
ABŞ konqresinin nümayəndələr palatasının 33 üzvündən ibarət qrup prezident Donald Trampı Şimali Koreya ilə hərbi əlaqələri bərpa etməyə çağırıb.
Trend-in məlumatına görə, bu barədə konqresmenlərin Trampa yazdığı məktubda deyilir.
Məktubda bildirilir: "Şimali Koreya dünyada hərbi səviyyədə informasiya mübadiləmiz olmayan yeganə nüvə ölkəsidir".
Sənəddə qeyd olunur ki, ABŞ əlindən gələni etməlidir ki, daha böyük münaqişəyə, o cümlədən nüvə müharibəsinə gətirib çıxara bilən anlaşılmazlıq yaranmasın.