
ABŞ prezidenti Donald Tramp ölkəyə gələn miqrantları dəlikdən çıxanlar adlandırıb.
“Report” xəbər verir ki, onun sözlərini CBS-yə istinadən RT sitat gətirib.
KİV-in məlumatına görə, Tramp Amerikanın Afrika ölkələri və Haitidən gələn miqrantları qəbul etməsindən şikayətlənərək, o yerləri “dəlik” adlandırıb. Bununla yanaşı, prezident Norveç kimi ölkələrdən daha çox miqrant qəbul etmək təklifini verib.