
Venesuela prezidenti Nikolas Maduro Latın Amerikası dövlətlərini yeni kriptovalyuta El Petronun buraxılması və inkişafına dəstək verməyə çağırıb.
Avropa.info xəbər verir ki, o, bu barədə “Bizim Amerika xalqları üçün Bolivar alyansı – Xalqları ticarət müqaviləsi” forumunda danışıb.
Onun sözlərinə görə, kriptovalyuta ölkənin suverenliyini imperialist dövlətlərdən qoruyacaq, həmçinin regional və müstəqil maliyyə sistemlərinin yaradılmasına kömək edəcək.
Qeyd edək ki, 2017-ci ilin 3 dekabrında Nikolas Maduro Venesuelanın öz kritovalyutası El Petronu yaradacağını bəyan etmişdi.