![Hələbdə atəşkəs 2 gün uzadıldı Hələbdə atəşkəs 2 gün uzadıldı](/uploads/posts/2016-05/thumbs/1462856674_0001.jpg)
Suriya ordusu bildirir ki, Hələb şəhərində və ətraf kəndlərdə atəşkəs mayın 10-dan başlayaraq 48 saat uzadılıb. Bu açıqlama mayın 9-da axşam, 5 günlük atəşkəsin bitməsinə az qalmış verilib.
Son həftələr Hələbdə hökumət qüvvələri ilə üsyançılar arasında döyüşlər şiddətlənib. Cenevrədə BMT-nin vasitəçiliyi ilə keçirilən sülh danışıqlarında da fasilə yaranıb.
Aprelin 29-dan bəri qısa müddətli atəşkəslər elan olunsa da, Hələbdə döyüşlər davam edib. Son günlərin atəşkəsi bu şəhəri də əhatələyib.