![“Merkel Ərdoğana itaət edir” “Merkel Ərdoğana itaət edir”](/uploads/posts/2016-05/thumbs/1463373757_0001.jpg)
Türkiyə ilə əldə olunan razılaşmanın həyata keçirilməsində bütün məsuliyyət Angela Merkelin üzərinə düşür.
Axar.az xəbər verir ki, bu sözləri Almaniyanın Sosial Demokrat Partiyasının (SPD) sədr müavini Torsten Şefer-Gümbel “Velt am Sonntaq” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Avropa Türkiyəyə güzəştə getməyəcək:
“Türkiyə ilə əldə olunan razılaşmanın həyata keçirilməsində bütün məsuliyyət Angela Merkelin üzərinə düşür. Onun Ərdoğana itaət siyasəti Avropanın güzəştə gedəcəyi anlamına gəlmir. Türkiyə terrorla mübarizə qanununda dəyişiklik etməlidir”.