
Nyu-Yorkda Mərkəzi Asiya ölkələri və ABŞ xarici işlər nazirlərinin S5+1 formatında görüşü keçirilib.
Trend-in məlumatına görə, görüş zamanı müxtəlif sahələrdə çoxtərəfli əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik məsələləri müzakirə olunub.
Görüşdə Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın xarici işlər nazirləri, Türkmənistanın BMT-dəki daimi nümayəndəsi və ABŞ Dövlət katibinin müavini iştirak edib.
Qeyd edək ki, S5+1 formatı Mərkəzi Asiya ölkələri və ABŞ tərəfindən 2015-ci ilin sentyabrında yaradılıb.