MTN-də keçirilən əməliyyatdan biri də Bakı Apellyasiya Məhkəməsində keçirilsin .....                     Ötən il işğaldan azad olunan rayonlarda nə qədər ev və məktəb istifadəyə verilib? .....                     “İrəvanın Avropa İttifaqına daxil olmaq istəyi bundan xəbər verir” .....                     "Görünür, indiyə kimi Rusiyaya edilən güzəştlər onu daha da şirnikləşdirib" .....                     "Niyam məni işdən çıxardıb, yalan danışmasın" .....                     Qalmaqal böyüyür: .....                     Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir? .....                     "Naxçıvanın muxtar respublika statusu ləğv edilə bilər" .....                     Moskvadakı qrupların gərginliyi artırmaq marağı və... .....                     "Paşinyan Qərbi Azərbaycan İcmasının tələblərini təhrif etməkdənsə, onları dinləməlidir" .....                     Ermənistan hərbçiləri ABŞ hərbi bazasında göründü .....                     Putin Suriyanın müvəqqəti prezidenti ilə ilk dəfə telefonla danışıb .....                     Əfv Məsələləri Komissiyasının iclası keçirilib .....                     “SAY” Estetik Mərkəzində QANUN SAYA SALAN YOXDUR... .....                     Etibar Əliyev dövlətə borcunu niyə ödəmir? .....                     Trampdan dünyanı şoka salan QƏRAR .....                     “İranın “Səhər” kanalının əməkdaşı da bu axmaq fikri səsləndirdi, gülüb dedim ki...” .....                     Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyənlər .....                     Paşinyanın məkrli planı: .....                     Prezidentin iki supergüclə bağlı mesajı .....                     Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb .....                     Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq .....                     SDU-ya rəhbərlik ona tapşırıldı .....                     Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: .....                     Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? .....                     "Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" .....                     MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb .....                     Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? .....                     Həmidə Rüstəmova işdən çıxdı .....                     "Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, .....                     MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri .....                     Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir .....                     Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi .....                     Putin genişmiqyaslı müharibəyə başlayır .....                     "Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" .....                     Naxçıvanda səhiyyədə HƏR ADDIMDA RÜŞVƏT... .....                     Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin .....                     Müğənni Sahib İbrahimov aldadılıb .....                     Mənzil bazarında süni ajiotaj .....                     Zərərçəkən təqsirləndirilən həkimlərdən kompensasiya tələb edib .....                 

Qalmaqal böyüyür: - “Qəssabların baha satdığı quzu deyil, o ət...”
Tarix: Bu gün, 19:10 | Çap et
Qalmaqal böyüyür:
Xəbər verdiyimiz kimi, son dövrlər ölkədə iri və xırdabuynuzlu heyvanların sayında kəskin azalma müşahidə olunur.

Bu, həm də qiymətlərin bahalaşmasında özünü göstərir. Hətta Kənd Təsərrüfatı Nazirliyi quzu ətiylə bağlı insanlara çağırış edib. Bildirilib ki, mentalitetimizin “quzu əti yemək” problemi heyvandarlığın inkişafına mane olan əsas amillərdən biridir.

Nazirliyin sektor müdiri Tərlan Əsgərov deyib ki, heyvanların aşağı çəkidə kəsilməsi sürülərdə baş sayının artmasına mane olur, ət istehsalına mənfi təsir göstərir. Kənd təsərrüfatı üzrə ekspertlər də bildiriblər ki, heyvanların sayında kəskin azalmanın əsas səbəbi ət istifadəsinin çox olmasıdır: “Heyvanlar çəkiyə dolmamış kəsilib ətindən istifadə edilir.

İnsanlar quzu əti yeməyə çox üstünlük verir ki, bu da heyvanların baş sayının artmasına imkan vermir. İllərlə əhalinin sayının artması, ətə olan tələbatın çoxalması səbəbindən heyvanların sayı artmır. Bununla bağlı maarifləndirmə tədbirləri aparılsa da, təəssüf ki, müsbət nəticəsinə rast gəlinmir”.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci il yanvarın 1-i vəziyyətinə ölkə üzrə 6850,2 min baş qoyun və keçi, 2459,7 min baş iribuynuzlu mal-qara, o cümlədən 1223,1 min baş inək və camış olub. 2025-ci il yanvarın 1-i vəziyyətinə donuzıların sayı 3 103 baş olub.

Rəsmi statistikaya görə, ölkədə xırda və iribuynuzlu mal-qaranın sayı ötən illə müqayisədə azalıb. Belə ki, bu azalma həm inək və camışların sayında (ötən il 1 235,1 baş olub), həm də qoyun və keçilərin sayında (ötən il 7 060,6 baş olub) özünü göstərir. Azalma eyni zamanda, donuzların da sayında baş verib (ötən il 4 828 baş olub).

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, qəssabxanalarda quzu əti deyə satılan heyvanlar əslində normal ətlik heyvanlardır, quzu deyil. Onun sözlərinə görə, səsləndirilən iddialar tamamilə səhvdir:

“Deməzdim ki, Azərbaycanda ət istehlakı çoxalıb. Sadəcə olaraq həqiqəti örtmək üçün bəzi ekspertlər bu versiyaları ortaya atırlar. Həmin o ekspertlərlə debata hazıram. Mən Bakıda qəssabxanaların heç birində quzu əti görmürəm. Qəssabların quzu əti adlandırdığı adi yeməli qoyun ətidir.

Yetişmiş qoyunu satırlar, şəhər əhalisinin də başı çıxmır. Biri var ilyarımlıq, iki illik heyvanlar, biri də var quzu əti. Məsələn, əvvəllər kənd yerlərində o heyvanları yemirdilər. Çünki bir ildən sonra heyvanın əti bərkiyir. əvvəllər kənddə yaşı keçmiş heyvanın əti yeyilmirdi. Quzu doğulandan 6 aylığına qədər olan heyvana deyilir.

Amma kəsilən heyvanların böyük əksəriyyəti, 99%-i birillik və daha artıq yaşda kəsimə göndərilir. Mal və qoyun ətinin fərqi odur ki, qoyun əti nisbətən dadlı olur. Məsələn, mən kənddə mal ətindən bozbaş bişirildiyini görməmişdim. Yəni kənddə bozbaş yalnız qoyun əti ilə bişirilirdi. Mal ətindən adətən dolma, kiftə və s. belə yeməklər hazırlanırdı. Amma indi mal ətindən də bozbaş bişirirlər. Mal ətinin kalorisi aşağıdır, amma qoyun əti həm kalorili, həm də dadlıdır”.

Ekspert bildirib ki, qiymət fərqinin yaranması da ətə maraqdan qaynaqlanır:

“O bəhanədir ki, guya Azərbaycanda quzu yetişməmiş kəsilir və ona görə də ət qıtlığı var”.

Ekspert qeyd edib ki, Azərbaycanda ət çatışmazlığının əsas səbəbi istehsaldır:

“Heyvanların azalmasının əsas səbəbi isə örüş qıtlığıdır. 2000-ci ildən başlayaraq Azərbaycanda örüş yerləri daralmağa başladı.

Bələdiyyələr yarandı və örüş yerləri onların nəzarətinə verildi. Kəndlərdəki örüş yerlərini bələdiyyələr satdı və ya icarəyə verdi. Onlar artıq örüş yeri funksiyasından çıxdı. Artıq orda bitkiçilik inkişaf etməyə başladı. Ondan sonra yalnız dövlət fondu torpaqlarındakı örüş yerləri vardı. 2015-ci ildə pambıq strateji məhsul elan edildi və dövlət fondu topraqlarındakı örüş yerləri də bu istiqamətdə istifadə olundu.

Yəni örüşlərin bir hissəsi də bu cür sıradan çıxdı. Dövlət fondu torpaqlarında pambıq əkməyə başladılar. Bunun ardınca aqroparklar salındı.

Aqroparklar da əsasən dövlət fondu torpaqlarında yarandı. Dövlət fondu torpaqlarının da böyük əksəriyyəti örüş idi. Bununla da məsələlər bitdi”.

Həmsöhbətimiz deyir ki, 2015-ci ildən indiyə qədər, yəni 10 il ərzində ət sürətlə bahalaşıb:

“2015-ci ildə mal əti 6 manat, qoyun əti 8 manat idisə, indi mal əti 15-16 manat, qoyun əti isə 19-20 manatdır”.

Akif Nəsirli bildirib ki, 10-12 manata satılan ətlər ədatən xaricdən idxal edilən və ya yaşlı inək, qoyun ətidir:

“Biz əhalinin tələbatının 40 %-ni təmin edə bilirik, 60 %-i isə xaricdən idxal olunur. Yerli istehsal azaldıqca, əhalinin daha çox hissəsi idxal məhsulu alır.

Daha çox iribuynuzlu heyvanlar idxal olunur, amma son vaxtlar Gürcüstandan, Qazaxıstandan, Monqolustandan, Rusiyadan qoyun da gətirirlər. Əvvəl həmin idxal olunan əti yalnız çoxlu şəxsi heyəti qidalanan müəsissələrə yönəldirdilər. Məsələn, idxal ətini məktəbəqədər müəssisələr, həbsxanalar, hərbi hissələr, şirkətlər alırdı. Amma indi idxal əti bazara da çıxır. Ucuz qiymətə satılan ətin böyük əksəriyyəti idxaldır”.

A.Nəsirli deyib ki, ümumiyyətlə, insan orqanizminin normal inkişafı üçün orta hesabla bir nəfər il ərzində 80 kiloqram ət yeməlidir:

“Həmçinin, il ərzində bir nəfər 40 kilo balıq yeməlidir. Hesablayaq ki, ailə üzvlərinin sayına uyğun olaraq il ərzində o qədər ət ala bilirik? Dünyada ən çox ət yeyən ölkələrin tam statistikasını bilmirəm. Amma Avropa ölkələrində, Amerikada, Avstraliyada, Monqolustanda, Çinin bəzi əyalətlərində insanlar daha çox ət yeyirlər.

Çox ət istehsal olunan ölkələrdə sözsüz ki, ət istehlakı daha çoxdur. Bu da imkanlarla bağlıdır. Ən çox ət yeyən insanlar daha yaxşı yaşayanlardır. Bura həm əhalisinin yaşayışı normal səviyyədə, həm də istehsalı yüksək olan ölkələr aiddir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
MTN-də keçirilən əməliyyatdan biri də Bakı Apellyasiya Məhkəməsində keçirilsin - zərərçəkəndən çağırış
Bu gün, 22:04
Ötən il işğaldan azad olunan rayonlarda nə qədər ev və məktəb istifadəyə verilib?
Bu gün, 21:18
“İrəvanın Avropa İttifaqına daxil olmaq istəyi bundan xəbər verir” - NƏ ETMƏLİ?
Bu gün, 21:12
"Görünür, indiyə kimi Rusiyaya edilən güzəştlər onu daha da şirnikləşdirib" - İLGİNC AÇIQLAMALAR
Bu gün, 21:09
"Niyam məni işdən çıxardıb, yalan danışmasın"
Bu gün, 19:15
Qalmaqal böyüyür: - “Qəssabların baha satdığı quzu deyil, o ət...”
Bu gün, 19:10
Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir? - DOSYE
Bu gün, 19:09
"Naxçıvanın muxtar respublika statusu ləğv edilə bilər" - İDDİA
Bu gün, 19:09
Moskvadakı qrupların gərginliyi artırmaq marağı və... - Cavabsız suallar
Bu gün, 19:02
"Paşinyan Qərbi Azərbaycan İcmasının tələblərini təhrif etməkdənsə, onları dinləməlidir" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:58
Ermənistan hərbçiləri ABŞ hərbi bazasında göründü - erməni mediası
Bu gün, 18:12
Putin Suriyanın müvəqqəti prezidenti ilə ilk dəfə telefonla danışıb
Bu gün, 18:09
Əfv Məsələləri Komissiyasının iclası keçirilib - AÇIQLAMA
Bu gün, 18:06
“SAY” Estetik Mərkəzində QANUN SAYA SALAN YOXDUR... - BU NƏDİ BELƏ?..
Bu gün, 18:02
Etibar Əliyev dövlətə borcunu niyə ödəmir? - 34 milyonluq qalmaqal
Bu gün, 17:57
Trampdan dünyanı şoka salan QƏRAR – Biznesin inkişafına, yoxsa rüşvətə YAŞIL İŞIQ?
Bu gün, 17:54
“İranın “Səhər” kanalının əməkdaşı da bu axmaq fikri səsləndirdi, gülüb dedim ki...” - Zərdüşt Əlizadə
Bu gün, 17:51
Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyənlər və yaxud “it əl çəkir, motal əl çəkmədi”
Bu gün, 17:46
Paşinyanın məkrli planı: - “Azərbaycan Ermənistanın istənilən...”
Bu gün, 17:37
Prezidentin iki supergüclə bağlı mesajı – Tarixi hadisə yaşana bilər
Bu gün, 17:36
Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 17:31
Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq - ONA GÖRƏ DƏ...
Bu gün, 17:30
SDU-ya rəhbərlik ona tapşırıldı - DOSYE
Bu gün, 17:27
Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: - 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Bu gün, 17:25
Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? - SİYAHI
Bu gün, 17:21
"Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" - VİDEO
Bu gün, 17:20
MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb
Bu gün, 17:14
Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? - Belə feyk sənədlər kimə sərf edir?
Bu gün, 17:11
Həmidə Rüstəmova işdən çıxdı - "...qərar vermək məcburiyyətində qaldım"
Bu gün, 17:09
"Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, vasitəçi olmadan sülh müqaviləsini imzalamalıdır"
Bu gün, 17:08
MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri əsassız hesab edib
Bu gün, 17:07
Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir - DETALLAR
Bu gün, 16:50
Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:48
Putin genişmiqyaslı müharibəyə başlayır
Bu gün, 16:27
"Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" - Sabir Rüstəmxanlı
Bu gün, 16:23
Naxçıvanda səhiyyədə HƏR ADDIMDA RÜŞVƏT... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:20
Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Bu gün, 16:18
Müğənni Sahib İbrahimov aldadılıb - "Çox pis durumda olduğunu deyərək..."
Bu gün, 16:15
Mənzil bazarında süni ajiotaj - Aldadıcı qiymət ARTIMI
Bu gün, 16:08
Zərərçəkən təqsirləndirilən həkimlərdən kompensasiya tələb edib - Talassemiyalı uşaqların pulunun mənimsənilməsi ilə bağlı məhkəmə
Bu gün, 16:05
Rusiyada Azərbaycana “cavab tədbirləri” başladı – Malofeyev elan etdi
Bu gün, 16:01
Ankaradan Zəngəzur dəhlizi haqda yeni açıqlama - KİV
Bu gün, 15:59
Kənd, yoxsa broyler yumurtası: Hansının maya dəyəri daha çoxdur? – Rəqəmlər
Bu gün, 15:56
Bakı sakininin bankomatdan çıxardığı 2000 manat oğurlandı
Bu gün, 15:53
“Deyirlər ki, çoxlu vakansiyalar var, amma insanlar buna çata bilmirlər” - ETİRAZ VAR...
Bu gün, 15:50
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub - ƏMR
Bu gün, 15:48
"Vaxtilə "Sputnik"i bizim boynumuzda Əli Həsənov otuzdurmuşdu" - Elçin Şıxlı
Bu gün, 15:12
Uşağını universitetdən qovurlar, gəlib Anar müəllimdən xahiş edir ki... - İlqar Fəhmi
Bu gün, 15:11
Vasif Talıbovun dövründə təyin edilən baş həkim işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:09
Sabiq diplomatın məhkəməsi keçirildi – sol çiyni mənim sağ çiynimə dəydi...
Bu gün, 15:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru