![Ukrayna iki rusiyalı jurnalisti 'Eurovision'a buraxmır Ukrayna iki rusiyalı jurnalisti 'Eurovision'a buraxmır](/uploads/posts/2017-05/thumbs/1494220503_0001.jpg)
Mayın 7-də Ukrayna Kiyevə «Eurovision» mahnı müsabiqəsini işıqlandırmağa gedən iki jurnalisti ölkəyə buraxmayıb.
«Komsomolskaya Pravda» qəzetindən olan müxbirlər akkreditasiya da alıblarmış. Amma sərhəddə saxlanıb və geri qaytarılıblar. Onlara 3 il ərzində Ukraynaya daxil olmaq yasaqlanıb.
Bunu sərhəd xidmətinin sözçüsü Oleh Slobodyan deyib.
Apreldə Ukrayna Rusiyanın müsabiqəyə göndərdiyi Yulia Samoilova-ya da qadağa qoyub, onun 2015-ci ildə Krımda çıxış etməklə Ukrayna qanunvericiliyini pozduğunu bildirib.
Rusiya 2014-cü ildə Krım yarımadasını qanunsuz ilhaq edib. Ukraynanın şərqində rusiyapərəst separatçılarla münaqişədə, azı, 9 min 940 nəfər həlak olub, 2 milyon nəfər köçkünə çevrilib.