![Qazaxıstanda terror törədənlərə təlimat Suriyadan verilibmiş Qazaxıstanda terror törədənlərə təlimat Suriyadan verilibmiş](/uploads/posts/2016-06/1465888765_0001.jpg)
Aktobedə terror törədənlər Suriya ərazisindən təlimat alıb.
Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, bunu Qazaxıstan DİN rəhbəri Kalmuxanbet Kasımov deyib.
"Təbii ki, onlar hazırlaşmışdılar... təşkilatçılar... belə hesab edirəm ki, Suriyadandılar. Düşünürəm ki, istintaq sonda bunu sübut edəcək", - deyə nazir bildirib.
Xatırladaq ki, ondan əvvəl Qazaxıstan prezidenti Nursultan Nazarbayev bəyan etmişdi ki, Aktobe şəhərində iyunun 5-də silah mağazaları və hərbi hissəyə hücum edənlər sələfilər olub.