![ABŞ-ın yeni daxili işlər naziri işə at belində və kovboy kostyumunda gəlib ABŞ-ın yeni daxili işlər naziri işə at belində və kovboy kostyumunda gəlib](/uploads/posts/2017-03/thumbs/1488519122_0001.jpg)
ABŞ-ın yeni daxili işlər naziri Rayan Zinke ilk iş günü həmkarlarını heyrətləndirib. Belə ki, o, xidmət yerinə at belində və kovboy kostyumunda gəlib.
SalamNews-un “RİA Novosti”-yə istinadla verdiyi xəbərə görə, bu addımı əks etdirən fotoları amerikalı nazir öz “Twitter” səhifəsində dərc edib.
“ABŞ Milli Parklar Xidmətinin cəsur zabitləri ilə yanaşı dayanmaq mənim üçün şərəfdir”, - deyə Zinke yazıb.
Qeyd edək ki, Senat Rayan Zinkeni daxili işlər naziri vəzifəsinə martın 1-də təsdiqləyib.
![ABŞ-ın yeni daxili işlər naziri işə at belində və kovboy kostyumunda gəlib ABŞ-ın yeni daxili işlər naziri işə at belində və kovboy kostyumunda gəlib](/uploads/posts/2017-03/thumbs/1488519092_01.jpg)