![ABŞ-ın şərq sahilləri Rusiya kəşfiyyat gəmisi görünüb ABŞ-ın şərq sahilləri Rusiya kəşfiyyat gəmisi görünüb](/uploads/posts/2017-03/thumbs/1489642772_0001.jpg)
Rusiya Hərbi Dəniz Qüvvələrinə (HDQ) aid “Viktor Leonov” adlı kəşfiyyat gəmisi ABŞ-ın şərq sahillərində görünüb.
SalamNews-un “RİA Novosti”-yə istinadla verdiyi xəbərə görə, bu barədə “Fox News” telekanalı ABŞ HDQ komandanlığındakı mənbələrə istinadla məlumat verib.
Gəmi Corciya ştatında Kinqs-Bey sualtı qayıqlar bazasından təxminən 37 km cənub-şərqdə beynəlxalq sularda müşahidə edilib.
Mənbələr Rusiya gəmisinin sahildən 22,2 km məsafədə başlayan ABŞ ərazi sularına daxil olmadığını vurğulayıblar.