![Suriyada yeni əməliyyatlar üçün hazırlıq işləri görürük Suriyada yeni əməliyyatlar üçün hazırlıq işləri görürük](/uploads/posts/2017-04/thumbs/1491287073_0001.jpg)
"Fərat qalxanı” əməliyyatının birinci mərhələsi sona çatdı. İndi digər bölgələrdə də terror təşkilatlarına qarşı mübarizə aparmaq üçün yeni əməliyyatların keçirilməsinə hazırlıq işləri görürük.
SalamNews-un "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
O, Suriyanın şimalındakı terror qruplaşmalarına qarşı əməliyyatları davam etdirmək niyyətində olduğunu açıqlayıb: “Bundan sonra da əməliyyatlar olacaq. Yeni hərəkatlara yeni adlar verəcəyik. Baharı gözləyən bütün terror təşkilatlarına, PKK-ya, YPG-yə, İŞİD-ə, FETÖ-yə çox gözəl sürprizlərimiz var. Önümüzdəki aylarda, Allahın izni ilə, Türkiyənin və türk millətinin baharı, terroristlərin isə qara qışı olacaq”.