EKSPERTİZA İDARƏSİ SAXTA RƏY VERDİ
Tarix: 7-02-2012, 19:00 | Çap et
“ƏGƏR HADİSƏ QISAQAPANMADAN BAŞ VERMİŞDİSƏ, BUNUN ÜÇÜN 4 AY GÖZLƏMƏYƏ NƏ LÜZUM VARDI?”
Məlum olduğu kimi, ötən ilin oktyabrın 7-də Bolgexeber.com saytının rəhbəri Vasif Turanın Qobu qəsəbəsindəki evi yandırılıb. Həmin olay nəticəsində baş redaktorun iki azyaşlı uşağı yanaraq tələf olub. Bildirək ki, baş vermiş hadisə ilə bağlı FHN-in İstintaq İdarəsində cinayət işi qaldırılmışdı.
Baş müstəntiq Qəhrəman Məmmədovun icraatında olan həmin cinayət işi üzrə aparılan istinaq işi bu gün yekunlaşıb. Daha doğrusu, Ədliyyə Nazirliyi Ekspertiza İdarəsinin verdiyi rəyə əsasən törədilmiş hadisə cinayət hadisəsi kimi təqdim olunmayıb. Bu barədə DİA.AZ-a açıqlama verən Vasif Turan bildirib ki, bu gün saat 16:00-da onu FHN-in İstintaq İdarəsinə dəvət dərək, ekspertizanın nəticəsi ilə tanış ediblər. Baş redaktorun dediyinə görə, 4 aydan sonra Ekspertiza İdarəsi hadisənin qəsdən törədilmədiyi barədə “rəy” verib. “Həmin rəydə göstərilir ki, yanğın guya qısaqapanma nəticəsində baş verib. Açıq-aydın görünür ki, bu rəy saxtadır və başdansovdu təyin olunub. Çünki qısaqapanmanı təyin etmək üçün 4 ay vaxt gərəkmirdi. Əgər həqiqətən yanğın qısaqapanmadan baş vermişdisə, o zaman bunun üçün 4 ay gözləməyə nə lüzum vardı?”
Baş redaktor daha sonra deyib ki, onda hələ hadisədən bir qədər sonra Ekspertiza İdarəsinin saxta rəy verəcəyi barədə əminlik olub. “Belə bir əminliyə səbəb həmin idarənin səriştəsiz, bacarıqsız, pulgir və işinə vicdanla yanaşmayan adamlardan təşkil olunduğuna dair məlumatlarımın olması idi. Həmçinin bizə o da məlum idi ki, ekspertlər üçün insan həyatından daha qiymətli şeylər var və bu səbəbdən də onların obyektiv rəy verəcəyinə inamım olmayıb. Burada insan taleyindən, iki körpənin ölümündən söz gedir. Bunlar vicdanlarını o qədər itiriblər ki, bu faciəyə dırnaqarası baxırlar? Bu bir insanın, bir ailənin həyatı və müqəddəratı ilə oynamaqdan başqa bir şey deyil”.
Vasif Turan ekspertizanın rəyi ilə razılaşmadığını qeyd edərək vurğulayıb ki, bundan sonra övladlarının başına gətirilmiş faciənin əsas günahkarlarını tapmaq üçün bütün addımları atacaq. “Bundan sonra zəruri olan bütün addımları atacam. Məqsədim uşaqlarımın qatilini tapmaqdır. İlkin mərhələdə məhkəməyə müraciət etmək və alternativ ekspertizanın təyin edilməsi ilə verilmiş rəyin saxta olduğunu isbatlamaqdır”.
Onu da bildirək ki, baş redaktorun DİA.AZ-a verdiyi geniş müsahibəni sabah oxucularımıza təqdim edəcəyik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
Bu gün, 06:34 |
|
|
|
• Ev almaq istəyənlərə mühüm xəbər: Ən asan yol budur – "Ucuz başa gəlir"
Bu gün, 06:30 |
|
|
|
• Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir - Görünəni odur ki...
Bu gün, 02:00 |
|
|
|
• Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir - belə SÜLH TƏDARÜKÜ olur?
Bu gün, 01:52 |
|
|
|
• Məcnun müəllimin süni intellekt həvəsi - İcazə verin şübhələnək...
Bu gün, 01:50 |
|
|
|
• Müəmmalı şəkildə ölən idmançının atası: - "Günahı olan cəzalandırılsın”
Bu gün, 01:45 |
|
|
|
• Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama - RƏSMİ
Bu gün, 01:42 |
|
|
|
• İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır - Paşinyan
Bu gün, 01:37 |
|
|
|
• İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30 |
|
|
|
• “Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23 |
|
|
|
• "AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21 |
|
|
|
• Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18 |
|
|
|
• SOCAR-da benzin əvəzinə su vurulub - İDDİA
Bu gün, 00:14 |
|
|
|
• "Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." - ŞƏRH
Bu gün, 00:07 |
|
|
|
• Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• “Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• "Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Dünən, 22:34 |
|
|
|
• İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Dünən, 22:32 |
|
|
|
• Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Dünən, 22:27 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Dünən, 22:26 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Dünən, 21:15 |
|
|
|
• Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Dünən, 19:51 |
|
|
|
• “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Dünən, 19:02 |
|
|
|
• Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Dünən, 18:58 |
|
|
|
• Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Dünən, 18:14 |
|
|
|
• İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Dünən, 18:10 |
|
|
|
• Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Dünən, 18:06 |
|
|
|
• “Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Dünən, 18:03 |
|
|
|
• Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Dünən, 17:58 |
|
|
|
• Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Dünən, 17:52 |
|
|
|
• Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Dünən, 17:43 |
|
|
|
• "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Dünən, 17:40 |
|
|
|
• Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Dünən, 17:36 |
|
|
|
• Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Dünən, 17:30 |
|
|
|
• Mesaj verildi: - İranda çevriliş olacaq
Dünən, 17:22 |
|
|
|
• Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Dünən, 17:16 |
|
|
|
• Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Dünən, 17:08 |
|
|
|
• "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Dünən, 17:02 |
|
|
|
• Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Dünən, 16:59 |
|
|
|
• Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Dünən, 16:56 |
|
|
|
• İlyas İsmayılovun son durumu açıqlandı
Dünən, 16:53 |
|
|
|
• Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Dünən, 16:48 |
|
|
|
• Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Dünən, 16:43 |
|
|
|
• Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Dünən, 16:41 |
|
|
|
• İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Dünən, 16:39 |
|
|
|
• Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Dünən, 16:36 |
|
|
|
• “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Dünən, 16:32 |
|
|
|
• Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Dünən, 16:24 |
|
|
|
• "Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Dünən, 16:22 |
|
|
|
|