![Gürcüstanda Rusiya telekanallarının yayımı dayandırılır Gürcüstanda Rusiya telekanallarının yayımı dayandırılır](/uploads/posts/2016-05/1463630850_0001.jpg)
Gürcüstanın “Silknet” telekommunikasiya şirkəti mayın 31-dən “Russia Today”, "Rusiya 24" və RTD xəbər telekanallarının yayımını dayandırır.
APA-nın xəbərinə görə, bu barədə şirkətin məlumatında bildirilir.
Buna səbəb istehlakçıların adıçəkilən telekanallara maraq göstərməməsidir.
Mayın əvvəlində bir sıra Gürcüstan QHT-ləri ölkə prezidenti və baş nazirə açıq məktubla müraciət edərək “1-ci kanal”, “RTR-Planeta”, “Rusiya 24”, “NTV Mir”, TVCI, Rusiya 1, NTV, TNT, Peterburq 5, “Zvezda”, REN-TV və "Russia Today" telekanalarının yayımına qadağa qoymağı tələb ediblər.
Qeyd edək ki, 2008-ci ildə Rusiya telekanallarının Gürcüstanda yayımı dayandırılıb, 2012-ci ildə isə bərpa olunub.