![ABŞ Rusiyanı ittiham edir ABŞ Rusiyanı ittiham edir](/uploads/posts/2016-06/thumbs/1466141913_0001.jpg)
Birləşmiş Ştatlar Rusiyanı Suriyanın cənubunda üsyançılara hava zərbələri endirməkdə suçlayır. Həmin üsyançılar içərisində ABŞ-ın dəstəklədiyi qüvvələr də var və İslam Dövləti (İŞİD) qrplaşmasıyla savaşırlar.
ABŞ rəsmiləri iyunun 16-da Reuters və AFP agentliklərinə bildiriblər ki, al-Tanf yaxınlığına endirilən zərbələrdən “ciddi şəkildə” narahatdırlar və Vaşinqton bu məsələni Moskva qarşısında qaldıracaq.
Ancaq Rusiya ABŞ-a qarşı ittihamlar irəli sürüb. Bildirib ki, Birləşmiş Ştatlar Rusiyanın dəstəklədiyi Bashar Al-Assad rejimini devirməkdən ötrü Suriyadakı terrorçu fraksiyalara bel bağlayır və gizli planı ola bilər.
Rusiyanın Xarici işlər naziri Sergei Lavrov-un sözlərincə, bu plan ucbatından ABŞ Suriyada dəstəklədiyi üsyançıları Al-Qaeda-nın Nusra Cəbhəsindən uzaqlaşmağa inandıra bilmir. Rusiyanın bu xahişi yerinə yetirilmədiyindən, Moskva Nusra-nı bombalamaqda davam edəcək, Lavrov belə deyib.