurum əslində, Kərəm Həsənovun sədri olduğu komitə ilə oxşar vəzifələri yerinə yetirirdi. Sadəcə, Kərəm Həsənovun vaxtilə hökumətin işinə yaraması, ona olan etimadı doğrultması faktı bu kadrın yeni komitədə sədr kimi qalmasına təsirsiz ötüşməyib. Çünki Arif Qaraşovdan fərqli olaraq Kərəm Həsənov bir qədər müstəqil fikirli, qanunlara hörmət edən şəxs kimi tanınır. Bu arada Arif Qaraşovun son fəaliyyətləri ilə bağlı qəzetimizə yeni məlumatlar daxil olub. Verilən xəbərlərdə bildirilir ki, Arif Qaraşov 2009-cu ilin 19 mayında itirdiyi vəzifəsinə yenidən qayıtmaq, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə rəhbər təyin olunmaq uğrunda ciddi səylər göstərir. O, artıq iki ildən artıq davam edən işsizliyi ilə barışa bilməyərək Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin rəhbəri postuna yiyələnmək uğrunda bütün vasitələrdən yararlanmağa çalışır. Aldığımız xəbərlərdə qeyd edilir ki, Arif Qaraşov son günlərə kimi təhsil naziri Misir Mərdanovun da köməyindən yararlanmağa can atıb. Amma sonuncunun gələcək fəaliyyəti üçün şübhəli detalların ortaya çıxması Arif Qaraşovun ümidlərini heçə endirib. Məsələ burasındadır ki, Qaraşovla yaxın münasibətlərdə olan Misir Mərdanovun bir neçə gündən sonra vəzifəsindən uzaqlaşdırılacağı, təhsil naziri vəzifəsinə ali təhsil ocaqlarından birinin rektorunun gətiriləcəyi bildirilir. Elə buna görə də Arif Qaraşovun təsir rıçaqları xeyli zəifləyib. Qəzetimizi bilgiləndirən mənbənin sözlərinə görə, Arif Qaraşovun komitə sədri vəzifəsinə təyin edilməsi şanslarını sıfıra endirən əsas cəhətlərdən biri də onun öz varidatını Azərbaycandan xaricə daşımasıdır. Söylənilənlərə görə, məhz bu xəbər yuxarılara çatdırılıb və burada böyük narazılıqla qarşılanıb. Amma məsələ yalnız narazılıqla bitməyib.

Bu barədə verilən məlumatlarda vurğulanır ki, DRX-nin ləğvindən sonra Qaraşovun bir zamanlar başçılıq etdiyi qurumda yoxlamalara start verilib. Ciddi yeyinti və qanunsuzluq faktları üzə çıxarıldıqdan sonra onu keçmiş rəhbərin qarşısına qoyublar. Məlumatlara görə, Qaraşova deyilib ki, əgər "artıq-əskik" hərəkət edərsə, bu faktları istintaqa göndərib məsələ ilə bağlı araşdırma aparacaqlar. Həmin olayın ardından başqa halların da baş verdiyinə dair məlumatlar verilir. Deyilir ki, Qaraşovun nəzarətində olan bəzi biznes sahələri əlindən alınıb. Həmçinin bir neçə iri əmlakını da ondan alaraq, özünküləşdirənlər olub.

Ancaq "artıq-əskik" məsələsinin ardından başqa bir qəribə xəbər yayılmağa başlayıb. Verilən informasiyalarda vurğulanır ki, Arif Qaraşov başına gətirilən oyundan sonra bunun əvəzini çıxmaq üçün xeyli müddət imiş düşünürmüş. Nəhayət, bu yaxınlarda onun yekun qərar verdiyi iddia edilir. Bildirilir ki, sabiq xidmət rəhbəri yeni müxalifət partiyası yaratmaq qərarına gəlib. Həmin partiyanın hansı adda olacağı barədə isə hələlik heç bir məlumat yoxdur.

Qaynaqlar qeyd edirlər ki, Arif Qaraşov əslən Qərbi Azərbaycandan olduğundan bu kontingentə daha çox bel bağlayır. Keçmiş səhiyyə naziri Əli İnsanovun həbsindən sonra narazı düşən və pərakəndə şəkildə fəaliyyət göstərən bu elektoratı bir araya gətirmək üçün isə Qaraşov qısa müddətdə göstərdiyi fəaliyyəti ilə çox şey edə bilər. Eyni zamanda, bunun üçün ona Əli İnsanovu dəstəkləmək lazım gələcək ki, artıq xəbərlərdə də bunun təsdiqini tapdığı diqqəti çəkir. Məlumatlara görə, Qaraşovun yeni yaradacağı siyasi partiya sabiq nazirin tərəfdarlarını öz ətrafında birləşdirəcək və ona dəstək verəcək.

Nəzərə almaq lazımdır ki, hazırkı məqamda Qərbi Azərbaycandan olan soydaşlarımızı siyasi proseslərə cəlb edib, onları aktivləşdirmək kifayət qədər ciddi məsələdir. Bu kontingent uğrunda illərdən bəri mübarizə aparan istər hakimiyyət, istərsə də müxalifət hələ də real olaraq nəticələr əldə etməyiblər. Çünki narazı olan elektoratın bir araya gətirilməsi mümkün olmayıb. Həmçinin hadisələrin parlament seçkiləri ərəfəsində baş verməsi də sıradan bir hal deyil və belə düşünmək mümkündür ki, iqtidar bundan narahat olacaq. Çünki indiki həssas məqamda qərbi azərbaycanlıların siyasi partiya yaradaraq, onun ətrafında mübarizə aparmaları siyasi elitanı silkələyə bilər. Həm də hakimiyyətin içindəki eyni regionun nümayəndələrinin də onlarla əlbir işləmək ehtimalları risqləri bir qədər artırır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaq - Paşinyan
Bu gün, 09:55
Özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan şəxslərdir - İTTİHAM VAR...
Bu gün, 09:52
Təhsildə nöqsanlar belə ört-basdır edilir... - MALƏSƏF...
Bu gün, 09:50
Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb - VİDEO
Bu gün, 09:45
Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? - ETİRAZ
Bu gün, 09:43
"Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:40
“AXC-nin iclasında təklif etdim ki, gəlin, Heydər Əliyevi Naxçıvandan Bakıya çağıraq” - Fəzail Ağamalı
Bu gün, 09:36
Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... - TƏFƏRRÜAT
Bu gün, 09:29
"Azərbaycan hər zaman türk dövlətləri ilə bütün sahələrdə inteqrasiyanın olmasına çalışıb" - Fazil Mustafa
Bu gün, 09:18
"44 günlük müharibədə məğlubiyyət bizə bu imkanı verdi" - Paşinyan
Bu gün, 09:17
Paşinyanın sirli ABŞ səfəri - Bakıya qarşı gizli plan...
Bu gün, 09:15
Rusiyada yaşayan azərbaycanlılara hansı problemlər yaradacaq? - AKTUAL
Bu gün, 09:12
İran Zəngəzur prosesindəki maneələri aradan qaldıracaq - Görünəni odur ki...
Bu gün, 09:10
Köçəryanı qane edən Qarabağ təklifi – “Nə Əliyev, nə də Elçibəy razılaşdı, çünki…”
Bu gün, 09:04
Gürcüstandan Azərbaycana ZƏRBƏ - Bakıdan etirazlar
Bu gün, 09:03
Teatr Xadimləri İttifaqının sədri lotoreya reklamına çəkilib - BU NƏDİ BELƏ?..
Bu gün, 09:01
Paşinyanın ələ keçirmək istədiyi Azərbaycan ərazisi – “Çox strateji yerdir…”
Bu gün, 08:59
USAİD- təmizləyən ABŞ əslində öz DÖVLƏT NAMUSUNU qurtarmağa cəhd etmiş oldu... - FAKT BUDUR!
Bu gün, 08:56
Nizami rayonunda meydan sulayan KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 08:49
"Niyə olmayan xidmət üçün pul ödəməliyəm?" - ETİRAZ
Bu gün, 08:44
ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib
Bu gün, 08:34
İşçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı... - Ekspert danışır...
Bu gün, 08:29
Hacıyevin İran səfərinin pərdəarxası - 9 illik “tilsimi” sındırmaq zamanı
Bu gün, 08:21
Əliyev haqlı çıxdı: “Qarabağ”a reaksiyamız faşizmdir - Kiviryan
Bu gün, 08:17
Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23
Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18
Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47
Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43
Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39
'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13
Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07
“Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56
“Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53
"Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51
“Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45
Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41
Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37
Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35
Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05
Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02
Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31
Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29
Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25
USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00
Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55
Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50
Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46
Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45
Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42
Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru