![Göyçay sakini ÇƏTİN DURUMDA... Göyçay sakini ÇƏTİN DURUMDA...](https://dia-az.shop/uploads/posts/2025-02/thumbs/1739307435_1739251069_888.png)
Göyçay rayon Çərəkə kənd sakini Əli Əhmədov bildirir ki, 4 azyaşlı övladı var və ailədə təkcə özü işləyir. "DİA-AZ" xəbər verir ki, onun sözlərinə görə, aldığı vəsait övladlarının normal qidalanması üçün yetmir.
Vətəndaş digər ailə üzvlərindən birinin işlə təmin olunması üçün deputat Sabir Əliyevlə görüşdüyünü deyir, lakin deputatın onlara təklif etdiyi iş yerinə məsafə uzaq, maaşın isə az olduğu üçün onları qane etmədiyini bildirir.
Şikayətçi deyir ki, Göyçayda vətəndaşı dinləyən bir dövlət qurumu yoxdur ki, gedib dərdlərini desinlər. Bu günə qədər Dövlətdən heç bir sosial yardım almadığını deyən Əhmədov acınacaqlı vəziyyətdə yaşadığını bildirir.
Prezident aparatına dəfələrlə məktub yazaraq iş istəsə də, bu günə qədər onun müraciətinin nəzərə alınmadığını bildirən Göyçay sakini bir daha aidiyyatı qurumlara müraciət edərək, ona kömək etmələrini xahiş edir.