![Yeni Zelandiyanın baş naziri Trampın telefon zənginə cavab verməyib Yeni Zelandiyanın baş naziri Trampın telefon zənginə cavab verməyib](/uploads/posts/2016-11/1479183561_0001.jpg)
Yeni Zelandiyanın baş naziri Con Key ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın telefon zənginə cavab verməyib.
"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu haqda noyabrın 15-də yerli "NZ Herald" qəzeti məlumat yayıb.
"Mən zəng edildiyini görməmişəm", - deyə baş nazir bildirib.
İnformasiyaya əsasən, Trampın baş nazirə növbəti telefon zəngini noyabrın 16-da edəcəyi gözlənilir.
Qeyd edək ki, noyabrın 13-də Yeni Zeılandiyada 7,9 bal gücündə zəlzələ olub. Təbii fəlakət nəticəsində 2 nəfər ölüb, 1,5 milyard dollar məbləğində iqtisadi ziyan dəyib.