![Senat silah qadağasını rədd edir Senat silah qadağasını rədd edir](/uploads/posts/2016-06/thumbs/1466485241_0001.jpg)
ABŞ Senatı terrorçuluqda şübhəli sayılan şəxslərə silah satışının məhdudlaşdırılmasını rədd edib. Ancaq bəzi qanunvericilər deyiblər ki, kompromis axtaracaqlar.
Ötən həftə Orlandoda silahlının gey-kluba hücumu nəticəsində 49 nəfər öldürülmüşdü.
Həmin silahlı İslam Dövləti (İD) qruplaşmasına sədaqət andı içibmiş və 2013-2014-cü illərdə Federal Təhqiqatlar Bürosunun (FBI) terrorçuluq şübhəliləri siyahısında olubmuş.
Bu hücumdan sonra silah satışına qadağa qoyulmasından ötrü konqresmenlərə təzyiq artıb.