
“Qərb koalisiyasının Suriya ərazisinə zərbələri İran, Suriya və “Hizbullah”a vacib siqnaldır”.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu İsrailin təhlükəsizlik kabinetinin üzvü, tikinti naziri Yoav Qalant deyib.
“Bu zərbələr “şər üçbucağı” üçün çox vacib siqnaldır: İran, Suriya və “Hizbullah”. Kimyəvi silahdan istifadə qırmızı xəttin keçilməsidir və insanlıq buna dözüm göstərə bilməz”, - deyə Y. Qalant söyləyib.