![Ukrayna qırıcılarını səfərbər edir: Ukrayna qırıcılarını səfərbər edir:](/uploads/posts/2017-05/thumbs/1493960434_0001.jpg)
Ukrayna qırıcıları Donbasa hücuma hazırlaşır.
Axar.az xəbər verir ki, bu barədə “Regnum” agentliyi məlumat yayıb. İddiaya görə, Ukrayna Donetsk cəbhəsinin cənubundakı aerodromlarda hazırlıqlara başlayıb. Belə ki, mayın 3-də Melitopolya aerodromuna bir neçə Su-25 təyyarəsi endirilib. Həmin qırıcıların sözügedən ərazidən və aeroportdan istifadə imkanlarını yoxlamaq üçün uçuşlar keçirdiyi vurğulanıb. Bildirilir ki, bu yoxlama Ukrayna HHQ-nin burda böyük bazasının yaradılması üçün həyata keçirilir.
Hərbi təyyarələrin təxminən iki saatdan sonra Melitopolyaya yenidən endiyi və burda yerləşdiyi bildirilib.
![Ukrayna qırıcılarını səfərbər edir: Ukrayna qırıcılarını səfərbər edir:](/uploads/posts/2017-05/1493960450_01.jpg)
![Ukrayna qırıcılarını səfərbər edir: Ukrayna qırıcılarını səfərbər edir:](/uploads/posts/2017-05/1493960395_02.jpg)
![Ukrayna qırıcılarını səfərbər edir: Ukrayna qırıcılarını səfərbər edir:](/uploads/posts/2017-05/1493960448_03.jpg)