
ABŞ-ın vitse-prezidenti Maykl Pens İsrail Knessetinde çıxışı zamanı yerli deputatlar tərəfindən etirazla qarşılanıb. FaktXəbər-in "Haaretz"ə istinadən verdiyi məlumata
görə, Qüdsü İsrailin paytaxtı olaraq gördüyünü deyən zaman israilli deputatlar əllərində plakatlarla ona etiraz ediblər.
Maykl Pensin çıxışını pozmağa çalışan "Birləşmiş ərəb siyahısı" fraksiyasının deputatları salondan çıxarılıb. Birləşmiş Ştatların vitse-prezidenti daha sonra bildirib ki, Donald Trampın göstərişi əssında İsraildəki səfirliyin Qüdsə daşınması gələn ilin sonuna kimi başa çatacaq.