![ABŞ-ın 500-ə yaxın iri şirkəti ofşor zonalarda 1,3 trilyon dollar gizlədir ABŞ-ın 500-ə yaxın iri şirkəti ofşor zonalarda 1,3 trilyon dollar gizlədir](/uploads/posts/2016-04/thumbs/1460699598_0001.jpg)
ABŞ-ın 500-ə yaxın iri şirkəti xarici ofşor zonalarda 1,3 trilyon dollara yaxın pul gizlədir. "APA-Economics" xəbər verir ki, belə bir məlumat "Oxfam" təşkilatının "Broken at the Top" adlı araşdırmasında yer alıb.
Araşdırma nəticəsində məlum olub ki, "Pfizer", "Goldman Sachs", "Dow Chemical", "Chevron", "Wallmart", IBM и "Procter and Gamble" kimi dünya brendləri ofşor zonalarda 1 600-ə yaxın törəmə şirkətlər yaradıb və dolayı yolla vergilərdən yayınıb.
"Bu üsula əl atmaqla transmilli holdinqlər 240 milyard dollar həcmində vergidən yayınır", - deyə məlumatda qeyd edilir.