![Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır?](https://dia-az.shop/uploads/posts/2025-02/thumbs/1739366558_0001.jpg)
Ötən ilin yanvar-noyabr ayları ərzində Azərbaycan xarici ölkələrdən 33 min 800 ton ağır distilyatlar və ya digər məqsədlər üçün qazoyllar (dizel yanacağı) idxal edib.
Yeniavaz.com xəbər verir ki, idxal olunan dizel yanacağının 1 tonunun orta gömrük dəyəri 754 dollar olub.
Məlumat üçün bildirək ki, dizel Azərbaycana əsasən iki ölkədən – Türkmənistan və Rusiyadan idxal edilib. Türkmənistandan 23 min 112 ton, Rusiyadan isə 9 min 969 ton dizel gətirilib. Türkmənistandan idxal olunan dizel yanacağının 1 tonunun orta gömrük dəyəri 686 dollar, Rusiyadan idxal olunan dizelin 1 tonunun orta gömrük dəyəri 777 dollar olub.
Onu da qeyd edək ki, Azərbaycandan eyni dövrdə xarici ölkələrə 374 min 898 ton dizel yanacağı (ağır distilyatlar və ya digər məqsədlər üçün qazoyllar) ixrac edilib. İxrac olunan dizelin 1 tonunun orta gömrük dəyəri 502 dollar olub.
Azərbaycan ağır distilyatlar və ya digər məqsədlər üçün qazoylları aşağıdakı ölkələrə satıb:
Gürcüstan – 103 021 ton (1 tonu 707 dollar);
Türkiyə – 85 618 ton (419 dollar);
İtaliya – 83 911 ton (273 dollar);
Ukrayna – 68 493 ton (696 dollar);
Malta – 29 481 ton (264 dollar);
Rumıniya – 3 067 ton (200 dollar);
Birləşmiş Ərəb Əmirlikləri – 1 307 ton (316 dollar).