
Antalya şəhərində Türkiyə, Rusiya və İran xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək.
“Report” "Anadolu" istinadən xəbər verir ki, Mövlud Çavuşoğlu noyabrın 19-da rusiyalı həmkarı Sergey Lavrov və iranlı həmkarı Məhəmməd Cavad Zəriflə bir araya gələcək.
Qeyd edək ki, görüş Türkiyə, Rusiya və İran prezidentlərinin Suriya böhranına dair noyabrın 22-də da Soçi şəhərində keçiriləcək üçtərəfli Zirvə toplantısına hazırlıq məqsədi daşıyır.