
Səudiyyə Ərəbistanında korrupsiyada ittiham edilərək həbs olunan şəxslərdən ikisi, mərhum kral Abdulla ibn Abdul-Əziz Əl Səudun oğulları - şahzadə Feysəl bin Abdulla və Maşallah bin Abdulla azad edilib.
Trend-in məlumatına görə, bununla da hazırda həbsxanada qalan yeganə şahzadə Turki bin Abdulladır.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Ali korrupsiyaya qarşı mübarizə komitəsi noyabrın 5-də aralarında 11 şahzadənin də olduğu nazirlər, hərbçilər və iş adamlarının saxlanılması barədə göstəriş verib. Ümumilikdə 208 nəfər istintaqa cəlb edilib. Həbs edilənlər arasında dünyanın ən varlı insanlarından biri şahzadə Əl-Valid bin Taləl də var idi.